Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

minlik  qoşun  ilə  mübarizə  aparmağa  çalışsa  da,  məğlub  edilir  və 
Mərvan  20  min  ailəni  əsir  alaraq  Dərbəndə  tərəf  sürgün  edir.  Məcbur 
qalan  xaqan  sülh  sazişi  bağlayır.  Sülhün  şərtlərinə  uyğun  olaraq 
Mərvan xaqanın İtilə qayıtmasına icazə verir, eyni zamanda xaqanlıqda 
islam  dinini  yaymaq  üçün  iki  hüquqşünası  (Sabit  əl-Əsədi  və 
Abdurrahman Hulanü) orada saxlayır. 765-ci ildə xəzərlər 30 il əvvəlki 
məğlubiyyətin  qisasını  alaraq  100  minlik  ordu  ilə  Azərbaycan  və 
Ərməniyyəyə girərək 100 minlik müsəlmanı əsir alırlar. 
Bir  sıra  tarixçilərə  görə,  xəzərlərin  ərəblərə  qarşı  mübarizəsi  və  İslamı 
kütləvi şəkildə qəbul etməmələri Şərqi Avropa tarixinin dəyişilməsində 
müəyyən  rol  oynadı.  Belə  ki,  əgər  onlar  İslamı  qəbul  etsə  idi,  bu  gün 
Rusiyanın  və  Şərqi  Avropanın  əksər  xalqları  müsəlman  olacaqdı. 
Xəzərlərlə  ərəblər arasında  da  nigah  diplomatiyası  mövcud  olub.  Belə 
ki,  Harun  Rəşidin  vəziri  Yəhya  Bərməki  Xəzər  şahzadəsi  ilə  evlənib. 
Fəqət  qohumluq  amili  də  iki  dövlət  arasındakı  düşmən  münasibəti 
aradan  qaldıra  bilmədi.  Eyni  zamanda  xəzərlərlə  Sasanilər  də  vaxtilə 
qohumluq əlaqələri qurublar. IV Hörmüzdün anası (578-596) xaqan qızı 
idi və buna görə də şahın ləqəbi tarixdə “Türkzadə” kimi qalıb. Alpan 
hökmdarı Cavanşir də bu cür “siyasi izdivacda” olub. 
665-ci  illərdə  Qara  dənizin  şimalında  yerləşən  Bulqar  xaqanlığının 
parçalanması  nəticəsində  Dneprə  qədər  uzanan  düzənliklər  xəzərlərin 
əlinə  keçir.  VII-VIII  əsrlərdə  xəzərlər  Krım  və  Azak  ərazilərində  daha 
da  güclənirlər. Krımda  yaşayan qotlar  bu dövrdə xəzərlərə  tabe  idilər. 
Qotlara xəzər xaqanı tərəfindən təyin olunan vali başçılıq edirdi. Bu cür 
valilər  tuyun  adlanırdı.  787-də  xəzərlər  qotların  müstəqilliklərinə 
birdəfəlik son qoyurlar. Bu dövrdə xəzərlər Don çayı sahilində yaşayan 
bozqır  qövmlərinin  yürüşlərinin  qarşısını  almaq  üçün  Sarhil  qalasının 
tikirlər.  İndiki  Kiyev  şəhəri  xəzər  xaqanlığına  tabe  olan  3  qardaş 
tərəfindən salınır. 


İdarəçilik-Dövlətin  başında  türk  törəsinə  uyğun  olaraq  Xaqan 
dayanırdı.  Lakin  o,  bütövlükdə  dövlətin  bütün  işlərinə  qarışmırdı. 
Simvolik  xarakter  daşıyan  xaqan  bütün  idarəçiliyi  naibi  olan 
Xaqanbəyin  səlahiyətinə  daxil  etmişdi.  Lakin  xaqan  köməkçisini 
dəyişdirmək 
funksiyasını 
özündə 
saxlayırdı. 
Xaqanbəyin 
səlahiyyətlərinə bunlar daxil idi: ordunu idarə etməklə müharibə və ya 
sülh  məsələləri, əyalətlərlə bağlı  məsələlər,  məhkəmə, daxili  işlər və  s. 
Simvolik xaqanın hakimiyyət müddəti 40 ili keçə bilməzdi. Əgər xaqan 
40 il hakimiyyətdən sonra vəfat etməzdisə, onun artıq dövləti idarə edə 
bilmədiyini  düşünüb  özləri  öldürürdü.  Xaqan  ordudan  qaçanları 
cəzalandırırdı.  Əgər  xaqanbəy  məğlub  olardısa,  onun  gözü  qarşısında 
ailəsi  və mülkü  paylaşılırdı.  Xaqanbəy  eyni  zamanda  tarxan  və  yabqu 
da  adlanırdı.  Eyni  zamanda  idarəçilikdə  şad,  bəy,  eltəbər,  tudun  kimi 
vəzifələr  mövcud  olub.  Xəzər  idarəçiliyi  barədə  ibn  Fədlan  yazır: 
“Xəzərlərin  hökmdarına  Xaqan  deyilir.  Gəzinti  üçün ancaq  dörd ayda 
bir  dışarı  çıxır.  Buna  Böyük  Xaqan,  vəkilinə  isə  Xaqanbəy  deyirdilər”. 
Təqribən  460-960-cı  illərdə mövcud  olmuş  Xəzər  xaqanlığının  mərkəzi 
468-723-cü  illərdə  Bələncər,  723-965-cil  illərdə  İtil  (Astarxan)  şəhəri 
olub. Dövlətin sərhədləri şərqdə Göktürk xaqanlığı, qərbdə Dunay çayı, 
cənubda  Araz  çayı,  şimalda  Kiyev  və  Moskvaya  qədər  uzanırdı. 
Tarixdə  isimləri  qalan  xəzər  xaqanları  bunlardır:  Bulan  (620-630), 
Ubaca,  Hizkiya,I  Menaşe,  Hanuka,  İshaq,  Sabulon,  II  Menaşe,  Nişi,  I 
Harun,  Menahem,  Benyamin,  II  Harun,  Yusif  (931-965,onun  xaqanbəy 
olması ehtimalı da vardır). 
İç vəziyyət- İbn Fədlan (922) xəzərlərin bal, un, mum, kürk ticarəti ilə, 
Gerdizi  (1048)  arıçılıq  və  bal  mumu  ilə,  Məsudi  (944)  gəmiçiliklə 
məşğul  olduqlarını,  İstəxri  (930-933)  tacirlərdən  gömrük  haqqı  olaraq 
onda  bir  vergisi  aldıqlarını  qeyd  edirlər.  Xəzərlərin  mühüm  şəhərləri 
bunlardır:  dörd  min  bağçası  olan  Səməndər,  Tmutorokan,  Sarıqşın. 
Paytaxtın  xaqan  oturan  qərb  hissəsi  Xanbalıq  adlanırdı.  VII-IX  əsrlər 
şərqi  Avropa  tarixində  “Xəzər  barışı”  ("Pax  Khazarica")  adını  alıb. 


Çünki  məhz  xəzərlərin  güclü  müdafiəsi  nəticəsində  ərəblər  və  ya 
digərləri  bu  ərazilərə  daxil  ola  bilməyiblər.  Müdafiəni  gücləndirmək 
məqsədi  ilə  xəzərlər  bizanslı  ustaların  köməyi  nəticəsində  835-ci  ildə 
Şarkel (Ağ qala-ağ daşlardan tikildiyi üçün) qalasını tikirlər. Məsudinin 
verdiyi  məlumata  görə, Xəzər xaqanlığının  paytaxtı  İtildə  7 hakim var 
idi. Bunlardan ikisi müsəlmanların, ikisi xristianların, ikisi yəhudilərin, 
biri isə şamançıların haqlarını qoruyurdu. Ona görə də, ölkə ərazisində 
heç  bir  dini  ayrıseçkilik  salınmırdı.  Şəhərlərdə  məscidlər,  kilsələr, 
sinaqoqlar  yanaşı  şəkildə  yerləşirdi.  İtil  şəhəri cənubi-şərqi  Avropa  ilə 
Asiya arasındakı ticarət mərkəzlərindən idi. 
Dini 
inanc-Bütün 
türk 
boyları 
kimi 
xəzərlərin 
də 
dini 
dünyagörüşlərinin  əsasını  qam-şaman  inancı,  əcdadlara  və  təbiət 
qüvvələrinə inam təşkil edir. Bir Tenqriyə inanılan xaqanlıqda 732-800-
cü  illərdə  İslam,  800-965-ci  illərdə  isə  Yəhudilik  dövlət  dininə  çevrilir. 
Dövlətdə  xaqandan  başqa  digər  elita  nümayəndələri  dinlərini  dəyişə 
bilərdilər. X  əsrdə  İtildə  10 məscid  fəaliyyət  göstərirdi.  Müsəlmanların 
sayı  10  minə  çatırdı  ki,  bunların  da  çoxu  ticarətlə  məşğul  olanlar  idi. 
Onlar əsasən Dağıstanda və Aşağı İtildə, xristianlar isə Bizans sınırında 
və  Krımda  yaşayırdılar.  Siciliyada  yaşamış  coğrafiyaşünas  İdrisi  (XII 
əsr)  xaqanlıqda  bütün  dinlərin  fəaliyyət  göstərdiyini,  dini  azadlığın 
qorunduğunu  qeyd  edir.  Bizans  imperatoru  I  Roman  Lekapenin  (919-
944)  yəhudilərə  etdiyi  zülmdən  sonra  onlar  demokratik  ənənələrin 
qorunduğu  Xəzər  xaqanlığına  köç  edirlər  və  bu  köç  ərazidəki 
musəvilərin  nüfuzunun  artmasına  səbəb  olur.  İbn  Rüşdə  görə,  xəzər 
xaqanı  musəvi  olsa  da,  xalq  əski  inancını  qoruyub  saxlayırdı.  Xəzər 
türklərinin  musəviliyi  qəbul  etmələri  tarixdə  “Xəzər  polemikası”  adı 
altında  xatırlanır.  Bu  polemikada  Xəzər  xaqanının  dəvəti  ilə  ibrahimi 
dinlərin 
nümayəndələri 
iştirak 
edərək, 
hansı 
dinin 
daha 
məqsədəuyğun  və  doğru  olduğu  müzakirə  edilir.  Beləliklə,  xaqan 
müzakirədə  iştirak  etmək  üçün  xristian  dininin  dayağı  olan  Bizansa 
nüfuzlu bir din xadimini göndərmək üçün müraciət edir. İmperator III 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə