28
xadimlərini ələ almaq və onlar vasitəsilə sünni-şiə qarşıdur-
malarını qızışdırmaq lazımdır.” (16)
Buradan göründüyü kimi, Rusiya imperiyasının işğalçılıq
siyasətində din amilindən istifadə edilməsi I Pyotrun “Vəsiy-
yətnamə”sində xüsusi yer tutmuşdur.
XIX əsrin əvvəlində Şimali Azərbaycan Rusiya tərə indən
işğal edildikdən sonra çarizm burada öz müstəmləkəçilik si-
yasətini daha da dərinləşdirmək üçün bəzi tədbirlər həyata
keçirməyə başladı. Bu tədbirlərdən biri yerli əhalinin – azər-
baycanlıların dini əqidəsinə təsir göstərmək, onları həm
hüquqi-siyasi, həm də mənəvi-psixoloji cəhətdən rus çariz-
minin müstəmləkəçilik qaydalarına tabe etdirməkdən ibarət
idi.
İslam dininin cihad prinsipini əsas tutan bacarıqlı sər-
kər də Şeyx Şamilin rəhbərliyi altında çarizmə qarşı uzun
illər milli azadlıq mübarizəsi aparan Şimali Qafqaz dağlıları-
nın dini-mənəvi dəyərlərinin hansı
qüvvəyə malik olduğunu
artıq rus imperiyası yaxşı bilirdi. Məhz rus çarizminin Azər-
baycandakı müstəmləkəçilik siyasətində qarşıya qoyduğu
məqsəd Rusiya hakim dairələrinin Qafqaz canişinliyinə gön-
dərdikləri məx i təlimatda deyildiyi kimi, “oradakı əhalini
(Şimali Azərbaycandakı – H.S.) rusca danışmaq, rusca ikir-
ləşmək və rusca duymağa məcbur etmək”dən ibarət idi.
Rus çarizminin Qafqazdakı müstəmləkəçilik siyasətin-
də din amilindən istifadə etməsini Şeyxülislam Allahşükür
Paşazadə aşağıdakı kimi şərh etmişdir: “İranın və Türkiyə-
nin müsəlman dövlətləri olduğunu nəzərə alan və onların
Qafqaz müsəlmanlarına daha çox təsir göstərə biləcəyindən
ehtiyat edən Rusiya hökuməti burada həm şiəliyin, həm də
sünniliyin nüfuzunu müəyyən qədər məhdudlaşdırmaq si-
yasəti yeridirdi. Xristianlığın təbliğini gücləndirmək və bu
məqsədlə Türkiyədən və İrandan minlərlə erməninin və
Rusiyadan müxtəlif bidətçi təriqətlərin nümayəndələrinin