68
Respublikamızda dini vəziyyət və dindarlara münasi-
bətlə bağlı reallığı əks etdirməyən yazıların bəzi yerli qə-
zetlərdə işıqlandırılması da bu qəbildəndir. Yəni KİV-lərdə
Azərbaycanın reallığını əks etdirməyən bu cür məqalələrin
dərc olunması da xaricdə fəaliyyət göstərən antiazərbaycan
qruplarına ölkəmizə qarşı informasiya müharibəsində din
amilindən istifadə etmək üçün təkan vermiş olur. Professor
G.Baxşəliyevanın fəlsə i məntiqə və real faktlara əsaslanan
bu ikirlərini Azərbaycanda mövcud olan dini duruma qar-
şı böhtanlar yağdıran daxildə və xarici ölkələrdəki KİV-lərin
böhtan dolu iddialarına qarşı tutarlı cavab kimi qiymətlən-
dirmək olar.
Yuxarıda yazılanlardan göründüyü kimi, ölkəmizin milli
təhlükəsizliyinə dinlə bağlı olan təhdidlər müxtəlifyönüm-
lüdür. Bunların içərisində hazırki şəraitdə maddi və mənəvi
cəhətdən xarici ölkələr tərə indən dəstəklənən və icazəsiz
fəaliyyət göstərən bəzi dini-siyasi qrupları ən təhlükəli he-
sab etmək olar. Beynəlxalq təcrübə göstərir ki, bu cür qrup-
lar milli və dini ekstremizmə və terrorizmə meyilli olduqları-
na görə onların fəaliyyəti cəmiyyətin sabitliyi üçün daha çox
təhlükə yaradır ki, bunları da milli təhlükəsizliyimizə qarşı
təhdid hesab etmək olar.
Azərbaycan dünyəvi, sivil bir dövlət olaraq həmişə dini
ekstremizmə qarşı çıxmış, dini dözümsüzlüyü pisləmiş və bu
sahədə başqa dövlətlərlə əməkdaşlıq etmiş və etməkdədir.
Azərbaycan terrorizmə, dini ekstremizmə qarşı mübarizə
aparan ölkələrlə əməkdaşlığa üstünlük verir.
Azərbaycan Prezident Administrasiyanın rəhbəri, aka-
demik R.Mehdiyev 2011-ci il sentyabrın 21-də Rusiyanın Ye-
katerinburq şəhərində keçirilən təhlükəsizlik məsələlərinə
cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşün-
də iştirak etmişdir. Dünyanın 65 ölkəsinin nümayəndələ-
rinin iştirak etdiyi bu beynəlxalq toplantıda bir çox aktual
69
məsələlər, o cümlədən beynəlxalq informasiya təhlükəsizliyi,
təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, transmilli ci-
nayətkarlığa qarşı mübarizə məsələləri müzakirə edilmişdir.
Bu beynəlxalq görüşdə akademik R.Mehdiyev “Millətlərarası
düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı vəziy-
yətlərdə ekstremizmin təzahürlərinə qarşı mübarizə sahə-
sində beynəlxalq əməkdaşlığın fəallaşdırılması problemləri”
mövzusunda məruzə ilə çıxış etmişdir. Öz məruzəsində eks-
tremizmin mahiyyətini elmi cəhətdən izah edən R.Mehdiyev
qeyd etmişdir ki, “Ekstremizmə ən ümumi formada müxtəlif
məsələlərə ifrat baxışların tərəfdarı olmaq kimi tərif verilir.
Lakin ekstremizm, sadəcə, radikal baxışların ifadəsi deyildir.
Çox vaxt o ciddi cinayətlər törədilməsinə səbəb olur.”(60)
R.Mehdiyev ekstremizmin çoxsaylı formaları arasında
milli və dini ekstremizmi ən təhlükəli forma hesab edərək
bunu aşağıdakı kimi əsaslandırmışdır: “Ekstremizmin çox-
saylı formaları arasında ən təhlükəli formalar kimi milli və
dini ekstremizmi qeyd etmək lazımdır. Onların dağıdıcı po-
tensialı olduqca böyükdür, çünki onlar böyük insan qrupları-
nı, hətta bütöv xalqları da əhatə edə bilər.”(61)
Dini ekstremizmin genişlənərək, radikal qruplarla bir-
ləşərək cəmiyyətdə sabitliyi pozmağa, ictimai təhlükəsizli-
yin təmin olunmasına mən i təsir göstərərək sosial vəziyyəti
kəskinləşdirməyə çalışdığını vurğulayan akademik dini-si-
yasi ekstremizmin cəmiyyət üçün yaratdığı təhlükəni aşağı-
dakı kimi şərh etmişdir: “Bu gün müxtəlif ekstremist qruplar
öz məqsədləri üçün radikal dini ideyalardan istifadə etməklə
dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə yönəl-
miş fəaliyyəti həyata keçirməyə çalışırlar. Onlar cəmiyyətdə
sabitliyi pozmağa, dini və sosial vəziyyəti kəskinləşdirməyə
çalışırlar.”(62)
Qeyd edək ki, dinin siyasiləşdirilməsi, yaxud siyasi fəa-
liyyətdə dindən istifadə, dini ayrıseçkiliyi yaratmaq, başqa
70
dinlərə qarşı nifrət təbliğ edilməsi bir çox ölkələrdə, o cüm-
lədən Avropanın inkişaf etmiş ölkələrində də müşahidə olu-
nur. Məsələn, 2011-ci il 22 iyul tarixində Norveçdə 32 yaşlı
Andreas Breyvikin törətdiyi dini-siyasi xarakter daşıyan ter-
ror aktını buna misal göstərmək olar. İnformasiya agentlik-
lərinin məlumatına görə, əvvəlcə Oslo şəhərinin hökumət
binasının yerləşdiyi məhəllədə böyük partlayış törədən
A.Breyvik, sonradan polis paltarı geyərək Utoya adasında
yerləşən gənclərin yay düşərgəsinə gələrək düşərgədə top-
lantı keçirən çoxsaylı gəncləri güllələmişdir.
Bu terror aktı zamanı 80-a yaxın adam qətlə yetiril-
miş, 100-dən çox isə itgin düşmüşdür. Siyasi müşahidəçilə-
rin ikrinə görə, Avropada müsəlmanların sayının artma-
sını təhlükə kimi qəbul edən 32 yaşlı terrorçu, qeyri-Qərb
ölkələrindən gələn müsəlmanlara Norveçdə sığınacaq verən
Sosial-Demokrat partiyasını düşmən hesab etdiyinə görə,
onlara qarşı terror törətmişdir. Siyasi müşahidəçilərin rə-
yinə görə, terrorçu özü bu ikri məhkəmədə etiraf etmişdir.
Qeyd edək ki, Norveçdə islamofobiyanı dəstəkləyən si-
yasi təşkilatlardan biri Tərəqqi Partiyasıdır ki, bu partiyanın
siyasi baxışları A.Breyvikin siyasi baxışları ilə üst-üstə düşür.
A.Breyvik vaxtilə həmin partiyanın üzvü olmuş, sonradan
partiya sıralarından çıxmışdır. Terrorçu öz siyasi baxışlarını
törətdiyi cinayətdən bir az əvvəl Londonda çap etdirdiyi 630
səhifəlik “Avropa müstəqillik deklarasiyası” (2011) adlı kita-
bında şərh etmişdir.
Məhkəmə zamanı A.Breyvik Qərbi Avropanın müsəl-
manların əlinə keçməsinin qarşısını almaq üçün bu cinayəti
törətdiyini bildirmişdir. O, Avropanı xilas etmək üçün öldür-
mək istədiyi adamların siyahısında Böyük Britaniyanın sa-
biq baş naziri Toni Bleyer, Britaniya şahzadəsi Çarlz, Almani-
ya kansleri Anqela Merkel, o vaxtkı Fransa prezidenti Nikola
Sarkozi və digər nüfuzlu şəxslərin adları olduğunu vurğula-
Dostları ilə paylaş: |