44
Buradan göründüyü kimi, dinin dövlətdən ayrı olması,
eyni zamanda, bütün dini etiqadların qanun qarşısında bə-
rabər olması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşı-
ması Konstitusiyada təsbit olunmuşdur.
Ulu öndər dövlət ilə dini qurumlar arasındakı müna-
sibətlərin hüquqi əsaslarını aşağıdakı kimi şərh etmişdir:
«
Azərbaycan öz Konstitusiyasına görə, həm də dünyəvi
bir dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı müna-
sibətlər Azərbaycan Respublikası Konstitusiyasının mü-
va iq müddəaları ilə, “Dini etiqad azadlığı haqqında” qa-
nunla və digər qanunvericilik aktları ilə tənzimlənir. Biz
dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli menta-
litetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qə-
bul edirik.»(40)
Konstitusiyanın 48-ci maddəsində isə dini etiqad və
vicdan azadlığının hüquqi məsələləri aşağıdakı kimi təsbit
olunmuşdur:
«
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyən-
ləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları
ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad et-
məmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək
və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai
qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə,
sərbəstdir.
IV.Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət
qazandırmır.
»(41,s.16-17)
Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilmə-
sini təmin etmək məqsədilə ulu öndər H.Əliyevin təşəbbü-
sü ilə 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi yaradılmışdır. Bu komitə ölkəmizdə mövcud olan
dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin
din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir.
45
Dövlət komitəsi öz fəaliyyətində hüquqi cəhətdən əsasən
Azərbaycan Respublikasının Konstitusiyasına, “Dini etiqad
azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa
(1992) və digər müva iq qanun və normativ-hüquqi aktlara
əsaslanır.
Dövlətin din siyasətinə aid olan məsələlərdə dinlə bağlı
qanunvericilik aktlarında dini icmaların və dini təşkilatların
dövlət siyasətinə müdaxilə etməsinə hüquqi cəhətdən im-
kan verilmir. Bu vəziyyət bir daha onu göstərir ki, Azərbay-
can Respublikasında həm nəzəri, həm də əməli cəhətdən din
dövlətdən, dövlət dindən ayrıdır və bu siyasətin formalaş-
ması ulu öndər H.Əliyevin fəaliyyətinin nəticəsidir.
Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qu-
rulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin
yaranmasında H.Əliyevin mühüm rol oynadığını vurğulayan
Moskva və Ümumrusiya sabiq Patriarxı II Aleksi Azərbayca-
nın bu sahədə nümunə göstərməsi ilə bağlı öz ikirlərini şərh
edərək demişdir:
«Azərbaycan qədim dini ənənələrə və
mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini
əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun
əsası Azərbaycan prezidenti H.Əliyevin müdrik siyasəti
sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi
dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiy-
yəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin
nadir modeli Azərbaycan Respublikasında öz əksini tap-
mışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda
toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olun-
malıdır.»(42,s.10)
Buradan göründüyü kimi, dövlət-din siyasətinin forma-
laşmasında Azərbaycan modelini nümunə kimi göstərən II
Aleksi bu siyasətin yaradılmasında H.Əliyevin rolunu önə
çəkmiş və bu sahədə Azərbaycanda toplanmış təcrübənin
öyrənilməsini tövsiyə etmişdir.
H.Əliyevin din siyasətinin xüsusiyyətlərindən bəhs edən
46
fəlsəfə elmləri doktoru, professor R.Əliyev yazmışdır:
«Milli
liderimiz H.Əliyev göstərirdi ki, din xüsusi, incə sahədir
və buna görə dövlətin bu sahədə siyasətini çox ehtiyatla,
incə, diplomatik şəkildə, bütün tərə lərin maraqlarını
gözləməklə, öz qanunlarımızı və qoşulduğumuz kon-
vensiyaları pozmamaqla həyata keçirmək lazımdır. Ulu
öndər qeyd edirdi ki, dünyəvi ateist dövlət demək de-
yildir. Bu o deməkdir ki, dövlət öz fəaliyyətində şəriəti,
yaxud digər dini qanunları deyil, demokratiya qanunla-
rını rəhbər tutur.»(43,s.45)
H.Əliyev dövlət-din münasibətlərini dindarların ma-
raqlarını gözləməklə, ölkəmizdə qüvvədə olan qanunlar və
Azərbaycanın qoşulduğu konvensiyalar əsasında qurulması-
nı tövsiyə etmişdir.
Ulu öndər H.Əliyevin dövlətçilik prinsiplərinə sadiq qa-
lan prezident İlham Əliyev bu gün sabitliyə və tolerantlığa
əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi
üçün əlindən gələni edir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Kons-
titusiyasında və digər qanunvericiliklə irəli sürülən əsas
müddəaları əldə rəhbər tutaraq, dinlərarası münasibətlərin
inkişaf etdirilməsi, respulikamızda yaşayan bütün xalqların
hüquqlarının qorunması, bütövlükdə dövlət-din siyasətinin
uğurla davam etdirilməsi ilə bağlı məsələləri öz çıxışların-
da həmişə vurğulamışdır. 6 noyabr 2009-cu il tarixində Bakı
şəhərində “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə
əməkdaşlığa doğru” mövzusunda keçirilmiş Beynəlxalq kon-
fransda prezident İlham Əliyev bu haqda demişdir:
«Azər-
baycanda din ilə dövlət ayrıdır. Azərbaycan dünyəvi
dövlətdir. Ancaq bununla bərabər, din ilə dövlət birdir.
Bu birlik bizi qarşımızda duran amallar ətrafında bir-
ləşdirir. O da Azərbaycanın dövlət müstəqilliyini daha
da möhkəmləndirmək, Azərbaycanda sabitliyi daim
yüksək səviyyədə saxlamaq, Azərbaycan xalqının rifah