22
lislam Allahşükür Paşazadə məhşur ərəb tarixçisi Yaqut
Əl Həməviyə (Bax: Mücəm əl-Buldən. I cild, Qahirə, 1906,
s.161) istinad edərək göstərmişdir ki, ərəblər Qafqazda yerli
əhali ilə bağladıqları müqavilələrdə öhdəlik götürürdülər ki,
“əhalidən heç kim öldürülməyəcək, əsir edilməyəcək, atəş-
gədələrdən heç biri dağıdılmayacaq..., əhaliyə bayramlarda
öz rəqslərini ifa etməyə, əvvəllər nə edirdilərsə, onu etməyə
mane olmayacaqlar.”(6,s.46)
Yerli əhali ilə bağlanan müqavilələrdə alınacaq cizyə
(can vergisi) göstərilməklə, cizyənin hansı sosial təbəqələr-
dən alınması şərh edilir, verginin miqdarı göstərilir və bü-
tövlükdə bağlanan müqavilənin bütün şərtləri əhaliyə izah
olunurdu.
Belə müqavilələrdən biri ərəblərin Azərbaycana gəldiyi
ilk vaxtlarda (hicri 18, miladi 639-cu ildə) Ərdəbil yaxınlığın-
da Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzadla bağlan-
mışdır. Bu müqavilənin mahiyyətini dərk etmək üçün onun
məzmununa diqqət yetirək:
“Bismillahir-Rəhmanir-Rəhim! Əmirəlmöminin Ömər
ibn-Xəttabın canişini Üçbə ibn Fərqəd Azərbaycanın vadilə-
rindəki, dağlarındakı, nahiyələrindəki və sərhədlərindəki
əhalisinə, dinlərinin ardıcıllarına – özlərinə və mal-dövlət-
lərinə, dinlərinə və ailələrinə əmin-amanlıq verir o şərtlə ki,
uşaqlardan, qadınlardan, dünya malından, heç nəyi olmayan
mütəmadi xəstələrdən və dünyada hər şeydən əl çəkmiş
abidlərdən savayı, onlar gücləri çatdıqları qədər cizyə ödə-
sinlər. Bu onlara və onlarla yaşayanlara aiddir. Onlar müsəl-
man döyüşçülərdən bir müsəlmanı bir gün-bir gecə saxlamalı
və ona yol göstərməlidirlər. Onlardan kim hansı ildə orduya
cəlb olundu, o həmin ilin vergisindən azad olunur, kim çıxdı
– ona sığınacağına çatana kimi əmin-amanlıq verilir”.
Yazdı – Çündüb. Şahidlik etdilər – Bükeyr bin Əbdillah
əl-Leysi və simək bin Xərəşə əl-Ənsari, Yazıldı – 18-ci ildə.”
23
(8,s.147-148)
İslamın Azərbaycanda yayılmasından sonra xilafətin
nü mayəndələri ilə yerli əhali arasında bağlanan sülh müqa-
vilələrinin mahiyyətini şərh edən AMEA-nın akademiki, ta-
rixçi-alim Nailə xanım Vəlixanlı bu müqavilələrdən bəhs
edərək yazmışdır: “Beləliklə, Azərbaycanın şimal və cənub
torpaqları bütünlüklə işğal edilib Xilafət tərkibinə qatıl-
dı. Yerli əhali ilə aralarındakı münasibəti müəyyən nizama
salmaq üçün başqa yerlərdə olduğu kimi, burada da yeni
müqavilələr bağlanıldı. Tərə lər arasında sülh münasibətlə-
rini bərpa edən bu müqavilələrə əsasən, yerli əhali ya islamı
qəbul etməli, ya da can vergisi – cizyə verməli idi. Fütuhatın
ilk illərində ərəblərin işğal etdikləri ölkələrdən siyasi itaətlə
yanaşı tələb etdikləri də bu və digər vergilər idi.”(9,s.30)
İslam – tarixən dini tolerantlıq mədəniyyətinə örnək
olmuşdur. İslam dinində tolerantlığın yüksək olduğunu Av-
ropanın tanınmış alimləri də öz əsərlərində dəfələrlə vur-
ğulamışlar. Bu ikir islam dini, islam sivilizasiyası tarixini
araşdıran tanınmış ingilis alimi Arnold Toynbinin (1889-
1975) 2006-cı ildə Moskvada rus dilində çap olunmuş “Si-
vilizasiya tarixin məhkəməsi qarşısında” adlı kitabında daha
geniş şərh edilmişdir. A. Toynbi islam dininin meydana gəldi-
yi gündən geniş yayılması səbəblərini və islamın başqa din-
lərə qarşı dözümlü olduğunu vurğulayaraq yazır: “Yəhudi,
xristian və zərdüştlük azlıqlarının İslam dünyasında öz var-
lığını indiyə qədər qoruya bilməsinin səbəbi Məhəmmədin
onlara qismən dözümlü münasibəti olmuşdur; O, Quranda
müsəlmanlara göstəriş verirdi ki, islam dövlətinə tabe olan
qeyri-müsəlman “Kitab əhli” ilə münasibətdə ola bilərlər.
Bundan başqa, islam öz yolu ilə irəlilədikcə, başqa missio-
ner dinlər kimi islamı qəbul edənlərin əvvəlki dinlərinin ele-
mentlərini gizlicə qəbul edirdi. Bu halda və başqa hallarda
da qəbul etmək kompromislə qiymətləndirilirdi.”(10,s.133)
24
Toynbinin yuxarıda irəli sürdüyü ikirdən aydın olur ki,
yarandığı vaxtdan başqa dinlərlə, xüsusən, xristian, yəhu-
di və zərdüştlük dinlərinə qarşı islam dini dözümlülük nü-
mayiş etdirmişdir. Burada A.Toynbi islamın başqa dinlərə
qarşı tolerant olmasını Məhəmməd peyğəmbərin özünün
bir şəxsiyyət kimi tolerant olması ilə əsaslandırırdı. Başqa
dinlərin “İslam dünyasında öz varlığını indiyə qədər qoruya
bilməməsinin səbəbi Məhəmmədin onlara qismən dözümlü
münasibəti olmuşdur”-deyən A.Toynbinin ikirlərini təhlil
etsək, buradan məlum olur ki, islamda tolerantlığın islamın
öz mahiyyətindən irəli gəldiyini qeyd etmək əvəzinə, o, dö-
zümlülüyü Məhəmməd peyğəmbərin şəxsiyyəti ilə şərtlən-
dirməyə çalışmışdır. Lakin A.Toynbinin bu ikri ilə bütövlük-
də razılaşmaq çətindir. Çünki əvvəla, A.Toynbi tolerantlığın,
sülhün islam dininin öz mahiyyətindən irəli gəldiyini inkar
etmiş olur.
Qeyd edək ki, Qurani-Kərimdə insanlar sülhə çağrılaraq
onlara müraciət edilir ki, “Ey iman gətirənlər! Hamınız bir
yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki
o, sizin açıq-aşkar düşməninizdir!” (Əl-Bəqərə, 208). Deməli,
islamın müqəddəs kitabında bütün insanların sülhə çağırıl-
ması Allahın buyurduğu kimi irəli sürülmüşdür. Digər tərəf-
dən A.Toynbi öz əsərlərində Məhəmməd peyğəmbəri islam
dininin yaradıcısı, Quranın müəlli i və görkəmli din xadimi
kimi xarakterizə etmiş, lakin peyğəmbərimizin –Allahın el-
çisi olduğu ikrini bütöv şəkildə qeyd etməmişdir ki, bunun-
la da razılaşmaq olmaz. Fəlsəfə elmləri doktoru, professor
Y.Rüstəmovun qeyd etdiyinə görə, “A.Toynbi isə Məhəmməd
peyğəmbəri ilahi mahiyyətdən məhrum edir, onu yalnız
görkəmli din və dövlət xadimi kimi xarakterizə edir, praq-
matik lider hesab edirdi.”(11,s.147)
İslamın təbliğ edilməsində zor və məcburiyyətin olma-
ması Quranda aydın şəkildə göstərilmişdir: “Dində məcbu-
Dostları ilə paylaş: |