Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   36   37   38   39   40   41   42   43   44

hesab  etdiyiniz  “taquş”  sözünün  eyni  olduğunu  bildirirsiniz.  Bununla 
da  özünüz  özünüzə qarşı  çıxmış  olursunuz.  Halbuki,  Əjdər  Fərzəlinin 
kadusi sözünün dağ oğuzu  (hansı ki, siz  Əjdər  Fərzəlinin  heç bir  elmi 
əsas  göstərmədən  sübut  etdiyini  qeyd  edirsiniz.  Çünki  sizin  güzgü 
konsepsiyasından  xəbəriniz  yoxdur.  Güzgü  konsepsiyası  vasitəsilə 
(sözlərin  daxilində  bəzi  hissələrin  tərsinə  yazılması)  indiyədək  mənası 
açıqlanmayan  bir  sıra  sözlərin  mənası  aydınlaşıb.  Buna  misal  olaraq 
“köküdey”  və  “zikkurat”  sözlərini  qeyd  etmək  olar.  Məhz  güzgü 
konsepsiyası nəticəsində məlum olub ki, köküdey- yedükök-yeddi göy, 
zikkurat-tarukkız-tanrı  odu  mənasındadır.  “Kadus”  sözündə  də  ikinci 
kəlmə “uz” xalqını, “kad” isə güzgü konsepsiyası ilə dağ anlamını verir 
və məhz Fərzəli bəy də buna görə bu qərara gəlib. 
Digər tərəfdən Tofiq Əzizovun şumer dilində olan “kad”-bərk sözü ilə, 
Tofiq Hacıyevin “kaslar və uzlar” izahını qəbul edə bilmədiyiniz halda 
(halbuki  aşağı  səviyyəli  araşdırmaçı  da  bunun  daha  inandırıcı  olması 
qənaətinə  gələ  bilər)  kadusla  taquşu,  Kadusiya  ilə  Sataquşiya  adlarını 
eyni  hesab  edirsiniz.  Doğrudur,  biz  də  razıyıq  ki,  sözlər  zamanın 
süzgəcindən  keçdikcə  dəyişilir  və  həm  də  ki  bu  adlar  bizə  yunan 
mənbələri  əsasında  gəlib  çatıb.  Lakin  sözlər  bu  qədər  də  dəyişikliyə 
uğramaz  axı.  Misal  üçün  mixi  yazılarda  Mannada  bir  ərazi  Uşkaya 
adlanır və indiki dilimizdə Üçqaya şəklinə səslənir. Fəqət heç bir halda 
kadus  sözü  taquşa  və  nəhayətində  talışa  dönə  bilməz,  o  cümlədən 
Kadusiya ilə Sataquşiyanın eyni olması imkansızdır. 
Kitabınızda  olan  digər  bir  yanlış  məlumat  atın  əhilləşdirilməsinin  və 
ondan ilk dəfə olaraq minik vasitəsi kimi istifadə edənlərin İran mənşəli 
tayfalar  olduğunu  güman  etməyiniz  və  bu  barədə  Solmaz  Qaşqaya 
istinadınızdır.  Cənab  Kəlbiyev,  tez-tez  müraciət  etdiyiniz  yunan 
tarixçisi  Heredot  Marafon  döyüşünü  təsvir  edərkən  piyada 
döyüşçülərin farslardan, atlı oxçuların isə saqalardan (türklərdən) təşkil 
olunduğunu  yazır.  Azərbaycanda  atçılığın  inkişafını  sübut  edən  ən 
qədim maddi mədəniyyət nümunələri isə Cəlilabad rayonunun Üçtəpə 


