15
tolerantlıq sahəsində Azərbaycanın başqa ölkələr üçün nü-
munə olması, elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən
bu konfranslarda dini tolerantlıqla bağlı yeni müddəaların
hazırlanıb təşviq edilməsi olmuşdur. Son illərdə respublika-
da keçirilən konfranslar, əsasən, aşağıdakı mövzuları əhatə
etmişdir:
1. «İslam sivilizasiyası Qafqazda» mövzusunda bey-
nəlxalq elmi-praktik konfrans (10 dekabr 1998).
2. Azərbaycanda fəaliyyət göstərən dini icma başçıları
ilə ulu öndər H.Əliyevin geniş miqyaslı görüşü keçirilmişdir
(16 noyabr 1999).
3. «Demokratik cəmiyyətdə dinin və əqidənin rolu:
terrorizm və ekstremizmə qarşı mübarizə yollarının
araşdırılması» mövzusunda beynəlxalq elmi-praktik konf-
rans (10-11 oktyabr 2002).
4. «Din və demokratiya: nəzəriyyə və təcrübə» möv-
zusunda beynəlxalq elmi-praktik konfrans (21 iyun 2004).
5. «H.Əliyev və Azərbaycanda din siyasəti: gerçəklik-
lər və perspektivlər» mövzusunda beynəlxalq elmi-praktik
konfrans (3-4 aprel 2007).
6. «Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında
KİV-lərin rolu» mövzusunda elmi-praktik konfrans (26-28
aprel 2007).
7. «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə
əməkdaşlığa doğru» mövzusunda beynəlxalq elmi-praktik
konfrans (6 noyabr 2009).
8. «Sivilizasiyaların dialoqu: siyasi partiyaların
rolu» mövzusunda beynəlxalq elmi-praktik konfrans (27-28
sentyabr 2007).
9. «Mədəniyyətlərarası dialoq – Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və sülhün əsası-
dır» mövzusunda beynəlxalq elmi-praktik konfrans (2-3 de-
kabr 2008).
16
10. «İslam mədəniyyəti və müasir dünyada dialoq»
möv zusunda beynəlxalq elmi-praktik konfrans (30 aprel
2009).
11. QMİ-nin təşəbbüsü ilə Moskva şəhərində «MDB
müsəlmanları millətlərarası həmrəylik uğrunda» adlı
beynəlxalq konfrans (18 iyun 2009).
12. Dünya dini liderlərinin Bakı sammiti (26 aprel 2010).
13. «Azərbaycan: Sivilizasiyalararası dialoqun keç-
mişi və bu günü» mövzusunda beynəlxalq elmi-praktik
konfrans (19 aprel 2006).
14. «Mədəniyyətlərarası dialoqda qadınların rolu-
nun genişləndirilməsi» mövzusunda beynəlxalq Forum
(10 iyun 2008).
15. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
(7-9 aprel 2011).
16. «İslamda mədəniyyət və gözəllik amili» mövzu-
sunda beynəlxalq elmi-praktik konfrans (9-10 noyabr 2009).
17. «Dəyişən dünyada tolerantlığın gücləndirilməsi»
möv zusunda I Beynəlxalq Bakı Forumu (19-21 dekab 2012).
Yuxarıda qeyd olunan sonuncu forum 19-21 dekabr
2012-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq uğrunda İs-
lam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə
təşkil edilmişdir. Bu forumda iştirak edən Misirin tanınmış
“Əl-Əhram Əl-Arabi” adlı həftəlik jurnalının baş redaktor
müavini Süzi Əl-Qineydi Bakıdan Misirə qayıtdıqdan sonra
Azərbaycanda mövcud olan dini tolerantlıq vəziyyətini işıq-
landırmaq üçün çalışdığı jurnalda “Bakı tolerantlıq və günəş
şəhəridir” adlı məqalə çap etdirmişdir. Süzi Əl-Qineydi Ba-
kıda olduğu müddətdə Azərbaycanda mövcud olan dini du-
rumla şəxsən tanış olmuş, xalqımızın tarixi, mədəniyyəti və
iqtisadi inkişafı ilə maraqlanmış, eyni zamanda torpaqları-
mızın Ermənistan tərə indən işğal olunduğunu önə çəkmiş,
17
lakin bütün bunlara rəğmən, hazırkı şəraitdə Azərbaycanın
dini tolerantlığa örnək olan bir ölkə olduğunu çalışdığı jur-
nalda aşağıdakı kimi qeyd etmişdir: “Azərbaycan kimi ölkə-
dən yaxşı örnək götürə bilərik. Azərbaycan xalqı 1990-cı
illərdə daxili parçalanmalarla dolu ağır mərhələni uğurla
qət etməyə müvəffəq olmuşdur. Eyni zamanda, həmin mər-
hələdə Azərbaycanın 20% torpaqları Ermənistan tərə indən
işğal olunmuşdur. Ermənistanın separatçı rejimi Dağlıq Qa-
rabağ regionunun müstəqilliyini elan etmişdir. Buna baxma-
yaraq, bu müstəqillik heç bir dövlət tərə indən tanınmamış
və həmin region beynəlxalq hüquqa görə Azərbaycanın ay-
rılmaz hissəsi hesab olunur. Bu regionun erməni silahlı qü-
vvələri tərə indən işğalı hələ də davam edir. Bütün bunlara
rəğmən, Azərbaycan dini və irqi tolerantlığın nümunəsi ol-
mağı bacarmışdır.”(2)
Qeyd edək ki, din və mədəniyyətlə bağlı yuxarıda göstə-
rilən möhtəşəm beynəlxalq konfransların respublikamızda
keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə ölkəmizin siya-
si nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azər-
baycanın beynəlxalq aləmdə dinlərarası, mədəniyyətlərarası
dialoqun səmərəli inkişafına töhvə verən bir ölkə olduğunu
dünyaya tanıdır.
18
I FƏSİL.
QAFQAZDA İSLAM SİVİLİZASİYASI VƏ AZƏRBAYCAN
1.1.İslam dininin Azərbaycanda yayılması
Azərbaycanda islam dini ilə yanaşı xristian dini
də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşa-
yır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, in-
sanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğun-
dan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə,
dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlə-
rin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dö-
zümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət,
münaqişə, müharibə yolverilməzdir.
Heydər Əliyev
Şərqlə-Qərbin qovşağında yerləşən Azərbaycan İslam
dünyasının bir parçası olaraq Qaqazda ən böyük müsəlman
respublikası sayılır. Digər Qafqaz xalqları kimi Azərbaycan
xalqı da tarixən həmişə öz milli-mənəvi və dini dəyərlərinə
sadiq olmuş, öz adət-ənənələrinə ehtiramla yanaşmışdır.
Son illərdə islam dini, islam sivilizasiyası haqqında ye-
ni-yeni tədqiqat əsərlərinin sayı çoxalmış, bu sahədə ke-
çirilən beynəlxalq konfrans və simpoziumların coğra iya-
sı genişlənmişdir. Xüsusən, islam mədəniyyətinə diqqətin
artması ABŞ-da baş verən 2001-ci il sentyabr hadisəsindən
sonra daha da mühüm əhəmiyyət kəsb etməyə başlamışdır.
Araşdırmalar göstərir ki, son illərdə, xüsusən, islamın tarixi
mahiyyəti, dünya mədəniyyət tarixində islamın oynadığı rol,
onun bəşər sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miq-
yasda keçirilən elmi konfransların və simpoziumların müza-
Dostları ilə paylaş: |