Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   36   37   38   39   40   41   42   43   44

Bununla  da,  Türkiyə  tarixində  “Atatürk  devrimləri”  adlanan  proseslər 
həyata  keçirilməyə  başlanılır  və  Türkiyə  Cumhuriyyəti  laikliyi  rəhbər 
tutaraq  yeni  dövrə  qədəm  basır.  Qeyd  etmək  lazımdır  ki,  dini  və 
dünyəvi  dövlətlərlə  bağlı  hüquqda  istifadə  olunan  və  elmi  dairələrdə 
Böyük Fransa  inqilabından  sonra   işlədilməyə başlanılan “laik” termini 
qədim yunan dilində olan “laicos” sözü ilə bağlıdır. Qədim yunanlar bu 
sözü özlərini Tanrıya həsr edən rahiblər sinfinə daxil olmayan geniş xalq 
kütlələrini  adlandırmaq  məqsədilə  istifadə  edirdilər.  Buna  görə  də, 
laiklik  iki  təməl  prinsipə  söykənir:  1)  Din  azadlığı  2)  Din  və  dövlət 
məsələlərinin ayrılığı 
Laikliyin  vətəndaşlara  verdiyi  din  azadlığı  ondan  ibarətdir  ki,  hər  bir 
şəxs istədiyi  inancda ola bilər və dövlətçiliyə zidd olmadığı təqdirdə öz 
inancının  tələb  etdiyi  ibadətləri  sərbəst  şəkildə  yerinə  yetirə  bilər.  Eyni 
zamanda  istənilən  fərd  hər  hansı  bir  dinə mənsub  olmamaq hüququna 
da malik  ola bilər.  Böyük  Atatürk haqlı  olaraq deyirdi:  “Din bir  vicdan 
məsələsidir, hər kəs vicdanının səsini eşitməkdə sərbəstdir”. Yəni laiklik 
dinsizlik  və  insanlığın  sahib  olduğu  dini  dünyagörüşü  qadağan  etmək 
anlamında  olmayıb,  dinin  azadlığı  və  fərdiliyi  prinsipini  rəhbər 
tutmaqdır.  Laikliyin  ikinci  təməl  prinsipi  din  və  dövlət  məsələlərinin 
ayrılığıdır.  Hüquqi  bir  anlayış  olan  laikliyə  görə,  din  və  dinə  aid  işlər 
cəmiyyətin  ümumi  xarakter  daşıyan  tələbatlarından  olduğundan 
dövlətin  sosial  xidmətləri  çərçivəsinə  salınmalı  və  bu  məsələləri 
tənzimləyəcək  qurumlar  dövlətdə  olmalıdır.  Hər  hansı  bir  dinin 
qanunları  və  ya  bir  din  ətrafında  birləşən  icmaların  açıq  və  ya  gizli 
şəkildə  dövlət  idarəedilməsində  istifadəsinə  cəhd  göstərilməsi  qanuna 
zidd  hesab  olunur.  Laik  hüquqda  qanunlar  ağıla,  isbat  olunmuş 
dəyərlərə  və  ortaq  məntiqə  əsaslanır  və  dini  qanunlar  kimi  doqmatik 
xarakter  daşımır.  Teokratik  monarxiya  dövləti  olan  Osmanlıdan  fərqli 
olaraq Atatürkçü Düşüncə Sistemində hüququn əsasını insanların ortaq 
iradəsi  təşkil  edir,  hüquq  bəşəri  dəyərlərə  əsaslanır  və  zamana  uyğun 
olaraq  dəyişdirilməsi  nəzərdə  tutulur.  Atatürk  haqlı  olaraq  deyirdi: 


“Yüz,  beş  yüz,  min  il  əvvəl  yaşayan  bir  cəmiyyət  üçün  qəbul  edilmiş 
qanunlarla  çağdaş  cəmiyyəti  idarə  etməyə  cəhd  göstərmək  qəflətdir, 
cəhalətdir”. Məhz buna görə 23 aprel 1920-ci ildə açılan Türkiyə Böyük 
Millət Məclisi milli suverenlik, milli iradə prinsiplərinə söykənirdi. 1921-
ci  il  yanvarın  21-də  qəbul  edilən  konstitusiyaya  əsasən  bu  prinsiplər 
siyasi-hüquqi  əsasa  çevrildi.  Bu  inqilabların  ardınca  1922-ci  il  noyabrın 
1-də  xilafət  idarəçiliyi  aradan  götürülür.  Və  bunun  ardınca  29  oktyabr 
1923-cü 
ildə 
Türkiyə 
Cumhuriyyətinin 
əsası 
qoyulur. 
Artıq 
Cumhuriyyətin  əsası  qoyulduğu  üçün  Mustafa  Kamal  hələ  I  Dünya 
Müharibəsi  ərəfəsində  düşüncəsində  formalaşan  dəyərləri  ardıcıllıqla 
həyata  keçirməyə  başlayır.  2  mart  1924-cü  ildə  verilən  qərarla  479 
mədrəsə ləğv olunur, martın 3-də alınan qərarla Türkiyə ərazisində olan 
bütün  təhsil  mərkəzləri Təhsil  Nazirliyinin  nəzarətinə verilir.  1924-cü il 
aprelin  20-də  alınan  qərarla  ibtidai  təhsil  məcburi  elan  edilir.  Bu 
islahatların  ardınca  1925-ci  ilin  sentyabrın  2-də  türbələrin,  təkkələrin 
fəaliyyəti  və  çoxevlilik  qadağan  edilir,  noyabrın  25-də  qiyafət  yasası,  1 
yanvar 1926-cı ildə təqvim və ölçü  dəyişikliyi  həyata  keçirilir. 1926-cı il 
oktyabrın  4-də  İsveçrə,  Almaniya  və  İtaliya  hüquqi  sistemlərindən 
nümunələr  əsasında  yeni  hüquqi  dəyərlər  yaradılır.  1928-ci  ildə 
konstitusiyada aparılan dəyişikliklə qanunda mövcud olan “dövlət dini 
İslamdır”  maddəsi  götürülərək  Türkiyə  Cumhuriyyəti  laik  sistemə 
qədəm qoyur. Həmin ilin noyabrın 1-də alınan qərarla ərəb əlifbası latın 
əlifbası  ilə  əvəz  olunur.  1932-ci  ildə  isə  məscidlərdə  azanın  türkcə 
verilməsi  qanuniləşdirilir.  Çağdaşlaşan  Türkiyə  1934-cü  ildə  qadınlara 
millət  vəkili  olmaq  və  seçmək  hüququnu  bəxş  edir.  Növbəti  ildə  artıq 
TBMM-ə  15  qadın  millət  vəkili  seçilir.  1935-ci  ildə  qüvvəyə  minən 
qanuna  əsasən  ərəbcə  olan  familiyalar  Türk  soyadları  ilə  əvəz  olunur. 
1937-ci il 5 fevralda Anayasada edilən dəyişikliklə Türkiyədə laik sistem 
ana  qanunla  müəyyənləşir  və  1982-ci  ildə  qəbul  edilmiş  sonuncu 
Anayasada  da  təsdiqlənir.  Konstitusiyanın  ikinci  maddəsində  yazılır: 
“Türkiyə  Cümhuriyyəti,  cəmiyyətin  əmin-amanlığı,  milli  həmrəylik  və 
ədalət  anlayışı  içində,  insan  haqlarına  hörmətlə  yanaşan  Atatürk 


millətçiliyinə  bağlı,  “Başlanğıcda”  müəyyən  edilən  əsas  prinsiplərə 
söykənən demokratik, dünyəvi (laik) və sosial bir hüquq Dövlətidir”. 
Bu  gün  Türkiyə  Cumhuriyyətində  müəyyən  qruplar  və  dini  əsaslı 
icmalar  tərəfindən  Atatürkçü  Düşüncə  Sisteminə  qarşı  açıq  və 
üstüörtülü  şəkildə  müəyyən  hücumlar  edilir.  Yeni  Osmanlıçılıq  ideyası 
adı  altında  modernləşən  Türkiyəni  yenidən  qəflətin  və  cəhalətin  hökm 
sürdüyü xilafət  və ya sultanlıq idarəçilik  sisteminə aparmaq,  türkçülük 
ideologiyasını  türkiyəçiliklə  əvəz  edərək  Türk  Birliyinə  gedən  uğurlu 
yolun  qarşısını  kəsmək  istiqamətində  psixoloji  müharibə  aparılır.  Bu 
psixoloji müharibənin tərəfdarı olan qüvvələr insanların dini inancından 
istifadə  etməkdə,  Türkiyəni  yenidən  şəriət  dövlətinə  çevirmək 
arzusundadırlar.  Modern  Türkiyəni  teokratik  idarəçiliklə  əvəz  etmək 
istəyənlər 
cumhuriyyəti 
uçurumun 
kənarına 
gətirdiklərini 
anlamalıdırlar.  Çünki  bu  gün  dövlət  təsisatının  formalaşması  ilə  bağlı 
olan teoloji nəzəriyyə artıq yalnız bir sıra ləng inkişafda olan dövlətlərdə 
hakimdir  və  əsas  üstünlük  verilən  ictimai  müqavilə  və  marksist 
nəzəriyyələr  dövlətin  sadəcə  olaraq  insan  amili  ilə  əlaqəli  olduğunu 
isbatlamışdır.  Biz  marksist  nəzəriyyəni  (dövlətin  meydana  gəlməsinin 
varlı-yoxsul təbəqələrin formalaşması, yəni güclülərin zəiflər üzərindəki 
hökmranlığı  ilə  əlaqələndirilməsi)  qəbul  etmirik  və  fikrimizcə,  ilk 
dövlətlər  ictimai  müqavilə  nəzəriyyəsini  (insanların  özlərini  idarə 
etmələri  üçün  birlikdə  düşünərək  dövlət  təsisatını  yaratmaları) 
dəstəkləyənlərin  söylədikləri  kimi  olmuşdur.  Yəni  fikrimizcə,  insanlar 
necə  ki  özlərini  idarə  etmələri  üçün  düşünərək  dövlətin  yaradılmasını 
məqbul  saymışlar,  eləcə  də  bu  dövlətdə  tətbiq  olunacaq  qanunları  da 
özləri  qəbul  etmişlər  və  etməlidirlər.  Bu  baxımdan  Atatürkçü  Düşüncə 
Sisteminin 
əsasını 
təşkil 
edən 
laik 
sistem 
Türk 
Birliyinin 
formalaşmasının yeganə çıxış yoludur.  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə