Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

təmizlənmək  üçün  hər  gün  dəstəmaz  alır,  yediklərini  su  ilə  mütləq 
təmizləyirlər.  Ət  və  şərab  içmək  qadağan  idi.  Hər  bir  üzv  onun  üçün 
ayrılmış tarlada işləməli  idi. Umumilikdə,  təriqətin bu adətləri  yəhudi 
təriqəti  olan  Esseneləri  xatırladır.  Belə  ki,  onlar  da  essenelər  kimi  dini 
inanclarını  Yasa  (Nomos)  adlandırırdılar  və  yəhudi  adəti  olan  Sabbat 
gününə  riayət  edirdilər.  Bu  təriqətin  qaydalarına  əsasən  əgər  Pətikin 
oğlu  olarsa,  onu  anasından  ayırıb  onlara  verməli  və  uşaq  burada 
yetişməli  idi.  Dünyaya  gələn  Maninin  bir  ayağı  axsaq  olsa  da,  o,  bu 
təriqətdə özünü zəkalı bir gənc kimi göstərməyə başlayır. Mani bir dəfə 
Malkos  adlı  birininin  (Yolçuluq  əsnasında  atası  öldüyündən  15 
yaşınadək təriqətdə qalmalı idi.) cəzasını yüngülləşdirdiyindən Malkos 
daima onun yanında olmağa başlayır. Mani əvvəlcə Malkosla danışmaq 
istəməsə  də,  sonra  onunla  yaxınlaşmağa  başlayır  və  onlar  birlikdə 
ticarətlə məşğul olurlar. Bu ticarət ərəfəsində Malkos bir qızla tanış olur 
və  Mani  ilə  birlikdə  onun  atası  ilə  əlaqə  yaradırlar.  Mani  bu  qızın 
evində  rəssamlıq  qabiliyyətini  kəşf  edir  və  burada  olan  kitabların 
səhifələrini  bəzəməyə  başlayır.  Malkos  15  yaşı  tamam  olduğunda 
təriqətdən ayrılır və həmin qızla evlənərək uzaq ərazilərə gedir. Bu vaxt 
Maninin  12  yaşı  var  idi.  Bu  vaxtlar  Mani  bir  su  kənarına  gedərək 
tənhalığını  paylaşırdı.  Belə  günlərin  birində  Maninin  suda  olan  əksi 
onunla  danışmağa  başlayır  və  Maniyə  təriqətin  doğru  yolda 
olmadığını,  onun  insanlara  kömək  etməsini  bildirir.  Bu  hadisədən 
sonra Mani böyük rahibin fikirlərinə qulaq asmır və oranı tezliklə tərk 
etmək  istəyirdi,  fəqət  onun  əksi  bir  az  da  gözləməsini  bildirir.  Bu 
müddət  ərzində  Mani  buradakı  kitabxanalardakı  kitabların  hamısını 
oxuyur və bir həkim səviyyəsinə çatır. 21 yaşına çatdığında kölgəsi ona 
artıq elmini dünyaya yaymasını bildirir. Mani çox çətinliklə təriqətdən 
ayrılır  və  yola  düşür.  Yaxın  dostu  Malkosu  taparaq  özünə  qoşur  və 
getdiyi yerlərdə düşüncələrini yaymağa başlayır.  
Mani  uzun  illər  müxtəlif  ölkələri  gəzərək  Türküstan  və  Şimali 
Hindistanda  (Deb  şəhərində)  maniçi  yığıncaqlar  qurur.  Yurdumuza 


qayıdanda  Şapurun  qardaşı  Pərvizi  öz  inancına  cəzb  etməyi  bacara 
bilir.  O,  ən  önəmli  əsərlərindən  biri  olan  “Şapurikanı”  Pərvizə  ithaf 
edir. Pərvizin köməyilə Mani Şapurla görüşə bilir və öz ideyalarını ona 
anladır. 20 mart 242-ci ildə Sasani hökmdarı I Şapurun taxta çıxdığı gün 
(İran hökmdarlarının taxtaçıxma günü Novruzda baş verirdi.) mövcud 
qələbəliyə üzünü tutaraq bunları söylədi: “Necə ki, Budda Hindistana, 
Zərdüşt  Midiyaya,  İsa  qərb  torpaqlarına  gəldi,  indi  də  mən-Mani 
Həqiqi Tanrının elçisi kimi öz peyğəmbərliyimi elan edirəm”. Maninin 
xalqa ilk çıxışında onun yanında atası Pətik və həvarilərindən Simon və 
Zakko da var idi. 
Həkimlik  qabiliyyəti  sayəsində  Şapur  ona  imperiya  hüdudları 
daxilində  görüşlərini  yaymasına  imkan  verir.  Şapurun  Bizansa 
yürüşündə  Mani  onunla  birlikdə  olmur  və  bu  səbəbdən  aralarında 
soyuqluq  yaranır.  Belə  ki,  Mani  Şapuru  Romanı  qılıncla  işğal  etmək 
fikrindən çəkindirməyə çalışır və ona bildirir ki, mən Romanı düşüncə 
gücü ilə zəbt edə bilərəm. Şapur onu bu fikrindən vaz  keçirmək üçün 
böyük  vədlər  verir,  lakin  Mani  qəbul  etmir,  Şapura  bu  cavabı  verir: 
“Sözlərim  qan  tökməyəcək,  əlim  heç  vaxt  silah  tutmayacaqdır”.Ona 
görə də sarayda yaşayan Mani oranı tərk edərək imperiyanın başqa bir 
əyalətinə  yerləşir.  Şapurun  xəstələndiyi  zaman  Mani  onu  müalicə 
etmək  istəsə  də,  buna  imkan  yaradılmır.  Şapur  da  onunla  görüşməyi 
arzu  edir,  fəqət  saray  münəccimləri  Maninin  onların  dininə  həqarətlə 
baxdığını  Şapura  inandırır  və  bu  fitnə  nəticəsində  sonuncu  dəfə  əlaqə 
yarada bilmirlər. 
Az  sonra  Mani  yenidən  gəzərgi  həyat  sürərək  bu  dəfə  öz  təlimini 
məktublar  vasitəsilə  yaymağa  başlayır.  Bu  hərəkətinə  görə,  Mani 
tutularaq həbsə atılır, 274-cü ildə I Şapurun ölümündən sonra azadlığa 
qovuşur.  I  Şapurdan  sonra  hakimiyyətə  gələn  oğlu  I  Hörmüz  Maniyə 
dəstək  çıxsa  da,  onun  hakimiyyəti  cəmi  bir  il  sürür.  O,  saray 
münəccimləri  və  Bəhram  tərəfindən  öldürülür.  Növbəti  dəfə 
hakimiyyətə gələn I Bəhram Zərdüşt etiqadında idi, ona görə də digər 


inancların  qatı  düşməni  idi.  Bəhram  “Bu  adam  xalqı  dünyanı  məhv 
etməyə  səsləyir,  ona  görə  də  planlarını  həyata  keçirmədən  onu  məhv 
etmək  lazımdır”-deyə  fikrini  bildirir.  Sonuncu  dəfə  o,  baş  zərdüşti 
kahin Kartirin yanında Maniyə açıq-aşkar bildirir ki, onun ideyalarının 
İranda  yayılmasına  heç  bir  vəchlə  yol  verməyəcəkdir.  Mənbələrdən 
məlum olur ki, Bəhram hakimiyyətə gəldiyi zaman, Mani ona sığınacaq 
verən  Quşan  krallığına  getmək  istəyir,  fəqət  Bet  Lapatdakı  sarayda 
şahın  hüzuruna  gəlməli  olması  əmrini  alır.  Maninin  saraya  gəlməsi 
böyük əks-səda doğurur. Sarayda Bəhram və Kartir Mani ilə mübahisə 
etməyə başlayır. Mani fars dilini yaxşı bilmədiyindən ana dili olan parf 
dili  ilə  (tərcüman  vasitəsilə)  müdafiə  olunmağa  başlayır.  Həbsə  atılan 
Mani yanvarın 19-dan fevralın 14-dək orada qalır və 276-cı ildə çarmıxa 
çəkilir,  dərisi  üzülərək  parça-parça  doğradılır  və  içinə  saman 
doldurularaq  şəhər  qapısından  (hələ  də  Mani  qapısı  adlanan 
Qundişapur  qapısından)  asılır.  Maninin  cəsədinin  3  gün  orada 
saxlayırlar ki, onu dəfn edib məzarını ziyarətgaha çevirməsinlər. Fəqət 
Maninin  tərəfdarları  şəhər  qapısından  asılmış  cəsədə  baxaraq  Mani-
Hayy  (Canlı  Mani)  deyərək ölümə  meydan  oxuyurlar.  Bu  söz o  qədər 
məşhur olur ki, sonralar yunanlar buna uyğun olaraq Manihey sözünü 
və  Maniheyizm  terminini  yaradırlar.Maninin  tərəfdarları  təqiblərə 
məruz qaldıqlarından xarici ölkələrə qaçırlar və orada Maniçiliyi təbliğ 
etməyə başlayırlar. 
Nəqqaş Mani-  Bir  peyğəmbər, filosof,  mühəndis  olmaqla yanaşı Mani 
həmçinin  dövrünün  məşhur  rəssamlarından  olub.  O,  müəllifi  olduğu 
əsərləri  müxtəlif  rəsm  əsərləri  ilə  bəzəmişdir.  Orta  əsrlərdə  Şərq 
dünyasında  ən  yaxşı  rəssamlara  Mani  adı  verilirdi.  Görkəmli  türk 
şairlərindən Nazim Həzrəti Muhammədi (s.a.s) vəsf edərkən bu sözləri 
işlədib:  “Sənsən  ol  kim,  ya  Həbibullah,  rəsmi-nətini,  Maniyi-dil  rəşki, 
nəqşi-Çinü Fərxar eylədi”. Digər türk şairi Dərviş Paşa bu beyti yazıb: 
“Səqfü divari nəqşini Mani Görsə, olurdu dəngü heyran”.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə