Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   2   3   4   5   6   7   8   9   ...   44

Bu günün, gələcəyin Ari yurdundan olan, 
Zərdüştə mənsub olan, Artaya sədaqətli- 
Cah-cəlallı Xvarno ölkəsi var qiymətli 
Qoy ona sahib olum, onu ələ keçirim”. 
Xeyirxah və qüdrətli Anahit Ardvisur 
Ona belə bir uğur, səlahiyyət vermədi. 
Təbii  ki,  Avestanın  uzun  müddət  fars  sülalələsi  olan  Əhəməni  və 
Sasanilərin  dövlət  ideologiyasına  çevrildiyindən  bütün  hallarda 
“ilahə”lərin  Turan  hökmdarlarının  istəyini  qəbul  etməməsi  normal 
qarşılanmalıdır.  Necə  ki,  bu  hadisə  sonralar  “Şahnamə”də  təkrar 
olunduğundan 
Firdovsi 
qızıl 
sikkələr 
əvəzinə 
gümüşlə 
mükafatlandırılır. 
Bizim 
üçün 
burada 
gərəkli 
olan 
Turanlı 
Franqrasyanın  hər  hansı  bir  uğur  əldə  etmək  qüdrətində  olmasıdır, 
yəni  əfsanə  hesab  edilən  Turan  dövlətinin  bir  növ  gerçəkliliyinə  olan 
sübutdur.  
Avesta  mətnlərinə  görə,  Franqrasyan  Traytaonun  varisi,  Turan 
hökmdarı  Paşanqın  (Peçeneqin)  övladıdır.  Burada  mütləq  haşiyə 
çıxaraq  Avestada  İran-Turan  qarşıdurmasının  əfsanəvi  mahiyyətinə 
diqqət yetirməliyik: Paradata sülaləsinin beşinci hökmdarı Atvinin oğlu 
Traytaona Yimin bacıları Arnavak və Saxnavakla evlənir və onlardan 3 
oğlu olur: Sayrim, Tur və Arya. Traytaona qocaldığı zaman səltənəti bu 
3 övladı arasında bölür: Ayranam-Vayca və Ərəbistan Aryaya, Rum və 
qərb  torpaqları  Sayrimə,  Çin  və  Turan  isə  Tura  verilir.  Bundan  sonra 
Arya arilərin,  Salm  sarmatların,  Tur  isə  turların  əcdadı  olur.  Lakin  bu 
bölgüyə  Sayrim  və  Tur  razılaşmırlar  və  12  ildən  sonra  Aryanı 
öldürürlər. Bununla da İran-Turan ziddiyyətlərinin əsası qoyulur. Daha 
sonra Aryanın varislərindən Manuşçihr turlarla mübarizəyə başlayaraq 
Salm və Turu öldürür və bu hadisənin ardınca çoxillik  mübarizə daha 


da  kəskin  xarakter alır.  Manuşçihrin  dövründə  isə  Turanlılara  başçılıq 
edən  Franqrasyan  (və  ya  Frasiyaq)  qalib  gəlir  və  12  il  hakimiyyətdə 
olur.  Hakimiyyətdə  olduğu  müddətdə  Franqrasyan  müqəddəs 
xvarnonu ələ keçirmək üçün 3 dəfə Vorukaş dənizinə baş vursa da, onu 
əldə  edə  bilmir.  “Zamyad-Yaşt”ın  8-ci  bölməsində  artıq  hər  dəfə  lüt-
üryan Vorukaşa dənizinə baş vuran, lakin ona-xvarnoya yaxınlaşdıqca 
ondan  uzaqlaşmasına  əsəbiləşən  Turanlı  Franqrasyan  anlaşılmaz  bir 
dildə (çox güman ki, əski türkcə) hətta söyüş də söyür:  
Və çıxdı Franqrasyan,  
Turların ən mübarizi, qoçağı. 
Vorukaşa dənizindən,  
Bağırtıyla söyərək: 
“İte-ita-yatna-axmay... 
Ötənlərin, köçənlərin, 
Ari ölkələrinin hökmdarlarının, 
Əldə etdikləri 
Xvarnonu mən əldə edə bilmərəm 
Zərdüşt-Spitamaya məxsus olanı 
Mən əldə edə bilmərəm 
Franqrasyan  adı  isə  sonrakı  mənbələrdə  Frasiyak-Frasiyab  və 
nəhayətində  Əfrasiyab  formasına  düşür.  Avesta  mətnlərində  turanlı 
Franqrasyanın  Xosrov  tərəfindən  Çayaçesta  (Urmiya)  gölü  ətrafında 
öldürüldüyü  qeyd  olunur.  Tədqiqatçılar  arasında  ikinci  bir  mühüm 
polemika  da  məhz  burada  meydana  çıxır.  Franqrasyan  və  ya  Alp  Ər 
Tonqa kiminlə və hansı dövlətlə vuruşmada öldürülür? 


Bu  günə  qədər  olan  ortaq  fikrə  görə  Alp  Ər  Tonqa  İran  hökmdarı 
Keyxosrovla  olan  döyüşdə  xəyanət  sonucunda  qətlə  yetirilib  və  bu 
hadisə İran-Turan ziddiyyətinin  ana  xətlərindən hesab  edilir.  Və digər 
bir fikrə görə bu hadisə İsanın doğulmasından 625 il əvvəl baş verib və 
“Şahnamə”də  Keyxosrov  adlanan  hökmdar  Mada  çarı  Kiaksardır. 
Ziddiyyət  açıq  aşkar  ortadadır.  Bir  tərəfdən  Mada  və  Əhəməni 
imperiyaları  dövrünün  olaylarını  bizlərə  çatdıran  və  tarixin  atası 
ünvanını daşıyan Herodot madalılarla farsların tamamilə başqa xalqlar 
olduğunu  və  Astiyaqın  hakimiyyəti  madalılara  deyil,  onların  qulları 
olan  farslara  verdiyi  üçün  xəyanətkar  Qarpağı  ağılsızlıqla  suçlamasını 
qeyd  etdiyi  halda,  digər  tərəfdən  Alp  Ər  Tonqanın  farslar  tərəfindən 
öldürülməsini  tədqiqatçılar  aksioma  hesab  edirlər.  Sadəcə  olaraq  Alp 
Ər  Tonqanın  digər  bir  türk  xaqanı  ilə  savaş  aparmasını  qəbul  etmək 
istəməyən  tədqiqatçılar  (hansı  ki,  hətta  orta  əsrlər  dövründə  biz  bunu 
Sultan  Səlimlə  Şah  İsmayıl,  Teymurla  I  Bəyazid,  Teymurla-Toxtamış, 
Cahan  şahla  Sultan  Həsən  və  d.  arasında  görməkdəyik)  Firdovsinin 
şovinizmə əsaslanan “Şahnamə”sinə aldandıqlarını görməkdəyik.  
Qeyd  edək  dövrün  ən  müfəssəl  izahını  yazan  Herodot  qəti  şəkildə 
madalılarla farsları ayrı-ayrı xalq hesab edir və bunu “Tarix”in Astiaq-
Kir-Qarpaqla  olan  bölümlərdə  qeyd  edir.  Eyni  zamanda  Herodot 
iskitlərlə (bir çox tədqiqatçı Alp Ər Tonqanın iskit-sak xaqanı olmasını 
bildirir)  Mada  hökmdarı  Kiaksar  arasında  baş  verən  müharibənin 
səbəbkarının iskitlər olmasını qeyd edir: “Fraortanın ölümündən sonra 
hökmranlıq  onun  oğluna,  Deyokun  nəvəsi  Kiaksara  keçir...Kiaksar 
assurları  yenib  Nini  mühasirəyə  almağa  başlayan  zaman  başda 
Protofieyin  oğlu  hökmdar  Madiyes  olmaqla  iskitlərin  böyük  qoşunu 
onun  hökmdarlığının  sərhədlərinə  soxulur...Onda  Kiaksar  və 
midiyalılar  bir  dəfə  çoxlu  iskiti  qonaq  çağırıb  keflənənəcən  içirtdilər, 
sonra  onları  qırdılar.  Midiyalılar  öz  hökmdarlarının  əvvəlki  əzəmətini 
belə bərpa edir......”  


Burada  xüsusilə  onu  qeyd  edək  ki,  bir  sıra  tədqiqatçılar  Madanı  ələ 
keçirən  iskitlərin  başçısı  Madiyesin  (Madi)  əslində  Alp  Ər  Tonqa 
olduğunu  qeyd  edirlər.  Çünki  məhz  Madada  iskitlərin  hakimiyyətə 
gəlməsi  onun  hakimiyyəti  dövründə  baş  verib.  Madiyes  haqqında 
görkəmli  tədqiqatçı  Altay  Məməmdov  “Oğuz  səltənəti”  adlı  əsərində 
yazır:  “İşquz  çarlığı  dövründə  ən  çox  qələbələr  qazanmış  çar  Madi 
olmuşdur.  Məhz  Midiya  üzərindəki  qələbədən  sonra  işquzların  Asiya 
üzərindəki 28 illik hegemonluğunu o təmin etmişdir. Misir, İsrail, Şam 
üzərinə  müvəffəqiyyətli  hərbi  səfərlər  Madinin  başçılığı  altında 
olmuşdur”.  
Ümumiyyətlə,  bütün  bu  ilkin  ehtimallardan  belə  nəticəyə  gəlmək 
mümkündür  ki,  iskitlərin  Madada  28  illik  hökmranlığı  əslində  Turan 
xaqanlığının  ən  möhtəşəm  dövrü  olub  və  Herodotun  da  qeyd  etdiyi 
kimi,  Madanı  tutduqdan  sonra  qoşunları  Misirə  doğru  irəliləyəcək 
qüdrətdə olub. 
Alp  Ər  Tonqanın  və  ya  Frasiyakın  iskit  xaqanı 
Madiyes olması bir çox tədqiqatçı tərəfindən dəstəklənsə də, Frasiyakın 
həmçinin  Midiyanın  sonuncu  çarı  Astiyaq  ola  bilməsi  haqqında  da 
maraqlı fikirlər mövcuddur. Tədqiqatçı İsrafil Hüseyn “Alp Ər Tonqa-
Əfrasiyab-Astiyaq  bədii  və  tarixi  mənbələrdə”  adlı  araşdırmasında 
rəvayətlərdə adı çəkilən Frasiyaqın Astiyaq olduğunu, Keyxosrovun isə 
Midiyada türk hakimiyyətinə son qoyub farsların hökmranlığa gətirən 
II  Kir  (Kuruş)  olduğunu  bildirir  və  mühüm  arqumentlərlə  fikrini 
isbatlayır. Xüsusilə Herodotun “Tarix”ində verilən Astiyaq əfsanəsi sırf 
Mada  (Turan)  ilə  gələcək  Əhəmənilər  arasındakı  münaqişədən  bəhs 
edir  və  əslində  əfsanələrdən  fərqli  olaraq  İran-Turan  ziddiyyətinni 
başlanğıcı  Astiyaqın  qız  nəvəsi  Kirin  xəyanətkar  Qarpaqla  birlikdə 
farsları  midiyalılara  qarşı  üsyana  qaldırması  hesab  edilməlidir. 
Frasiyaq və Astiyaq adlarının bir-birinə yaxınlığı və Astiyaq əfsanəsi ilə 
Avestada  verilən  rəvayətlər  arasındakı  paralellər  bu  fikri  daha  da 
gücləndirir. Lakin Alp Ər Tonqanın kefləndirilərək öldürülməsi isə qəti 
şəkildə  iskit  xaqanı  Madiyeslə  əlaqədardır.  Üstəlik, Herodot Astiyaqın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə