Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   36   37   38   39   40   41   42   43   44

XX yarpaq 
Saqa çarı Atey  
Lap  əski  çağlardan  Ön  Asiyada  yaşayan  saqalar  sosial  və  siyasi 
səbəblərdən  şərqə  və  qərbə  doğru  köç  ediblər.  Və  bu  köçlərin 
nəticəsidir  ki,  saqalar  (skif,  iskit,  işquz,  aşquzay,  skolot  və  s.  şəkildə 
mənbələrdə  qeyd  olunur)  şərqdə  Xəzər  dənizindən  Altaya, 
Əfqanıstandan  Sibir  tayqasınadək,  qərbdə  Qara  dənizin  şimal 
sahillərindən İdil çayınadək olan ərazilərdə məskunlaşırlar. Və bu gün 
bir  çox  xalqların  (rusların,  osetinlərin,  kürdlərin  və  s)  əcdadının 
saqalara  calanması  onların  geniş  bir  ərazidə  yerləşməsinin  nəticəsidir. 
Fəqət  tapılan  maddi-mədəniyyət  nümunələri  saqaların  daha  çox  türk 
xalqlarından olmasını sübut edir və demək olar ki, bütün antik və erkən 
orta  əsr  tarixçiləri  yekdilliklə  saqaları  türk  adlandırırlar.  Yunan-Roma 
mənbələrində  Atheas,  Ateia,  Ataias  və  Ateus  kimi  qeyd  olunan  Saqa 
çarı (elbəyisi) Atey Dunay çayının sağ sahilində yerləşən Skif dövlətinin 
hökmdarı  idi.  Strabona  görə,  kral  Atey  hakimiyyəti  dönəmində 
Maeotian (Azov və ya Azaq) dənizindən Tuna (Dunay) çayınadək olan 
əraziləri  birləşdirərək  dövrün  güclü  dövlətlərindən  birini  yaradır.  Çar 
Ateyin hakimiyyəti zamanı Frakiyanın bir hissəsi ələ keçirilir və saqalar 
Avropada və Tunanın şərq hüdudlarında qüdrətlənirlər. Roma tarixçisi 
Pompey  Troq  Atey  çarlığı  ilə  Makedoniya  dövləti  arasında 
bərabərsəviyyəli  danışıqların  aparıldığını,  elbəyi  Ateylə  çar  II  Filippin 
eyni  qüdrətdə  olduğunu qeyd  edir.  Digər  bir  önəmli  cəhət  çar  Ateyin 
zamanında  üzərində  yaydan  ox  atan  skif  süvarisinin  təsviri  olan  pul 
sikkələrinin buraxılması idi. 
 
Roma  tarixçiləri  Pompey  Troq  və  Strabon  Ateyin  hakimiyyəti 
dönəmində artıq  skiflərin  vahid  bayraq  altında  birləşmələri  və  Ateyin 
mütləq  monarx  olmasını  bildirirlər.  Zaur  Həsənov  “Çar  Skifləri” 
əsərində  qeyd  edir  ki,  artıq  V  əsrin  sonunda  Dnepr  sahilində  bütün 


əlamətlərə  görə  Atey  çarlığının  paytaxtı  olmuş  Kamensk  şəhərciyi 
mövcud idi. 
Təbii ki, bu dövrdə Atey çarlığının ən qüdrətli rəqibi II Filippin rəhbəri 
olduğu  Makedoniya  çarlığı  idi.  Mənbələrin  bildirdiyinə  görə,  elbəyi 
Atey  bir  dəfə  qonşu  xalqlarla  mübarizə  apardığı  zaman  yenildiyini 
görüb  II  Filippdən  kömək  istəyir.  II  Filipp  kömək  etməyə  söz  verir, 
lakin Ateyin qabağına şərt qoyur. Şərtə görə bu yardımın müqabilində 
Filipp  Ateyin  vəliəhdi  olacaq.  Hiyləgər  Filipp  bilirdi  ki,  qoca  Ateyin 
ölümünə  çox  qalmayıb  və  qüdrətli  Saqa  çarlığının  ərazisini  dövlətinə 
birləşdirmək üçün mühüm fürsət ələ keçib. Fəqət Atey bu təklifi qəbul 
etmir  və  tezliklə  hər  iki  çarlıq  arasında  münasibətlər  gərginləşir  və 
savaş  qaçılmaz  olur.  Savaşa  rəvac  verən  digər  bir  bəhanə  saqaların 
Dunay  çayı  ətrafında  Heraklın  heykəlinin  qoyulmasına  icazə 
verməmələri idi. Döyüşdən qabaq Ateyin II Filippə göndərdiyi məktub 
Makedoniya  fatehini  daha  da  qəzəbləndirir:  “Siz  savaşı  öyrənən 
makedoniyalıların  üzərində  hökmransınız,  mən  isə  aclıq  və  susuzluq 
ilə mübarizə apara bilən skiflərin üzərində hökmranam”.  
Tarixçi  Yustinin  anlatdığına  görə,  savaşdan əvvəl  saqalar  əsir  düşmüş 
məşhur yunan fleytaçısını elbəyinin hüzuruna gətirirlər və bildirirlər ki, 
çar  döyüşdən  qabaq  onun  ifasına  qulaq  asaraq  keyiflənsin.  Fəqət  90 
yaşlı  Atey  cəldliklə  atının  üzəngisinə  qalxır  və  tarixə  damğa  vuracaq 
sözlərdən birini işlədir: “Mənim üçün dünyada bircə musiqi var: döyüş 
meydanında  atların  kişnərtisi”.  Qoca  Atey  makedoniyalılarla  cəngə 
girir  və  qəhrəmancasına  həlak  olur.  Miladdan  öncə  339-cu  ildə  baş 
verən  bu  döyüşdə  Ateyin  göstərdiyi  qəhrəmanlıq  sonralar  qaraçay-
malkar türklərinin nart dastanlarında Açey obrazında özünü göstərir. 
 
 
 


XXI yarpaq 
        
Atatürk və laiq Türkiyə 
Bu  gün  bir  çoxları  Osmanlı  dövlətinin  süqutunu  ağır  bir  faciə  olaraq 
dəyərləndirir  və  bugünkü  Türk  dünyasının  yaşadığı  problemləri 
bilavasitə 
bu 
çöküşlə 
əlaqələndirirlər. 
Doğrudur, 
Osmanlının 
yaranmasından  və  xüsusilə  İstanbulun  fəthindən  sonra  Batı  dünyası 
imperatorluğun  məhvi  üçün  müxtəlif  hərbi  ittifaqlar  yaratmaqla, 
müxtəlif  iqtisadi  amillərlə  dövləti  sıxmağa  çalışsalar  da,  uzun  müddət 
buna  müvəffəq  ola  bilməyiblər.  Lakin  bütün  bunlara  baxmayaraq, 
əslində digər imperiyalar kimi Osmanlı imperatorluğunun çöküşü Türk 
dünyasının  gələcək  yaşamı  üçün  yeni  başlanğıca  səbəb  oldu.  Yəni 
Osmanlı dövləti Türk dünyasını ayaqda saxlayan və Türkün qüdrətinin 
təmsilçisi olan bir imperiya kimi deyil, daha çox dini dəyərlərə əsaslanan 
və  Türk milli  kimliyini  arxa plana  salan bir  funksiya  rolunu oynayırdı. 
Əgər  XX  əsrin əvvəllərindəki  qüdrətini  itirmiş  və parçalanmış  Osmanlı 
yaşasaydı,  bu  günkü  Türk  dünyasının  hansı  vəziyyətdə  olduğunu 
təsəvvür  etmək  çətin  olmayacaqdı.  Məhz  Osmanlının  çöküşü  və  eyni 
zamanda  Çar  Rusiyasının  devrilməsi  Türk  xalqlarında  yeni  bir 
düşüncənin  ortalığa  çıxmasını  şərtləndirdi.  Türk  dünyası  anladı  ki, 
onları  birləşdirəcək  yeganə  ortaq  dəyər  din  deyil,  milli  kimlik  və 
keçmişə dayanan ortaq tarixdir.  Məhz  buna  görədir  ki,  XIX  əsrin  sonu, 
XX yüzilin əvvəllərində Türk fikir adamları Türk birliyi ideyasını həyata 
keçirməyə  başladılar.  Bu  birliğin  formalaşmasının  ilkin  addımı  isə 
müstəmləkə  altında  olan  türk  xalqlarının  bağımsızlığı  və  Türkiyənin 
xilafət  “libasından”  çıxaraq  dünyəvi,  hüquqi,  demokratik  dəyərlərə 
əsaslanan idarəçilik sisteminə qədəm qoyması olacaqdı. 
Artıq  osmanlıçılıq  ideyası  ilə  Türkiyəni  tərəqqiyə  doğru  aparmağın 
mümkünsüzlüyünü  dərk  edən  böyük  Mustafa  Kamal  türk  milli 
kimliyini  mərkəzə  alaraq  dövlət  idarəçiliyində  xilafətə  yer  olmadığını 
bildirərək demokratik dəyərlərə əsaslanan laik Türkiyənin əsasını qoyur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə