Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   36   37   38   39   40   41   42   43   44

ortalarında kassi hökmdarı I Kara-İndaşın özünə “Babilistan hökmdarı, 
Şumer  və  Akkad  hökmdarı,  kassilər  hökmdarı  və  Kar-Duniaş 
hökmdarı”  titulunu  qəbul  etməsi  məlumdur.  Eyni  zamanda  kassilərin 
Qədim  Misir  fironları  ilə  məktublaşmaları,  Assuriya  ilə  mübarizə 
aparmaları, Elam tərəfindən Babil hakimliklərinə son verilməsi bəllidir. 
Göründüyü kimi, qədim İkiçayarasında bu proseslər baş verdiyi zaman 
tarix səhnəsində hələ İran xalqları yox idi və onlar Hindistanın hansısa 
dərinliklərində yaşayırdılar. 
Bununla  da  aydın  olur  ki,  kassilər,  onların  nəsli  olan  kaspilər  irandilli 
xalq  olmadıqları  kimi,  kaspilərin  sonrakı  nəsli  kadusilər  də  irandilli 
olmayıblar.  
Kitabınızın  18-ci  səhifəsində  İqrar  Əliyevdən  sitat  çəkirsiniz: 
“Kaspilərin  antroponimikasında  İran  təsirini  mübahisə  etmək 
tamamilə  mübahisəsizdir.  Demək  olar  ki,  bütün  Kaspi  adları  İran 
mənşəlidir”.  Cənab  Kəlbiyev  siz  İqrar  Əliyevin  bu  fikrinin  heç 
doğruluğunu  yoxladınızmı  və  ya  tarixdə  olan  bütün  kaspi  adlarını 
bilirsinizmi?  Əvvəla  qeyd  edək  ki,  İqrar  Əliyev  digər  mövzularda 
olduğu kimi kaspi mövzusunda da fikirlərini “ola bilsin ki, ehtimal ki, 
güman  ki”  ifadələri  ilə  başlayır  və  buna  görə  də  onun  fikirlərini 
aksioma kimi qəbul etməyinizi yersizdir. İkincisi, kaspi sözündəki “pi” 
hissəciyi türk  tayfa adları  üçün xarakterikdir və biz  bunu  lulubi, subi, 
aqrippi,  traspi,  nuşibi,  tatabi  kimi  türk  tayfalarının  adında  rast  gəlirik 
və  cəm  şəkilçisini  bildirir.  Bununla  da,  kaspi  tayfasının  adının  əsas 
hissəsinin  kas  olduğu  aydın  olur.  Kaslar  isə  qeyd  etdiyimiz  kimi 
miladdan  öncə  1595-1155-ci  illər  arasında  500  il  ərzində  Babilistanda 
hökmranlıq  sürüblər.  Və  ən  əsası  kassilər  mövzusunda  olduğu  kimi 
sadəcə  İqrar  Əliyevə  əsaslanmaqla  bütün  kaspi  şəxs  adlarının  İran 
mənşəli  olduğunu  yazırsınız  və  yenə  də  hər  hansı  bir  kaspi  şəxs  adı 
çəkərək  fikrinizi  sübut  etmirsiniz.  Mənz  bunu  nəzərə  alaraq  tarixdə 
özünəməxsus  rol  oynamış  kaspilərin  adlarını  və  onun  açılışını  sizə 


təqdim  edirəm:  (Onu  da qeyd  edək  ki,  bu  adlar  farsların  ən  hegemon 
olduqları dövrə aiddir- e.ə.VI əsr) 
1.
 
Atarli-  türkcə  “otar”  sözündəndir  və  mənası  geniş  otlaqlara, 
mal-qaraya  sahib  olan  mənasını  ifadə  edir.  Kaspilərin  əsas 
məşğuliyyətlərindən  biri  də  maldarlıq  idi.  Digər  tərəfdən  adın  birinci 
hissəsindəki  “ata”  kəlməsi  açıq-aydın  sözün  türk  mənşəli  olduğunu 
göstərir. 
2.
 
Darğa-  Türk  dilində  “darğa”  və  ya  “tarğa”  el  başçısı 
anlamındadır, skif türklərinin ulu babası Tarğıtay şəxs adı ilə səsləşir. 
3.
 
Barbari-  türk  dilində  “bar”  və  ya  “var”  sözü  ilə  əlaqəlidir, 
ümumilikdə mənası varı, əmlakı olan deməkdir. 
4.
 
İppuliya-  Türkçə  “ip”-bacarıqlı,  mahir,  istedad,  qabiliyyət  və 
“bul, bol” mərd, qoçaq, igid sözlərindəndir. Erkən orta əsrlərdə Bolqar 
xanı  İsbul,  Hun  şahzadəsi  Bel  ,Hun  xaqanı  Bleda  (yazılışı  yunancadır, 
bol, bul  və  ata sözlərindən), Xəzər xaqanı Blucan, Xəzər  xaqanı Bulan, 
Qıpçaqlarda  Boluş,  Türk  xaqanlarından  Pulixan,  VII  əsrdə  Xəzərlərdə 
Bulişad, IX əsrdə Uyğurlarda Bulixan, XIII əsrdə Monqollarda Buluqan, 
XVIII əsrdə Qaraqalpaqlarda Puliçik, “Koroğlu” dastanında Bolubəy və 
b.  şəxs  adları  ilə  müqayisə  olunur.  Ad  “bacarıqlı  igid”  mənasındadır. 
Adın  əvvəlindəki  –ip  komponenti  VI  əsrdə  Altayda  Türk  xaqanı  İbi 
Tulunun adındakı –ib komponenti ilə eynidir. 
5.
 
İnbuliya- Türkçə “enq” qabaqda duran, ön cərgədə dayanan və 
“bol”-igid,  qoçaq,  mərd  sözlərindəndir.  Ad  “qabaqda  gedən  qoçaq” 
mənasındadır. 
6.
 
Baqazuşta-  Qədim  türkçə  “bökə”-  igid,  “çus”-qiymətli,  dəyərli 
və “tay”- sözlərindəndir və “dəyərli igidə tay” olan anlamındadır. 
7.
 
Vabil- türkcə “va” və ya “ba” –“bənzər”, “oxşar” və “bol, bul”- 
igid,  qoçaq  sözlərindən  yaranıb,  ümumi  mənası  “igidə  bənzər” 
deməkdir.  XVIII  əsrdə  Qaraqalpaqlarda  Baybol  şəxs  adı  ilə  müqayisə 
olunur. 
8.
 
Veyabul- Yenə də adın sonunda qədim türkçə “bol, bul”-mərd, 
qoçaq, igid sözünün durduğu aydın görünür. 
9.
 
Azari-  Türkcə “azar”  uca  deməkdir.  XIII  əsrdə  Azar adlı  Türk 
əmirinin adı ilə müqayisə olunur. 
10.
 
 Anani-  Azarinin oğlu.  Qədim  Türkçə  “ənə”-ana  və “ini”-kiçik 
qardaş 
sözlərindəndir. 
“Ananın 
kiçik 
qardaşı” 
(kiçik 
dayı) 


mənasındadır. Qədim Türklərdə quruluşca Anaxun (ana və qun-knyaz 
sözlərindən) şəxs adı ilə müqayisə olunur. 
11.
 
Vaya-Vabil- Qədim türkçə “bay”-varlı sözü və yuxarıda izahını 
verdiyimiz Vabil komponentindən ibarətdir. 
12.
 
 Xeyxe- Atarlinin oğlu. Naməlum mənalı “xey” və qədim türkçə 
“eke”-ağa  sözlərindəndir.  XIII  əsrdə  Çingiz  xanın  nəslindən  Keyxa-tu 
şəxs adı ilə müqayisə olunur. 
13.
 
 Bazu-  Türkçə  “bazuq”-  yoğun,  dolu  bədənli  sözündəndir. 
Albanlarda  çar  Bazuk,  hunlarda  Am-Bazuk  şəxs  adları  ilə  müqayisə 
olunur. 
14.
 
 Şatibarzan-  Şumercə  “şat”-məxsus  olan,  “bar”-parıltı,  ziya  və 
“sanq”-başçı,  ən  birinci,  kahin  sözlərindən  ibarətdir.  Ad  parıldayan 
başçıya (yəni Allaha, yaxud kahinə) məxsus olan mənasındadır. 
15.
 
 Egis-  Adın  sonundakı  –s  şəkilçisi  latın  dilində  adlıq  hal 
şəkilçisi  olduğuna  görə,  bu  ad  qədim  Türkçə  “eqe,  eke,  əkə,  aka”-ağa 
sözündəndir. 
 
Hörmətli  Həşim  bəy,  sizdən  fərqli  olaraq  sadəcə  fikir  irəli  sürməklə 
qalmayıb, tarixdə olan  bütün  kaspi  adlarını və onların açılışını  verdik. 
Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  bu  adlar  və  izahları  Qiyasəddin 
Qeybullayevin  əsərlərindən  götürülüb.  Gerisi  sizin  vicdanınıza  qalıb. 
Ünlü bir filosofun dediyi kimi, ən qorxulu məhkəmə insanın öz vicdanı 
qarşısında  olanıdır.  Ona  görə  də  bu  fikrinizdə  sizi  vicdadınınzla  baş-
başa buraxaraq kadusi mövzusuna keçirik.  
Kitabınızda  Əjdər  Fərzəlinin,  Tofiq  Hacıyevin,  Tofiq  Əzizovun 
“kadusi”  tayfa  adını  türk  dilində  yozumuna  qarşı  çıxırsınız  və  bir 
etnonimin  adının  hər  hansı  bir  dildə  olmasını  həmin  xalqın  da  həmin 
dildə  danışmasının  mümkünsüzlüyünü  iddia  edirsiniz:  “Əslində 
kadusi sözünün şərhi  ilə   bu  tayfanı  türk  dilli  hesab etməyin  nə qədər 
elmi  həqiqətə  yaxınlığının  sübut  ehtiyacı  vardır.  Çünki,  deyilənlər 
həqiqətdən  çox  ehtimala,  təsadüfi  oxşarlığa  yaxındır  və  bu  oxşarlıq 
həqiqət kimi qəbul edilsə belə yenə də kadusilərin türk dilli tayfa kimi 
qəbul  edilməsinə  kifayət  etmir”.  Hörmətli  baş  müəllim,  bir  tərəfdən 
xalqın  adının  izahının  həmin  xaqlın  kimliyini  açıqlamamasını 
bildirirdiyiniz  halda,  digər  tərəfdən  “kadusi”  ilə  talışların  əski  adı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə