179
düşünürəm ki, o, həmin gün Kapitolidə onu öldürmək cəhdinə hazırlaşırdı. İndi
onun özü Sezara son, 23-cü zərbəni endirən Brutun rolunu oynamaq istəyirdi,
Linkolna bıçaq zərbəsi vurmağı arzulayırdı. O, həm də özü ilə tapança da
götürmüşdü. Axı Sezar b.e.ə. 44-cü ilin mart idilərində, həmin ayın 15-də qətlə
yetirilmişdi. Linkolna qəsd də baş tutsaydı, həmin aya təsadüf edəcəkdi.
Saat 10-da yağış yağmaqda davam edirdi. Tədbirin marşalı düşündü ki,
Prezident özünü kütləyə göstərməyəcəkdir, onu Kapitolinin içərisində
qarşılayacaq, bu vaxt Vitse-prezident də içəridə and içəcəkdir.
But Senatın qalereyasında oturmuşdu. Ondan aşağıda Vitse-prezident,
Tennessinin qubernatoru Endryu Conson tam sərxoş vəziyyətdə dayanmışdı. Ona
yaxınlaşan Senat katibinə dedi ki, heç bir ştat Birlikdən çıxa bilməz. Conson
Bibliyanı əlində tutub bərk səslə dedi:
– Mən Birləşmiş Ştatlara məxsus millətim qarşısında bu kitabı öpürəm.
But özünə yer tapa bilmirdi, o, kütlənin içərisində dayanmışdı, sol
tərəfdəki cibində olan tapançanı əli ilə tutmuşdu.
Linkoln çıxış etməyə qalxanda, o, əslində yayınılması mümkün olmayan
bir hədəf idi. Lakin qəflətən çıxan günəşdən But başqa hər bir adam kimi özünü
itirmişdi. Prezident çıxışına başladı:
– Həmvətənli sirdaşlarım!
Çıxış qısa idi. Nəhayət, çıxışında bir yer tapıb dedi:
– Və müharibə gəldi.
Meri, oğlu Robert də yanında olmaqla, Kapitolinin tribunasında
oturmuşdu. Onun kentukkili atası həmişə deyirdi ki, hər iki adam eyni Bibliyanı
oxuyur və eyni Allaha dua edir və hər kəs digərinə qarşı öz məqsədini güdür.
Prezident isə daim Şimalı və Cənubu birləşdirməyə çalışır. Atası sözünə davam
edərək: “Bu da qəribədir ki, istənilən sayda adam Allahdan kömək xahiş etməyə
cəsarət göstərir ki, başqasının üzündəki tər hesabına öz çörəyini qazansın.” Bu vaxt
Meri ağlamağa başlamışdı. “Hər iki dua edən cavab ala bilməcəyəkdir. Qüdrətli
Allah öz niyyətinə malikdir”. Atası qızına bu sözlərlə müdriklik dərsi vermişdi.
Bütün baş barmağı indi tapançanın tətiyi üstündə idi. Həqiqətən də,
öldürmək və
ölmək üçün bunun kimi yer, həmçinin bunun kimi bir vaxt lazımdır.
Linkolnun inauqurasiyası və ikinci müddətin başlanması
Prezident çıxışının sonunda dedi:
– Heç kəsə qarşı qəzəb nümayiş etdirmədən hamı üçün mərhəmət
göstərilməklə, hüququn möhkəmliyi ilə, necə ki Allah bizə haqqı görməyi
vermişdir, gəlin biz içərisində olduğumuz müharibənin başa çatması uğrunda
mübarizə aparaq, döyüşdə həlak olan hər kəsə, onun dul arvadına və yetim uşağına
qayğı göstərək, – hər şeyi edək ki, qazanılan və bizim bütün millətin arasında
davam edəcək sülhün qədrini bilək!