63
Opera İkinci İmperiyanın ən məşhur abidəsi hesab olunur. Qədim yunan
mifologiyasına görə Piqmalion mərmərdən Qalateya adlandırdığı qızın gözəl
heykəlini yaratmış və sonra ona vurulmuşdu. Öz xahişi ilə ilahə Afrodita ona nəfəs
verib canlandırmış və Piqmalion Qalateyaya evlənmşdi. Qarnye də öz yaratdığı
binaya beləcə vurulmuşdu, axı bu möhtəşəm məbəd də vurulmağa dəyər.
Arxitektor yaratdığı möcüzəni hər cür təsirlərdən, əlavələrdən qorumağa çalışırdı.
Binanın ətrafında küçədə ağacların əkilməsinə icazə verməməşdi ki, ağacların
kölgəsi binanın gözəlliyini ört-basdır edə bilər. Təsadüfi deyildir ki, Qrand Opera
təkcə
Parisdə deyil, dünyada ən böyük teatr binası kimi tanınır.
Qrand Opera
Fransız baletmeysteri Marius Petipa rus baletinə yeni nəfəs vermiş, onun
gələcək şöhrətinin əsasını qoymuşdu. Bir çox məşhur rus baletlərinə o, quruluş
vermişdi. Ruslar bunu cavabsız qoymadılar. Artıq Parisdə yaşayan Serqey
Dyaqilev 1911-ci ildə burada Rus balet truppasını təşkil etdi və 18 il ərzində
Fransada baletin inkişafı naminə böyük xidmətlər göstərdi. İki ölkənin mədəniyyət
sahəsindəki qarşılıqlı əməkdaşlığı olduqca yaxşı bəhrələr verdi.
Paris incəsənət mərkəzi olmaqla yanaşı, həmçinin əsrlər ərzində
inqilablar məskəni kimi şöhrət tapmışdır. Şəhərdə kütləvi zorakılıqların baş
verməsi faktları vardır, son illərdə isə islam radikalistləri paytaxtda terror
hadisələri törədirlər. Lakin bu xoşagəlməz hallar Parisin mülayim ovqatına xələl
gətirə bilmir.
Parisi bəzəyən cəhətlərdən biri elə Sena çayının özüdür. Axı şəhərin
əsası çayı şimaldan cənuba yarıb keçən yolun üstündəki adada qoyulmuşdur.
Əslində isə Senanı cazibədar edən onun şəhər daxilindəki hissəsidir, kənarda isə o
adi bir çaydır. Fransız filosofu Blez Paskal demişkən, “Budaq anlamağa qadir
deyildir ki, o yalnız ağacın bir hissəsidir.” Sena da öz şərəfinə görə məhz Parisə
borcludur.