kəndi  yaxınlığındakı  “Əliköməktəpə”  kurqanından  aşkar  edilib  və 
buradakı  qalıqlar  miladdan  öncə  V  minilliyə  aiddir.  Hörmətli  Həşim 
bəy,  məhz  bu  tapıntının  nəticəsidir  ki,  Azərbaycan  tarixdə  atın 
əhilləşdirildiyi  ilk  məskənlərdən  hesab  olunur.  İrandilli  tayfaların  isə 
indiki  İran  adlanan  əraziyə  m.ö.  IX-VIII  əsrlərdə  gəlməsi  artıq  qeyd-
şərtsiz  qəbul  olunduğu  halda  atçılığın  irandilli  xalqlar  tərəfindən  ilk 
dəfə  olaraq  inkişaf  etdiyini  siz  haradan  çıxartdınız?  Deməli,  siz 
Azərbaycan oxucusunu o qədər savadsız hesab edirsiniz ki, bu gülünc 
ideyanızı  tədqiqat  əsəri hesab etdiyiniz  kitabınızada verirsiniz.  Üstəlik 
farsların  dilindəki  atla  əlaqədar  terminlərin  çox  hissəsi  də  türk 
dilindədir.  Buna  misal  olaraq  Əlişir  Nəvainin  farsların  bir  qolu  olan 
sartlarda atçılıqla bağlı fikrini qeyd etmək olar: (sitat Firudin Cəlilovun 
“Azər  xalqı”  kitabından  götürülüb):  “At  cinslərindən  tupuçaq, 
arğumaq,  yeke,  yabu,  tatu  və  sairəni  sartlar  türkcə  deyirlər.  Atların 
yaşlarına  görə  adların  çoxu  türkcədir.  Yalnız  bir  yaş  dayçanın  öz  adı 
var:  kura.  Qalanlarının-  tay,  ğonan,  dunan,  tulan,  çırğa,  lanqa  və 
sairənin  daha  fəsihləri  türkcə  deyilir,  amma  çoxları  bunu  bilməzlər. 
Sartlar at yəhərinə zin desələr də, başqa ləvazimatın adını çəkəndə türk 
sözü  işlədirlər:  jibilqir,  hana,  tokum,  yarlıq,  ularçaq,  ğançuğ,  çılbır, 
quşqun, qantar, tüfək, toqa”.  
Digər  bir  yanlış  fakt  kitabınızın  57-ci  səhifəsində  yer  alır:  “Bəlkə  də 
Qaumat-Hamato  Bardiyə  kömək  edən  kahin  olmuş  və  Kirə  düşmən 
kəsilən  ərazidən  Piranın  Hamat  məntəqəsindən  olduğu  üçün  belə 
adlanmışdır. (Lerik rayonu Hamat (indiki Hamarat) kəndi)”. İlk öncə 
qeyd  edək  ki,  Bağıstan  mixi  yazılarında  və  Herodotun  “Tarix”ində 
qeyd  olunan  Qam  Ata  olayı  İran-Turan  ziddiyyətinin  ən  maraqlı 
mərhələlərindəndir.  Bağıstan  (Bisutun)  qayasında  Qam  Atanın  mağ 
adlandırılması  həm  onun  milli  mənsubiyyətinin,  həm  də  ki  dini 
statusunu əks etdirir. Abidənin fars mətnində mağın adı kimi Qaumata, 
elam  mətnində  Kamata,  babil  variantında  Qumata  kimi  qeyd  olunur. 
İlk  dəfə  bu adın  türkcə dəqiq açılışı  islamaqədərki tarixlə məşğul  olan 


professor  Firudin  Ağasıoğlu  Cəlilov  tərəfindən  Qam  Ata  formasında 
verilib.  Bu  izahın “Qorqud  Ata  kitabı”ndakı  şəxs adları  ilə  səslənməsi 
(Qamğan,  Qambörə)  açılışın  doğruluğunu  sübut  etmiş  olur.  Farsca 
mağın adının  Qaumata  şəklində  yazılması  isə  iki  cəhətdən  izah  edilir. 
Birinci  yanaşmaya  görə,  fars  dilinin  qrammatik  qaydalarına  uyğun 
olaraq mətndə “U” səsi əlavə olaraq artırılıb, ikinci yanaşmaya görə isə 
fars  şahı  nifrətə  layiq  hesab  etdiyindən  mağın  ismini  bilərəkdən 
Qaumata  şəklində  yazdırıb  ki,  burada  “qau”  sözü  “öküz”  anlamına 
gəlir.  Cənab  Kəlbiyev,  Herodotun  “Tarix”ində  “Asiyanın  ədalət 
simvolu”,  “ölümünə  farslardan  başqa  hamının  kədərləndiyi”  kimi 
tanınan Midiyalı maq Qam Atanı da talışlara bağlamağınız sizin qeyr-
səmimiliyinizdən xəbər verir. 
Qayıdaq  kadusilərə.  Kadusilər  haqqında  yazılan  bütün  mənbələrə 
nəzər  yetirdikdə  tam  dəqiq  şəkildə  onların  nəsillərinin  bu  gün  hansı 
xalq  olduğunu  demək  çox  çətindir.  Əgər  həqiqətən  kaspilər  sonradan 
kadusilər adlanıbsa, sözsüz ki, türk mənşəli olublar. Yox əgər kaspilərlə 
kadusilər ayrı-ayrı xalqlardırsa, bəlkə də o zaman siz haqlısınız. Amma 
bunun  üçün  çoxlu  sübutlara  ehtiyacınız  var.  Sadəcə  bir  ifadədən  və 
tarixi-coğrafi mövqedən yola çıxaraq qəti fikrə gəlmək imkansızdır. Bu 
baxımdan  sizin  tədqiqat  işiniz  qeyri-səmərəlidir  və  bunun  da  ən  əsas 
səbəbi qeyri-dəqiq mənbələrdən istifadə etmənizdir. Yaxşı olardı ki, bir 
araşdırmaçı  kimi  Sovet  dövrünün  tədqiqat  əsərlərinə  və  Əli  Əbdöli 
kimi  fars  tarixçilərinin  cızma-qaralarına  müraciət  etməkdənsə,  çağdaş 
zamanımızın  araşdırmaçılarının  yazdıqlarını  nəzər  yetirmənizi 
məsləhət  bilirik.  Bunun  üçün  isə  bütün  milli  duyğuları  kənara  atıb, 
həqiqəti araşdırmağa can atan bir elm xadimi kimi işə girişməlisiniz.  
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə