59
Göstərmək lazımdır ki, məlum (ideoloji) səbəblərə görə
sovet dönəmində Azərbaycanda ali dini təhsil almaq müm-
kün deyildi. Çünki keçmiş SSRİ-də islam dini üzrə ali dini
təhsil təkcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində möv-
cud idi.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin indiki
başçısı şeyxülislam Hacı Allahşükür Paşazadə,
vaxtilə həmin
Daşkənd universitetində ali dini təhsil almışdır. Yuxarıda
göstərilən səbəblərə görə, o vaxtlar peşəkar din xadimləri-
nin hazırlanması qeyri-mümkün olsa da, o dövrdə leqal və ya
qeyri-leqal şəkildə Azərbaycanda mollalıqla məşğul olanlar
var idi. Həmin mollalıqla məşğul olanların bəziləri öz dindar
valideynlərindən, bəziləri də yaşlı molla yanında qeyri-leqal
şəkildə müəyyən dini dərs alaraq Quran oxumaq, yas məra-
simlərini idarə etmək, kəbin kəsmək, məhərrəmlik mərasi-
mi dövründə məscidlərdə fəaliyyət göstərmək və s. şəriət iş-
lərini yerinə yetirməklə məşğul idilər. Əlbəttə, bu mollaların
əksəriyyəti dini savadı az olan, dini ayin və mərasimləri öz
bildikləri kimi şərh edən, təbiət hadisələrini elmi cəhətdən
izah edə bilməyən, mövhumat və xurafata çox meylli insan-
lar idi. Məhz buna görə də, dini mərasimlərdə iştirak edən
və islam dininin əsl mahiyyətini anlamağa çalışan bir çox
insanlar, xüsusən, gənclər həyatda baş verən bəzi sosial-tə-
bii hadisələrin elmi səbəblərini dərk etmək üçün dinlə bağlı
kifayət qədər müəyyən suallara qaneedici cavablar ala bil-
mirdilər.
Gənclərimizin dini mərasimlərdə, o vaxtkı mollalardan
kifayət qədər dini bilgilər ala bilməməsinin əsas səbəblə-
rindən biri, əvvəla, həmin mollaların əksəriyyətinin savad
dərəcəsinin aşağı olması idi. İkincisi isə, həmin dövrdə bəzi
mollaların peşə yönümü və sosial vəziyyəti də insanları qı-
cıqlandırırdı. Məsələn, vaxtilə sürücü, satıcı işləmiş, hətta
həbsxanalarda yatıb-çıxmış adamların, sonradan molla kimi
dini mərasimləri idarə etməsi və dini əxlaqdan danışmasını
60
insanlar həzm edə bilmirdilər. Məhz bu kimi hallar o vaxtkı
mollalara qarşı insanlarda mən i münasibətin formalaşma-
sına səbəb olurdu və həmin mollalar cəmiyyətdə peşəkar
din xadimi statusuna yiyələnə bilmirdilər.
Lakin bununla yanaşı, sovet dönəmində də, tək-tək də
olsa, dinşünaslıq və ilahiyyatı yaxşı bilən, öz savadı, davranı-
şı və əxlaqı ilə xalq arasında xüsusi hörmətə malik olan din
xadimləri olmuşdur. Məsələn, o vaxtlar xalq arasında böyük
nüfuza malik olan Mir Məhəmməd ağa, Mir Sultan ağa, Şeyx
Məhəmməd, Mir Səfər ağa və s. kimi din xadimləri nəinki,
Cəlilabad və Biləsuvarda, hətta bütün cənub bölgəsində ta-
nınırdı. Bu cür din xadimlərini tanıyan insanlar indi də onla-
rı hörmət və ehtiramla xatırlayırlar. Fikrimizcə, vaxtilə xalq
arasında hörmət və nüfuz sahibi olmuş bu cür din xadimləri-
nin həyat və fəaliyyətlərinin işıqlandırılması, indiki gəncləri-
mizdə milli-mənəvi və dini dəyərlərimizin formalaşdırılma-
sına müəyyən fayda verə bilər.
Ümumiyyətlə, dini etiqad azadlığı cəmiyyətdə təkcə
hüquqi məsələ deyil, bu həm də insanların ictimai şüuru ilə
bağlı olan sosial məsələlərdəndir. Buna görə də, cəmiyyəti-
miz inkişaf etdikcə dini etiqad azadlığı ilə bağlı olan mövcud
qanunvericilik sahəsində yeni-yeni əlavə və dəyişikliklərin
baş verməsini zəruri hesab edirik. Son illərdə dini etiqad
azad lığı ilə əlaqədar olan qanunvericiliyə edilən əlavə və
də yişikliklər ölkəmizdə dini tolerantlığın yüksəldilməsini
göstərən faktlardan biridir.
Hazırki şəraitdə dini etiqad və vicdan azadlığının ölkə-
mizdəki durumunu şərh edən prezident İ.Əliyev bu azadlıq-
ların ölkə qanunvericiliyinə və beynəlxalq hüquqi sənədlə-
rin tələblərinə uyğun olaraq təmin edilməsini vurğulayaraq
dini etiqad azadlığının hüquqi və sosial əhəmiyyətindən
bəhs edərək demişdir:
“Bu gün ölkəmizdə dini etiqad və
vicdan azadlığının Azərbaycan Respublikasının Konsti-
61
tusiyasına, eyni zamanda, beynəlxalq hüquqi sənədlə-
rin tələblərinə uyğun olaraq təmin edilməsi üçün zəruri
hüquqi-siyasi şərait yaradılmışdır. Azərbaycanda dünya
dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əməkdaşlıq
şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-is-
lam dini icmaları və təriqətlər dini inanclarını azad və
sərbəst şəkildə icra edirlər. Son illər tarixi mədəniyyət
abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xris-
tian məbədlərinin bərpası və təmiri, o cümlədən regi-
onda ən böyük sineqoqun inşası, vaxtilə bolşeviklər
tərə indən dağıdılmış rus provoslav kilsə kompleksinin
əsaslı surətdə yenidən qurularaq, dindarların istifadə-
sinə verilməsi – bütün bunlar Azərbaycan gerçəkliyini
əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləri-
dir.”(54,s.5)
2.4. Dini təhlükəsizlik – milli təhlükəsizliyin tərkib
hissəsi kimi
Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qə-
bul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt
imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı
qüvvələr öz şəxsi mənafelərini güdərək, İslam dini
pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsini
və mənəviyyatını zədələsinlər.
Heydər Əliyev
Hər bir ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin
olunması həmin ölkənin qarşısında duran vacib məsələlər-
dən biridir. Bu baxımdan hər bir ölkə öz milli maraqlarını,
geosiyasi vəziyyətini, seçdiyi inkişaf modelini nəzərə alaraq
öz milli təhlükəsizlik konsepsiyasını hazırlayaraq onu həyata
keçirir.