Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə99/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   94   95   96   97   98   99   100   101   102

224 
 
qədər mülkiyyət oğurladığı isə məni heç cür maraqlandırmır,  – heç bir məhkəmə 
heç vaxt siciliyalının romalı barədə dediyi sözə inanmayacaqdır.  
Prosesin  dördüncü  günü  Verres  xəstəliyini  bəhanə  edib  məhkəməyə 
gəlmədi.  
Tsitseron  isə  Roma  Forumunda  anti-aristokratik  hərəkatda  böyük  rol 
oynamağa  başladı.  Onlar  isə  özlərini  qalib  kimi  göstərmək  istəyirdilər.  O,  bir 
məsələni  yada  saldı:  «Siz  qoca  adam  olan  Sullanın  Pompeyin  26-cı  ad  günündə 
ona  triumf  verilməsini  inkar  etməyə  cəhd  edən  vaxt,  Pompeyin  ona  nə  dediyini 
bilirsinizmi?»  Onun  sözləri  belə  idi:  «Adamların  çoxu  batan  günəşə  deyil,  çıxan 
günəşə sitayiş edir».  
Tsitseron  dedi:  «Dözülə  bilməyən  ağrı  yükü  barədə  düşünün,  bu  ağrı, 
bədbəxt valideynin üstünə düşür, çünki onlar öz övladlarına rüşvət vasitəsilə həyat 
deyil, sürətli ölümü satın alırlar».  
Verres artıq evini yığışdırıb, sürgünə qaçmağa hazırlaşırdı. 
Tsitseron  şahiddən  soruşdu:  «Bağışla  məni,  mən  başa  düşə  bilmirəm, 
nəyə görə Verres yük gəmilərinin günahsız sərnişinlərini edam etdirmək istəyirdi?» 
Şahid:  
– O, adamlara kifayət qədər çox edamı göstərməyə ehtiyac duyurdu. 
– Niyə?  
– Çünki həmin dəniz quldurlarının azad buraxılmalarına görə, onlardan 
o, rüşvət alırdı.  
Dənizlərin təhlükəsizliyi üçün məsuliyyət daşıyan Roma qubernatoru bu 
vaxt  əsl  quldurların  özündən  rüşvət  alırdı.  Bu  qubernator  Roma  vətəndaşlarının 
azadlığına  da  əsassız  olaraq  hücumlar  edirdi.  Lakin  belə  bir  universal  prinsip 
mövcud idi ki, romalılar azad adamlardır. 
Nəhayət, Qay Verresin sonu gəlib çatdı. O, gecə düşəndə maska altında 
şəhərdən  qaçdı  və  Şimali  Qalliyaya  yollandı.  Onun  aristokrat  dostları  indi  də 
burunlarını öz zibillərinə soxmağa başladılar. 
Bir  gün  Böyük  Pompey  Tsitseron  barəsində  soruşdu:  «O,  haradadır? 
Dövrümüzün  ən  böyük  natiqi  haradadır?»  O,  Tsitseronun  evinə  gəlib,  adam 
göndərdi ki, Terentsiyaya desinlər ki, Böyük Pompey aşağı mərtəbədədir. 
Pompey qədəhi götürüb dedi ki, bu bir neçə gün ərzində, Tsitseron, biz 
sənin  proqressinə  baxırdıq.  Biz  sənin  sağlığına  içirik.  Qoy  dünya  bizim 
dostluğumuzu müşahidə etsin.  
Tsitserona 1,5 milyon sestertsi pul təklif olunurdu. Pompey dedi: «Götür 
onu». 
Mark Metell rüşvət məhkəməsindən çıxarıldı. Jüri rüşvətlə ələ alınmışdı. 
Tsitseron  deyirdi:  «Onlara  ar  olsun,  bütün  Roma  qarşısında  onlara  ar  olsun!» 
Beləliklə, onların təqsirkar elan edilmələrindən başqa bir alternativləri yox idi. 
 Tsitseron  başqaları  ilə  birlikdə  Lukullun  göndərdiyi  raportu  dinləyirdi. 
Aristokrat  general  özünün  hesabına  görə,  bir  sıra  qəti  qələbələr  qazanmışdır. 
Tiqranın səltənətinə girmiş, döyüşdə çarın özünü məğlub etmiş, düşmənin 10 min 
adamını məhv etmiş, düşmən ərazisinin daha da dərinliklərinə irəliləməklə Nisibis 
şəhərini işğal etmiş və çarın qardaşını əsir götürmüşdü.  


