38
etmişdir:
«İslam dini başqa dinlərə qarşı heç vaxt düş-
mən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gə-
lir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə
etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın
bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini,
milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın
bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların ha-
mısının birliyini, vəhdətini təşkil edək. Bu da Allahtəa-
lanın buyurduğu, bizim yolumuzdur.»(29)
Azərbaycanda islam dininin inkişafını dəyərləndirən
ulu öndər çıxışlarının birində İslam dininin inkişafına döv-
lət qayğısından bəhs edərək demişdir:
«Biz bir dövlət kimi
İslam dininin son dövrdə geniş və çox sürətlə inkişaf et-
məsini bəyənirik və bundan sonra da Azərbaycan Res-
publikasında, müstəqil Azərbaycanda hər bir insanın
sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və on-
lardan istifadə etməsinə bütün imkanları yaradacağıq.
Nəinki imkanlar yaradacağıq, biz islam dininin inkişafı
üçün dövlət tərə indən lazımi tədbirlərin hamısını görə-
cəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqı-
nın, bütün İslam aləminə mənsub olan insanların, məx-
luqun ən yüksək mənəviyyat mənbəyidir.»(30).
H.Əliyev İslam dini ilə bağlı beynəlxalq elmi tədbirlərin
respublikamızda keçirilməsinin həmişə təşəbbüskarı olmuş-
dur. Onun təşəbbüsü və dəstəyi ilə 1993-2002-ci illərdə İs-
lam dini və islam mədəniyyəti ilə bağlı Bakıda çoxlu tədbir-
lər keçirilmişdir.
Azərbaycan İslam dünyasının bir parçası olduğuna görə,
Şərqlə Qərbin qovuşuğunda yerləşdiyinə və Qafqazda ən bö-
yük İslam respublikası olduğuna görə bu beynəlxalq simpo-
ziumun Bakıda keçirilməsini təbii hesab etmək olar. Digər
tərəfdən H.Əliyevin İslam dəyərlərinə bağlılığı İslam dini ilə
bağlı bu böyük tədbirin Azərbaycanda keçirilməsini labüd
etmişdir. Qeyd etmək lazımdır ki, ulu öndər «İslam siviliza-
39
siyası Qafqazda» mövzusunda beynəlxalq simpoziumun Ba-
kıda keçirilməsi haqqında hələ 1998-ci ilin fevralında sərən-
cam imzalamışdır.
Qeyd edək ki, İslam dininin və islam sivilizasiyasının
Qafqazda yayılması ilə bağlı məsələlərin elmi cəhətdən araş-
dırılması zərurətini, eyni zamanda, respublika, regional və
beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq ulu ön-
dər bu aktual və vacib tədbirin Bakıda keçirilməsini dəstək-
ləmişdir. Simpoziumda Türkiyə, Rusiya, ABŞ, Misir, Almani-
ya, Fransa, Küveyt və digər ölkələrdən gəlmiş nümayəndələr
iştirak etmişlər. Tədbirdə Heydər Əliyev böyük nitq söylə-
mişdir. İslamın Qafqazda yayılmasının Qafqaz xalqlarının hə-
yatındakı sosiomədəni əhəmiyyətini şərh edən ulu öndər bu
haqda demişdir: «
Azərbaycanda islam dini VII əsrdən ya-
yılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin
əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz
zəngindir. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycan
islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insan-
ları – Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir
çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına bö-
yük töhfələr vermiş və islam mədəniyyətini zənginləş-
dirmişdir. Biz bunlarla fəxr edirik. Biz Azərbaycanlılar
öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik,
öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bi-
zim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir.
Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə
mənsub olmağımızla da fəxr edirik.»(31)
Qafqazda, o cümlədən Azərbaycanda islamın yayılma-
sı, genişlənməsindən danışan və Qafqaz islamşünaslığında
Azərbaycanın önəmli rol oynadığını vurğulayan H.Əliyev bu
ikri aşağıdakı məntiqlə əsaslandırmışdır:
«Bu günkü sim-
poziumun gedişini dinləyərək mən belə ikrə gəlirəm
ki, Azərbaycan Qafqazda İslam sivilizasiyası araşdırma-
larının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da
40
vardır. Mən nitqimin əvvəlində islamın Qafqazda yayıl-
masında Azərbaycanın rolu haqqında danışdım. Tarixi
faktlar onu göstərir ki, Azərbaycandan bir az şimalda
olan xalqlar İslamı yalnız XVII əsrdə qəbul ediblər. An-
caq Azərbaycan xalqı, yəni bizim indi yaşadığımız bu
Azərbaycan islamı hələ VII əsrdə qəbul edibdir. Görür-
sünüz, qısa bir məsafədə islamın Şimala doğru yayılma-
sı üçün nə qədər vaxt lazım olubdur. Bunu araşdırma-
lar daha dəqiq göstərə bilər. Ancaq şübhəsiz, bunların
hamısının yolu Azərbaycandan keçibdir. Əgər İslamın
sərhəddi bir neçə əsrdə Qafqazda Dərbəndlə məhdudla-
şıbsa və İslam Dərbənddən Şimala yalnız sonralar, yəni
XV-XVI əsrlərdə keçibsə, bu onu göstərir ki, İslam dini
Azərbaycanda nə qədər güclü olubdur.»(32)
Ulu öndər islamşünaslığın bir elm kimi Azərbaycanda
dərindən araşdırılmasını genişləndirməyi irəli sürürdü. So-
vet hakimiyyəti illərində respublikamızda islamşünas alim-
lərin az olduğunu, bu elmin tədqiqinə diqqət yetirilməmə-
sinə, islamşünaslıq elminin zəif inkişaf etməsinin səbəblərini
sosial-ideoloji və siyasi şərtlərlə əsaslandıran ümummilli
lider bu məsələni aşağıdakı kimi şərh etmişdir:
«Sovet ha-
kimiyyəti illərində Azərbaycanın özündə demək olar
ki, islamşünaslar çox az idi, bəlkə də yox idi. Bunun da
səbəbini sizə deyim. Məsələn, keçmiş Sovetlər İttifaqın-
da islamşünaslar, əsasən, Moskvada idilər. Çünki islama
mən dediyim həmin kommunist ideologiyası tərə indən
o qədər mən i münasibət var idi ki, islama mənsub olan
alimlərin özləri islamşünaslıqla məşğul olmaqdan çəki-
nirdilər, qorxurdular. Digər tərəfdən də hesab edirdilər
ki, bu, dünya elmi üçün o qədər də əhəmiyyətli bir sahə
deyildir, yaxşı olar ki, başqa bir sahə ilə məşğul olsun-
lar.»(33)
Buradan göründüyü kimi, Sovet dövründə Azərbaycan-
da islamşünaslıq elminə olan münasibəti və bunun əsas sə-