56
5) dünyəvi təhsil alınmasına mane olma;
6) dini qurumun üzvlərinin və digər şəxslərin dini quru-
mun xeyrinə öz əmlaklarından imtina edilməsinə təhrik və
məcbur etmə;
7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə
şəxsin dini qurumdan çıxmasına mane olma;
8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasın-
dan imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edil-
məsinə təhrik etmə;
9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlu-
matlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə mə-
lumatın müva iq icra hakimiyyəti orqanına təqdim edilməsi
tələbinə təkrarən əməl olunmaması.(52,s.1081-1082)
Yuxarıda qeyd olunan əlavə və dəyişikliklər dini qurum,
dini icma və dini birliklərin ləğv edilməsi hallarının sosi-
al-hüquqi şərtlərini göstərir. Dini qurumların ləğv edilməsi
hallarının mövcud qanuna əlavə edilməsi son illərdə dini
təhlükəsizliyə olan təhdidlər, dini radikalizm meyllərinin
art ması, beynəlxalq terrorçuluğun dindən istifadə etməsi,
bəzi qüvvələrin dini etiqad azadlığından sui-istifadə edərək
qanunçuluğu pozmaq zərurətindən irəli gəlmişdir.
Müşahidələr göstərir ki, bəzi beynəlxalq təşkilatlar Azər-
baycanda dini etiqad azadlığı haqqında qanunvericiliyin hə-
yata keçirilməsi haqqında hazırladıqları hesabatlarda heç də
həmişə obyektiv məlumat vermirlər. Məsələn, bir müddət
əvvəl İrqiçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyası-
nın Azərbaycan üzrə hesabatının “Dini qruplar” bölməsində
ölkəmizdə guya dini sahədə bir sıra neqativ halların oldu-
ğunu göstərmişlər. Həmin hesabatda iddia olunurdu ki, guya
Azərbaycanda bəzi dini qurumlara qarşı ayrı-seçkilik edilir,
bəzi dini icmaların qeydiyyatdan keçməsinə dövlət qurumla-
rı tərə indən problemlər yaradılır.
Lakin hamıya məlumdur ki, həmin hesabatda irəli sü-
57
rülən ikirlər əslində respublikamızdakı reallığı əks etdir-
mir. Azərbaycanda dini etiqad azadlığı ilə bağlı qanunverici-
likdə həyata keçirilməsi nəzərdə tutulan məsələlərin yüksək
səviyyədə olduğunu respublikamıza gələn xarici ölkə nü-
mayəndələri, o cümlədən dini liderlər, elm və mədəniyyət
işçiləri, müxtəlif peşə adamları da dəfələrlə təsdiq etmişlər.
Həm xarici ölkələrdə, həm də ölkə daxilində fəaliyyət
göstərən bəzi KİV-lərdə Azərbaycanda müxtəlif dini icma-
ların qeydiyyatdan keçməsinə dövlət qurumları tərə indən
problem yaradılması haqqında bəzi məqalələrin çap olun-
ması təəssüf doğurur. Çünki mətbuatda Azərbaycanın real-
lığına uyğun olmayan bu cür məqalələri çap etdirənlər, ya
Azərbaycan gerçəkliyindən xəbəri olmayanlar, ya da dinlə
bağlı olan ölkə qanunvericiliyinin mahiyyətini düzgün dərk
etməyən insanlardır.
Qeyd etmək lazımdır ki, respublikamızda dini icmala-
rın qeydiyyatı ölkə qanunvericiliyinə uyğun olan hüquqi
qaydalar əsasında həll edilir. Bununla əlaqədar olaraq Milli
Məclisin İnsan Haqqları Komitəsinin sədri, fəlsəfə elmləri
doktoru, professor Rəbiyyət xanım Aslanova mətbuata ver-
diyi açıqlamalarda bu məsələyə aydınlıq gətirərək demişdir:
“Sadəcə bəzi təriqətlər qeydiyyatdan keçmədiyinə görə irad-
lar bildirirlər. Biz isə işimizi Avropanın keçdiyi yolla, qəbul
etdiyi qərarlarla, oradakı nümunələrlə davam etdiririk. Av-
ropa Parlamentinin 1178 saylı tövsiyyəsində qeyd olunur ki,
Avropa Məkanına daxil olan ölkələrdə insanların şüuruna
təsir edən, arasında irqçilik, rasizim və qarşıdurma ideyaları
yayan təriqətlərin qeydiyyata alınması dayandırılmalıdır. Bu
qadağa Avropanın hər yerində mövcuddur. Biz beynəlxalq
təcrübədən bəhrələnərək, milli məkanın xüsusiyyətlərini
nəzərə alaraq qanunu dəyişmişik. İndi qanunun müddəaları
Avropanın hüquq məkanına, həm də Azərbaycanın milli ma-
raqlarına kifayət qədər cavab verir.”(53)
58
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının
sosial-iqtisadi, mədəni inkişafı, ölkəmizin Avropaya inteq-
rasiyası, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun art-
ması, dövlətimizin yeni-yeni beynəlxalq konvensiyalara qo-
şulması başqa sahələrdə olduğu kimi, dini etiqad azadlığı,
milli-mənəvi dəyərlər sahəsində də qanunvericiliyin müasir
tələblərə uyğun şəkildə dəyişdirilməsini zəruri etmişdir.
Göstərilən zərurətdən irəli gələn səbəblərə görə, AR Mil-
li Məclisinin 10 iyun 2011-ci il tarixli iclasında “Dini etiqad
azadlığı haqqında” qanuna bəzi dəyişikliklər edilmişdir. Bu
dəyişikliklərdən ən mühümü “Peşəkar dini fəaliyyət və din
xadimi” adlı yeni maddənin mövcud qanuna əlavə edilməsi-
dir. Qanuna əlavə edilən bu maddə iki hissədən ibarətdir. Bu
maddənin birinci hissəsi – “peşəkar dini fəaliyyət”, ikinci his-
səsi isə “din xadimi” – anlayışlarını ifadə edir. Burada “peşə-
kar dini fəaliyyət” dedikdə – dini mərasimlərin tələb olunan
səviyyədə keçirilməsi, dini tərbiyə, dini təhsil, dinlərin ya-
yılması, dini ayinlərin icrası, moizə və xütbələrin oxunması,
“Quran”ın düzgün təfsir olunması və s. başa düşülür. “Din xa-
dimi” dedikdə isə ali və orta səviyyəli dini təhsilə malik olan,
peşəkar dini fəaliyyətlə məşğul olan, xalq arasında öz dini
savadı ilə fərqlənən din xadimi başa düşülür. Qeyd edək ki,
qanun qəbul olunan vaxtlarda (1992) Azərbaycan cəmiyyə-
tində peşəkar din xadimi anlayışı yox idi. Fikrimizcə, görünür
bu səbəbdən 1992-ci ildə mövcud qanun qəbul edilən zaman
bu qanuna “dini fəaliyyət və peşəkar din xadimi” ilə bağlı ay-
rıca maddə daxil edilməmişdir. Lakin müstəqil respublika-
mızın indiki dövründə ümumi dünyagörüşünə görə müasir
tələblərə cavab verən, hərtərə li dini savada malik olan, din-
şünaslıq və ilahiyyat ixtisası sahəsində yaxşı mütəxəssislərin
fəaliyyətinə mühüm sosial ehtiyac vardır. Məhz bu sosial eh-
tiyac “peşəkar din xadimi” anlayışının mövcud qanunverici-
likdə hüquqi cəhətdən təsbit olunmasını zəruri etmişdir.
Dostları ilə paylaş: |