225 
 
Nə qədər çətin olsa da, inanmaq istəyirsən ki, Tsitseron, Krass, Pompey, 
Hortensi,  Katul,  Katilina  və  Metell  qardaşları,  onların  özü,  ambisiyaları,  inşa 
etdikləri tikililər indi bütünlüklə toza çevrilmişdir. 
 
 
Pompey və onun qələbələr tarixçəsi 
  
Sentyabrın  axırında  Pompeyin  ad  günü  idi.  Tsitseron  üç  il  idi  ki, 
Pompeyin  şərəfinə  verilən  naharlara  dəvət  edilirdi.  O  lovğalanırdı  ki,  Pompeyin 
yaxın  dairəsinə  daxil  olmuşdur.  Tsitseron  Stoitsizmin  banisi  olan  Zenonun  iki 
əsrlik  yaşı  olan  əlyazısmasını  ona  bağışladı.  Pompey  azacıq  göz  gəzdirib, 
üstünlüyü Qabininin hədiyyə kimi gətirdiyi gümüş kərgədan buynuzuna verdi. 
Tsitseron  deyirdi  ki,  «istənilən  dövlət  xadiminin  ölümcül  səhvi  ondan 
ibarətdir ki, əcnəbilərin mənafeyini öz adamlarınınkından üstün tutur».  
Pompeylə  söhbətində  Tsitseron  dedi  ki,  «Sənin  planın  həqiqətən, 
cəsarətlidir».  Pompey  bildirdi  ki,  «Bu,  fakt  məsələsidir  və  mən  onu 
reallaşdıracağam». Pompey Tsitseronun niyə sakit dayandığını soruşduqda o dedi: 
-Mən  deyirəm  ki,  sən  qlobal  baxışa  maliksən.  Senatda  nəhəng 
müqavimət  ola  bilər.  Xüsusən  aristokratlar  deyəcəklər  ki,  hakimiyyəti 
vətənpərvərlik zərurətinə görə yalın ələ keçirmək heç nədən başqa bir şey deyildir. 
Pompey  onun  fikrinə  “mənim  bundan  zəhləm  gedir”  sözləri  ilə  cavab 
verdi.  
Tsitseron  bildirdi  ki,  o,  Pompey  adını  çəkdikdə,  buna  «konsul 
dərəcəsindəki  senator»  sözünü  əlavə  edəcəyəm.  Pompeyin  rəqibi  Krass  olacaqdı. 
Mərkəzi  məsələ  Böyük  Pompeyin  gələcəyi  deyil,  onun  tərəfindən  dəniz 
quldurlarını məğlub etməsi olmalı idi.  
Lakin  Tsitseron  deyirdi  ki,  sərkərdələr  siyasətlə  məşğul  olmağı  qərara 
alırlar. Böyük  Pompey  haqqında isə  deyirdilər ki,  o, özü  üçün  deyil,  Roma  üçün 
doğulmuşdur. Bu söz sonralar bütünlüklə məşhur oldu. Bir dəfə Qabini irəli çıxıb 
dramatik  qaydada  qışqırdı:  «Mən  xalq qarşısında  hamıya  müraciət  edib  deyirəm: 
«Pompey Böyükdür!» 
Bundan  sonra  Pompey  özünü  tərifləməyə  başladı:  «Mən  17  yaşında 
olanda öz atam Qney Pompey Strabonun ordusunda dövləti birliyə gətirmək üçün 
vuruşurdum, 23 yaşım olanda mən 15 min nəfərlik ordunu qaldırıb Brutun, Selinin 
və  Karrinin  birləşmiş  ordularını  məğlub  etdim  və  döyüş  meydanında  imperator 
kimi salamlandım. 24 yaşımda mən Siciliyanı işğal etdim. 25 yaşında isə Afrikanı 
işğal etdim. 26-cı ad günümdə mən triumfa layiq görüldüm. 30 yaşım olanda hətta 
senator  da  deyildim,  prokonsul  səlahiyyəti  ilə  İspaniyada  bizim  qüvvələrə 
komandanlıq etdim, altı il ərzində qiyamçılara qarşı vuruşdum və qalib gəldim. 36 
yaşında  İtaliyaya  qayıdıb,  qul  Spartakın  qaçan  ordusunun  axırıncı  qalığı  ilə 
vuruşdum  və  qalib  gəldim.  37  yaşım  olanda  mən  konsul  seçildim  və  ikinci  dəfə 
triumfa layiq oldum.  
Konsul kimi isə tribunların qədim hüquqlarını sizin üçün bərpa etdim və 
oyunlar  təşkil  etdim.  Bu  dövlətə  nə  vaxtsa  təhlükə  törənəndə  mən  ona  xidmət 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə