Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə31/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   102

71 
 
xörəklərdən yeyir, bəzilərinin dadına baxırdı. Bu vaxt əyanlar ayaq üstə dayanıb, 
onun nahar etməsinə tamaşa etməli idilər.  
Konfutsidən fərqli olaraq, Günəş Kral sevgi macəralarına və ova böyük 
diqqət  verirdi.  O,  gündə  üç  dəfə  məşuqələri  ilə  intim  yaxınlıq  edir,  hər  gün  ova 
gedirdi. Lakin bunlar onun dövlət işləri ilə məşğul olmasına maneçilik törətmirdi, 
dövlət  işinə  o,  birinci  dərəcəli  əhəmiyyət  verirdi.  Hətta  yaslı  vaxtı  yoğun 
bağırsağındakı  fəsada  görə  ağır  cərrahiyyə  əməliyyatına  məruz  qaldığı  günün 
axşamı Kral Şurasının iclasına başçılıq etmişdi. 
Təəssüf  ki,  onun  varisləri  keyf,  işrət  məsələlərində  onu  təqlid  etməyə 
çalışsalar da, dövlət işinə münasibətdə ona qətiyyət oxşamırdılar. Sonrakı Fransız 
kralları  qədim  Roma  imperatorları  kimi  məşuqələrini  də  «məşhurlaşdırırdılar». 
Roma imperatoru Klavdi iki arvadına görə biabır olmuşdu, biri əxlaqsızlıq simvolu 
olan Messalina, digəri isə doğma qardaşı qızı, Neronun anası Kiçik Aqrippina idi. 
XIV  Luinin  madam  Montespan  və  madam  de  Mentonon  kimi  məşuqələri 
Messalinaya  bənzəmirdilər,  axırıncıya  isə  ondan  üç  yaş  böyük  olsa  da,  dindar 
olduğundan,  kral,  öz  arvadı  ispaniyalı  Mariya-Tereziya  1683-cü  ildə  öldükdən 
sonra  gizli  surətdə  evlənmişdi.  Çünki  bu,  morqanatik  nikah  idi.  Onun  varisi  XV 
Lui  15  yaşında  olanda  özündən  7  yaş  böyük  olan  polşalı  Mariya  Leşşinskayaya 
evlənmişdi.  Yeniyetməliyində  əldə  etdiyi  təcrübə  onu  sevgi  macəralarına 
aludəçiliyə sövq etmişdi. Onun madam de Pampadur, madam du Barri və madam 
du de Şuazel kimi məşuqələri hakimiyyət dövrünün tarixçəsini bəzəyirlər. Markiza 
de  Pompadur  incəsənətə,  ensiklopediya  naşirləri  Didro  və  d`Alamberə  qayğı 
göstərdiyinə  görə  böyük  nüfuz  qazanmışdı.  O,  Avropa  sarayları  ilə  diplomatik 
danışıqlar  aparır,  dövlət  idarələrinə  təsir  göstərirdi.  Məşuqələri,  ümumiyyətlə, 
dövlət işlərini müzakirə edirdilər. XV Lui 1774-cü ildə başa çatan bütün həyatını 
eyş-işrətə, sevgi intriqalarına həsr etmişdi. 
XVI Lui isə qadınlara münasibətdə sələflərindən fərqlənirdi. Ona yenicə 
evləndiyi arvadı, Avstriya imperatriçəsi Mariya Terezanın qızı Mariya-Antuanetta 
daim müəyyən problemlər törədirdi. Lui hələ prints (dofin) olarkən, 1770-ci ildə bu 
qıza  evlənmişdi.  Lakin  7  il  ərzində  o,  gənc  arvadı  üçün  fiziki  cəhətdən  ər 
funksiyasını  yerinə  yetirə  bilməmişdi.  Artıq  o,  3  il  idi  ki,  kral  idi,  lakin  bir  kişi 
kimi  arvadına  intim  yaxınlığı  icra  etməkdə  gücsüz  olaraq  qalırdı.  Ona  görə  də 
Mariya-Antuanettanın  böyük  qardaşı,  gələcək  Avstriya  imperatoru  İosif  onun 
yanına gəlib, məsələnin birdəfəlik həll edilməsini tələb etdi. Qardaşı bunu deməsə 
də,  cavan  bir  qızın  dəbdəbə  içərisində  həyat  sürməsi  ilə  yanaşı,  mühüm  həyati 
tələbatının ödənilməməsi onu rahat buraxa bilməzdi. Ona görə də onunla yaxınlıq 
etmək  istəyənlər  barədə  söz-söhbətlər  dolaşırdı.  İosifin  təkidi  ilə  XVI  Lui  riskə 
gedib, bədənində cərrahiyyə əməliyyatı aparılmasına razılıq verdi. Alman yazıçısı 
Tomas  Mann  bunu  Luiyə  sünnət  edilməsi  adlandırır.  Bundan  sonra  ər-arvadın 
intim  yaxınlığı qaydaya  düşdü  və uşaqları  olmağa  başladı,  lakin  birinci  oğlanları 
belindən  xəstə  olduğundan,  uşaq  vaxtı  həyatdan  köçdü.  İnqilab  ərəfəsində  isə 
Mariya-Antuanettaya  nifrət  daha  da  artmışdı,  onun  əxlaqı  barədə  nalayiq 
karikaturalar çəkilir, Parisdə yayılırdı.  


72 
 
Parisin olduqca maraqlı, keşməkeşli tarixi vardır, onu öyrənməyə maraq 
da böyükdür. Fransız yazıçısı madam de Stal özünün «Korinna və ya İtaliya» adlı 
çox  qiymətli  əsəri  ilə  İtaliya,  onun  tarixi  barədə  geniş  məlumat  verir,  oxucunu 
italyan  mədəniyyətini  sevməyə  sövq  edir.  Bu populyar  kitab  İtaliya  üçün bələdçi 
rolunu oynayır, onun arxitekturasını, abidələrini təbliğ edir. Jermena de Stal həm 
də  cəsarətli  qadın  idi.  O,  ilk  dəfə  Napoleonu  «azadlığın  qəbir  qazanı» 
adlandırmışdı  və  ona  görə  sürgünə  yollanmışdı.  Nə  sürgün,  nə  Napoleon 
Fransasında  ona  bəslənən  pis  münasibət  bu  istedadlı  qadının  yaradıcılığının 
qarşısını kəsə, ona kölgə sala bilməmişdir. 
Fransa  və  ya  Paris  barədə  də  belə  bir  kitab  mövcud  olsaydı,  onu 
oxumağa böyük həvəs olardı. Axı kitablar bəzən ölkəni, şəhəri tanımaqda əvəzsiz 
bələdçi  rolunu  oynayırlar.  Fransız  tarixçisi  Aleksis  Tokvilin  «Amreikadakı 
demokratiya  haqqında»  kitabı  (1835-ci  il)  Avropa  oxucusuna  Amerikanı 
tanımaqda  çox kömək  etdi.  Yaxud  amerikan  yazıçısı  Ceyms  Klavellin  «Syoqun» 
romanı  1600-cü  illər  Yaponiyası  barədə  zəngin  məlumat  verir,  həmin  dövrün 
yaponlarının  müsbət və  qəddarlıqdan  xəbər  verən  mənfi  cəhətlərini  açıb göstərir. 
Şəhərlərin görməli yerlərinin nümayişində populyar kinofilmlər da az rol oynamır. 
Altı onillik bundan əvvəl ekranlara çıxmış «Vaterloo körpüsü» Londonun, «Roma 
tətilləri»  isə  əbədi  şəhərin  görməli  yerlərini  təbliğ  edir.  Məşhur  aktyorlar  Odri 
Höpbernin və  Qreqori  Pekin  çəkildiyi  axırıncı  filmdə  Romadakı tarixi  abidələr  – 
Kolizey,  Panteon,  San-Ancela  qəsri,  Trevi  fəvvarəsi  və  sairə  bol-bol  göstərilir. 
Paris  haqqında  isə  belə  film  yoxdur.  Parisi  vəsf  edən  və  populyar  dildə  yazılmış 
kitab  və  film  də  oxucuların  və  tamaşaçıların,  bu  gözəl  şəhəri  sevənlərin  böyük 
marağına səbəb ola bilərdi.  
Parisin  sosial  həyatına,  sakinlərinə  gəldikdə,  yenə  də  şəhər  digər 
paytaxtlardan xeyli dərəcədə seçilir. Burada küçədə harasa tələsən, həm də əlində 
zənbil olan qocalara tez-tez rast gəlinir. Düzdür, Parisdə Yaponiyada və ya Çinin 
Haynan  adasında  olduğu  kimi  yaşı  yüzü  keçmiş  və  fəal  həyat  tərzi  ilə  seçilən 
adamlar ya olduqca azdır, bəlkə də, yoxdur. Lakin, görünür, şəhərin ahıl sakinləri 
hansısa  bir  diskomfort  hiss  etmirlər.  Şəhər  turistlərlə  doludur,  ona  görə  də 
küçələrdə yerli sakinlər çoxluğu ilə yanaşı, axı Paris dünyanın ən sıx əhalisi olan 
şəhərlərindən biridir, turistlərə, əcnəbilərə tez-tez rast gəlmək olur. Muzeylərdə isə 
onların  əsl  axını  ilə  üzləşməli  olursan.  Otuz  il  əvvəldə  olduğuna  nisbətən  çinli 
turistlər  daha  çox  nəzərə  çarpır.  Filippinli  turistlər  isə,  əsasən,  ABŞ-dan 
gələnlərdir.  Dünyanın  hər  yerində  olduğu  kimi,  burada  da  çox  sayda  yapon 
turistlərini görmək mümkündür.  
Şəhərdə  avtomobil  hərəkətinin  sakitliyinə,  qaydalara  riayət  etməsinə 
həsəd  aparmaq  olar.  Burada  maşını  sürətlə  idarə  etmək  həvəskarlarına  rast 
gəlmirsən,  bizim  təkər  üstündəki  dəlisovların  sirk  ustalığının  eybəcərliyi  onlara 
gedib  çatmamışdır.  Şəhərdə  və  şəhərdən  Versala  ya  da  Şarl  de  Qoll  aeroprtuna 
gedən  yolda  maşınların  sürətinə  nəzarət  edən  monitorlara  da  rast  gəlmirsən, 
deyəsən  Fransa  yol  polisi  monitor  virusuna  sirayətlənməmişdir.  Londonda 
müşahidə  etdiyim  səhnə  burada  da  təkrar  olunurdu,  avtomobillər  suyun  altından 
çıxıb, aramla üzən delfinləri andırırdılar. Sürücülər piyadalara hörmətlə yanaşırlar, 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə