73
piyadalar da əsasən sui-istifadə hallarına yol vermirlər. Az sayda velosipedçilər,
Amsterdamla və Pekinlə müqayisədə onlar burada seyrək nəzərə çarpırlar,
döngələrdə maşınların, iri avtobusların hərəkətindən hansısa bir təhlükə hiss
etmirlər, küçədə isə onların ayrıca yolları vardır.
Parisdə səkiləri zəbt etmək dəbi də yoxdur. XVI əsr İngiltərəsində
qoyunların adamı yediyi bəyan edildiyi kimi, burada yaşayış binalarının səkiləri
yeməsi, udması hallarına rast gəlmirsən. Restoranların pəncərələrinin qarşısındakı
kiçik ərazilərdə xırda stollar, divan tipli skamyalar, stullar qoyulur. Parislilər
payızda, soyuq havada da küçədə oturub, kofe, şərab içməyi, nahar etməyi sevirlər.
Varlı restoranlar və kafelər stolları yağışdan qoruyan talvarlara elektrik peçləri
quraşdırdıqlarından, yuxarıdan aşağı adama rahatlıq verən hərarət dalğasını qəbul
edirsən. Fransız şərablarının çox sayda növü və yüksək keyfiyyəti onlara olan
meyilin azalmamasına, bəlkə də, güclənməsinə səbəb olur. Ona görə də əbəs
deyildir ki, dünyada şərabdan söhbət düşəndə, fransız şərabı və digər şərablar
sözlərini işlədirlər. Çünki fransız şərabları ilə nə italyan, nə ispan, nə də
Kaliforniya şərabları müqayisəyə davam gətirə bilmir.
Fransız şərabları kimi fransız parfyumeriyası da dünyada özünə rəqib
tanımır. Odekolon fransız sözü olub, hərfi mənada “ Köln suyu” deməkdir, Köln
isə alman şəhəridir, deməli ilk dəfə orada istehsal edilmişdir. “Un parfum français”
ifadəsi fransız duxiləri mənasını verir. Dünyanın hansı guşəsində yaşamalarından
asılı olmayaraq bütün qadınlar bu ölkədə istehsal olunan ətirlərə üstünlük verirlər.
Fransız duxilərinə vurğunluğa görə çox asanlıqla Qadın İnternasionalı yaratmaq
olardı və onda ən azı milyonlarla qadın birləşərdi.
Fransız mətbəxi də zəngin çeşiddə olan çox dadlı xörəkləri ilə seçilir.
Parisə gəldimiz ilk günü restoranda səfər yoldaşlarım məşhur milli xörək sayılan
soğan şorbasını yemək istədilər. Şorbadan sonra mən digər milli xörək kimi əsasən
qaz ciyərindən hazırlanan paşteti- “fua gra”nı təklif etdim, lakin bu seçim
dostlarımda gözlədiyim təəssüratı yaratmadı. Bu təkliflə onu əsas götürmüşdüm ki,
necə olur ki, ABŞ-ın Dövlət katibi Çin paytaxtında olarkən Pekin’s duck- “Pekin
ördəyi”ni yeməyi ilə öyünür, Parisdə biz əcnəbilər tərəfindən fua qra-ya buna
bənzər bir münasibət göstərilməsin. Ona görə də fua qra barədə bildiklərimi
söyləməyə başladım. Çünki fua qra istehsalı yalnız fransızlara məxsusdur, necə ki,
xamon (bu,qaxac edilmiş donuz bududur) ispanların inhisarındadır. Fua qranın
adından göründüyü kimi (ikinci sözdən) yalnız piyli qaz ciyərindən hazırlanır. Belə
qazlar xüsusi daydada yetişdirilir. Onlar elə kökəldilir ki, qara ciyəri piy basır və o
həddən artıq böyüyür. Bu stadaiyada qaz kəsilməsə, o hökmən öləcəkdir. SSRİ
Xarici Ticarət nazirinin müavini N. Smelyakovun “İşgüzar Amerika (mühəndisin
qeydləri)” kitabı 1970-ci illərdə çox populyar idi. Müəllif ideoloji məhdudiyyətlərə
məhəl qoymadan Qərbin müsbət cəhətlərini ustalıqla təsvir edirdi. O, Fransada
belə bir qaz fermasında olanda, “ferme” sözü “ferma” kimi fransız dilindən başqa
dillərə keçmişdir, ətrafda gölməçə olmadığından təəccüblənib, bunu iş adamından
soruşduqda, fermer cavab vermişdi ki, o, idmançı deyil, xörək üçün xammal
hazırlayır. Elə də ağılsız deyildir ki, yemi göldə üzəndə enerji sərf etməyə versin,
74
onun yemi hesabına qazlar yalnız kökəlməlidirlər. Fua qra konsevləşdirilərək
bankalarda bütün dünyada satılır.
Ümumiyyətlə, fransızlar mətbəxdə ağıla gəlməyən inqrediyentlərdən
istifadə edirlər. Ət xörəyinin yanında boçqaba nazik qatla yayılmış şabalıd sıyığına
rast gəlirsən. Fransızlar metafora seçməyi də çox ustalıqla bacarırlar. Onlardan
bütün dünyaya yayılan “a lya furşet” ifadəsi ayaq üstə verilən, yüngül ziyafətə
deyilir. “Fourchette” sözünün mənası “çəngəl” deməkdir, “a la fourchette” isə
qaşıqsız, bıçaqsız süfrə hazırlamaq deməkdir, əsasən isə ayaqüstə verilən kiçik
ziyafət kimi başa düşülür. Çünki ayaqüstə bir əllə yalnız boşqabı, digər əllə isə
yalnız çəngəli tutmaq mümkündür. Belə ziyafətə əslində çox yaxşı termin
tapılmışdır. Yaxud Fransanın cənubi-şərqində Aralıq dənizi boyu uzanan Fransız
Rivyerasını “Cote d’Azur” – Lacivərd sahili adlandırırlar, bu söz həm də Cəvahirət
sahili mənasını verir. Bu zolaqda Nittsa, Kann, Antib kimi məşhur kurortlar
yerləşir və onlar Aralıq dənizi sahilinin cəvahirətə bərabər sayılası yerləridir.
Paris kafesi
Bizim heç də qısa müddətə də olsa fransızlara çevrilmək fikrimiz yox
idi. Lakin səfər dostlarımdan birinə restoranın içində yox, küçədə oturub nahar
etmək, daha çox isə açıq havada kofe və Evian mineral suyunu içmək xoş gəlidi.
Bu qaydada o, elə bil ki, türk kofesi içirdi. Bu xüsusiyyəti ilə o, qardaşımı
xatırladırdı. Böyük qardaşım xarici ölkələrə səfər etdikdən və ya oralarda
yaşadıqdan sonra həmin xalqların təsirindən uzaqlaşa bilmirdi. Misirə səfərdən
sonra onların o vaxtlar bizdə az tapılan “Spartakus” odekolonunu çox tərifləyir,
misirlilərin ondan qədərindən artıq istifadə etdiklərini danışırdı. Yaponiya isə ona
suşini və tunets balığını tanıtdırmışdı. Əfqanıstanda və Səudiyyə Ərəbistanında
yaşaqıqda və işlədikdə hətta dari və ərəb dillərini öyrənə bilmişdi. Səfər dostumu
onunla bir mühüm cəhət də birləşdirir. Hə ikisi uzun müddət həkim işləməklə, öz
Dostları ilə paylaş: |