Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

bir  “zındıq”  kimi  çəkilib.  Ümumiyyətlə,  ərəb-fars  tarixçiləri  bu  cür 
məsələlərə  xüsusilə  önəm  verirdilər.  Babəkin  20  ildən  artıq  apardığı 
azadlıq mübarizəsini detalları ilə yazmaqdansa, onların qadınlı kişili nə 
iləsə  məşğul  olduqlarını  özlərinin  elmlərinə  daha  çox  layiq  bilirdilər. 
Yəni kimi nə maraqlandırırsa, ondan yazmaq daha rahat olur. Ona görə 
də,  Məzdək  Bəmdad  oğlunun  teoloji  sosial  baxışlarına  xüsusi  yer 
verəcəyik.
 
Teoloji  baxış-Məzdəkiliyə  görə  başlanğıc  ikili  xarakterlidir.  Aydınlıq 
elmdir, Qaranlıq isə cəhalətdir. Hər ikisinin öz himayəçisi vardır. İşığı, 
aydınlığı  Tanrı,  qaranlığı  isə  Şeytan  təmsil  edir.  Tanrı  ən  ali  qüvvədir 
və  onun  qarşısında  dörd  güc  dayanır:  Mühakimə  etmə  (Tamyiz), 
Anlamaq (Fəhm), Qorumaq (Hifz), Sevinmək (Sürur).Və Tanrı bu dörd 
gücü  layiq  olduğu  şəxslərə  verib:  Möbidlər  möbidinə  baş  hakimliyi, 
Herbada anlamağı, Spahbedə qoşun başçılığını, Ramişqara sevinci. Bu 
dörd  seçilmiş  12  ruhi  qüvvənin  yaratmış  olduqları  dairənin  içindəki  7 
vəzirlə  dünyanı  idarə  edirlər.  Bütün  bu  keyfiyyətlər  bir  insanda 
toplaşarsa,  o  insan  ilahi  qüvvəyə  sahib  olacaqdır.  Qiyamət  gününə, 
axirətə,  ilahi  məhkəməyə  inam  digər  dinlər  kimi  bu  idealogiyanın  da 
əsasını təşkil edir. Onlara görə, Qiyamət günü anlayışı əslində yenidən 
doğuluş,  yəni  ruhun bir  bədəndən  digərinə keçməsidir  (reinkarnasiya, 
tənasüx). 
Sosial baxış-Orta əsr feodal dünyasında sosial bərabərsizliyə qarşı baş 
qaldırmış  bir  çox  hərəkatların  əsasında  müəyyən  dini  baxışlar 
dayanmaqdadır.  Qərb  dünyasında  bu  cür  hərəkatlar  bidətçi  təriqətlər 
formasında  xarakterizə  olunur.  Çünki  feodalizm  dövründə  zülmün 
mənbəyində  dövlətlə  yanaşı,  din  və  din  xadimləri  də  dayanırdı.  Ona 
görə  də,  hərəkatlar  həm  dövlətə,  həm  də  dinə  qarşı  çıxışları  özündə 
ehtiva  edirdi.  Bir  sıra  tarixçilərin  ilk  “kommunist”  hesab  etdikləri 
Məzdəkə görə “Tanrı torpaqdakı məhsulu və digər insana gərəkli olan 
şeyləri cəmiyyətdə bərabər şəkildə  bölüşdürülməsi məqsədilə yaradıb. 
Heç  bir  şəxs  digərindən  artıq  pay  almamalıdır.  İnsanlar  bir-birilərinə 


qarşı düzgün  davranmayaraq bir-birilərindən asılı  vəziyyətə düşüblər. 
Güclü  zəifi  əzərək  həm  malını,  həm  də  yaşamaq  hüququnu  əlindən 
alıb.  Mülkiyyət  baxımından  hər  kəsin  bərabər olması  üçün  mütləq  bir 
şəxsin ayağa qalxaraq varlılardan alıb yoxsullara verməsi lazımdır. Hər 
kim  olursa  olsun,  heç  kəsin  digərindən  artıq  var-dövlətə,  mülkə  və 
birdən artıq qadına sahib olmağa haqqı yoxdur”. 
Məlumdur  ki,  Sasanilər  zamanında  zərdüşti  rahiblər  atəşgədələrin 
ətafında yerləşən geniş ərazilərin sahibi hesab edilirdilər. Ona görə də, 
Məzdəkin sosial bərabərlik ideyaları onların “dinlərinə” uyğun deyildi 
və  buna  görə  də  Məzdəkiliyə  qarşı  mübarizənin  labüdlüyünü 
düşünürdülər. 
Məzdəkiliyə  görə,  insanlar  azad  yaradılıb  və  hər  bir  şey  Tanrı 
tərəfindən  onlar  arasında  bərabər  bölünü.  Birinin  digərinin  üzərində 
heç bir hüquqi, siyasi, sosial üstünlüyü yoxdur. İnsanlara zərər vermək 
günah anlayışına daxildir. İnsan yalnız haqsızlığa qarşı baş qaldırarkən 
qan tökə  bilər, digər hallarda bu qəti şəkildə qadağandır. İnsanlar bir-
birilərinə  qarşı  xoş  fikirlər  düşünməli,  başqalarına  zərər  vermədən 
Tanrının  onlara  verdiyi  hər  cür  zövqlə,  əyləncə  ilə  məşğul  olmaq 
hüququna sahib olmalıdır. 
İnsanın  daxili  və  zahiri  təmiz  olmalı,  evlilik,  andiçmə  və  bir  sıra  dini 
törənlərdə şərab və çörəkdən istifadə edilməlidir. Heyvanları öldürmək 
və  onların  ətindən  istifadə  qadağandır.  Məzdəkə  görə,  insanları 
fəlakətə,  hərisliyə  sürükləyən  yalnız  iki  şeydir:  Sərvət  və  qadın.  Ona 
görə  də  onların  ortaq  olması  bu  problemləri  tamamilə  aradan 
qaldıracaqdır. Manidən fərqli olaraq Məzdəkə görə, sosial bərabərliyin 
Tanrının  köməyilə  bu  dünyada  qurulması  mümkündür.  Bunun  üçün 
istismarçılara qarşı fəal mübarizə aparılmalıdır. 
Hərəkatın  başlanması-Kəndlilərin 
istismarı,  onların  əmlakının 
müsadirə  edilməsi  iri  feodalların  güclənməsinə,  dövlət  xəzinəsinin 
boşalmasına  və  bunun  sonucunda  imperiyanın  zəifləməsi  prosesinin 


kəskin xarakter almasına səbəb olmuşdu. İri fodallardan ehtiyat edən I 
Qubad  (488-528)  481-ci  ildən  fəal  mübarizəyə  keçən  Məzdak  Bəmdad 
oğlundan  dəstək  istəyir  və  bir  müddət  onların  fikirləri  ilə  hərəkət 
etməyə  məcbur  olur.  Belə  ki,  qıtlıq  zamanı  Məzdəkin  məsləhəti  ilə, 
Qubad  dövlətin  taxıl  anbarlarını  xalqın  istifadəsinə  verir.  Çünki, 
Məzdəkə  görə,  hər  kəs  Adəmin  nəslindəndir  və  bir-birilərinə  yardım 
etməlidirlər  ki,  heç  kəs  aclıq  hissini  duymasın.  İmperiyada  yaranmış 
böhrandan 
çıxış 
yolu 
tapmayan 
Qubad 
çarəni 
Ağ 
Hun 
imperatorluğuna  sığınmaqda  görür.  Bunun  müqabilində  Ağ  Hun 
imperatoru  499-cu  ildə  30  min  nəfərlik  suvaridən  ibarət  qoşunu  İrana 
göndərir.  Az  sonra  güclənən  Qubad  artıq  Məzdəkilərə  ehtiyacı 
olmadığından  köhnə  dostlarına  qarşı  (ənənəvi  fars  riyakarlığı) 
mübarizəyə başlayır. Məzdəkilərə qarşı aparılan bu mübarizə Qubadın 
oğlu I Xosrovun (528-575) zamanında daha kəskin xarakter alır və 529-
cu  ildə  Məzdək  edam  edilərək  öldürülür  və  80  min  məzdəki  qətlə 
yetirilir. 
Lakin  məzdəkilik  ideyaları  200  il  müddətində  öz  varlığını  qoruyub 
saxlaya  bilir.  Belə  ki,  İslam  dininin  geniş  vüsət  aldığı  dövrlərdə  də 
Azərbaycan,  Xorasan,  Soqdiana,  Gürgan,  Kirman,  İsfahan,  Əhvaz, 
Təbəristan kimi ərazilərdə hələ də onun nümayəndələri və topluluqları 
yaşayırdı.  Nizamülmülk  VIII  əsr  hadisələrindən  danışarkən  İran 
əhalisinin  yarıdan  çoxunun  məzdəki  və  rafizi  inancında  olduqlarını 
qeyd edir.  
 
XIX yarpaq 
Kadusilər talışların əcdadıdırmı? 
Qədim Azərbaycanın və İkiçayarası torpaqların tarixi olduqca qaranlıq 
və  ziddiyyətlidir.  Təsadüfi  deyil  ki,  6  min  il  bundan  əvvəl  də  hər  iki 
regionda  sabitlik,  əmin-amanlıq  hökm  sürmürdü,  indinin  özündə  də. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə