31
rizm nümayəndələri şiə və sünni məzhəblərinin başçılarını
ələ almağa və onların vasitəsilə dindarlara təsir etməyə ça-
lışırdılar.
1828-ci ildə rus qoşunları Təbrizi tutduqdan sonra Ru-
siyanın Qafqazdakı canişini İ.F.Paskeviç Təbrizin mücdehidi,
məhşur ilahiyyat alimi Ağa Mirfəttah Təbatəbainin Zaqafqa-
ziyanın şiə əhalisinin rus imperatorunun “üzünə ağ olduğu-
na” görə onların “başına ağıl qoymaqdan ötrü” Ti lisə gəlmə-
sinə nail olmuşdur. Ağa Mirfəttah Təbatəbai Ti lisə gəldiyinə
görə, o, çar hökuməti tərə indən “briliyantla bəzədilmiş qızıl
medal” və birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif
edilmişdir. Bundan başqa, A.M.Təbatəbaiyə guya imperatora
xidmət etdiyinə görə 2000 onluq (çervonets), Ti lisdə gözəl
bağı olan xüsusi mülk və Şirvanda illik gəliri 5360 rubl olan
15 kənd verilmişdir. (19,s.29-30)
Qeyd edək ki, A.M.Təbatəbainin çar hökuməti tərə indən
Ti lisə gətirilməsinin bir tərəfdən Zaqafqaziya müsəlman-
larının çarizmə qarşı narazılığının aradan qaldırılmasında
müəyyən təsiri olsa da, digər tərəfdən belə bir ilahiyyat ali-
minin Azərbaycanda, o cümlədən, bütöv Qafqazda İslam ma-
arifçiliyinin genişlənməsi və yerli əhalinin dini səviyyəsinin
yüksəlməsində müsbət rolu olmuşdur.
1832-ci ildə rus generalı Q.V.Rozen Zaqafqaziyanın sün-
ni məzhəbli müsəlmanlarını “sakitləşdirmək”, “hakimiyyətə
tabe etdirmək”, “onların azğın mənəviyyatını yumşaltmaq”
və onları imperatora sədaqətlə xidmət etdirmək üçün yüksək
ruhani nümayəndələrinə müfti dərəcəsi təyin etdi. (20,s.30)
Bu məqsədlə rus generalı Q.V.Rozen milliyyətcə tatar olan və
çar hökumətinə böyük xidmətlər göstərmiş Tacəddin Mus-
ta in Əfəndini Kazan şəhərindən Qafqaza müfti vəzifəsinə
gətirtdi. Kapitan rütbəsi daşıyan Musta in Əfəndi vaxtilə
Şeyx Şamilin çar hökumətinə tabe olması üçün onunla danı-
şıqlar aparmışdır. Qafqaza gəldikdən sonra Musta in Əfəndi
32
Zaqafqaziya müsəlmanlarına müraciət edərək demişdir: “Ey
müsəlman cəmiyyəti! Bizim kimi siz də hamıya qarşı lüt kar
olan böyük imperatorun xeyirxahlığı himayəsində xoşbəxt-
liklərə çatacaqsınız... Bizim kimi siz də... böyük imperatora
qəlbən xidmət etməklə, ona dualar oxumalısınız.”(21,s.167)
Həmin dövrdə çarizmin Azərbaycanda ruslaşdırma si-
yasətini xarakterizə edən Azərbaycan Demokratik Respub-
likasının banisi Məmməd Əmin Rəsulzadə özünün “Azər-
baycan Cümhuriyyəti” əsərində bu məsələdən bəhs edərək
yazmışdır: “Çarizm, Azərbaycanı ruslaşdırmaq üçün iki cəb-
hədən gəliyordu. Bir tərəfdən xalqın hissiyyati-diniyyəsini
idarə edən üləma və mollaları kəndi kontroluna tabe tutur,
digər tərəfdən də milli tərbiyyəyə meydan verməyərək xəlqi
rus məktəblərində (uşkol) oxumağa icbar ediyordu. Birinci
məqsədin təmini üçün şiə və sünnilərə məxsus olmaq üzrə
ayrı-ayrı iki idarəyi-ruhaniyyə təsis eləmiş, bütün molla və
əfəndiləri bu idarə vasitəsilə kəndisinə tabe birər məmur
kibi qullanmışdır. İkinci məqsədi təmin üçün də müəyyən
ruslaşdırma proqramilə uşkollar (məktəblər) təsis edilmiş-
dir.”(22,s.16)
Öz müstəmləkəçilik planlarını hər vasitə ilə möhkəmlən-
dirməyə çalışan çar çinovnikləri xalqın dini-mənəvi dəyər-
lərinə, minillik əqidəsinə, milli adət-ənənələrinə ciddi təsir
göstərməklə azərbaycanlıları ruslaşdırmaq planlarını həya-
ta keçirə bilmirdilər. Əksinə, çarizmin yerlərdəki nümayən-
dələri xalqa qarşı nə qədər özbaşınalıq edirdilərsə, əhali
arasında onlara qarşı narazılıq getdikcə artırdı. Belə ki, rus
çinovniklərinin özbaşınalıqlarından cana doymuş xalq 1837-
ci ildə üsyan etdi. Tarixə Quba üsyanı adı ilə daxil olmuş bu
milli-azadlıq hərəkatı təxminən 16 min kəndlini və şəhərlini
əhatə etmişdir. Üsyan amansızcasına yatırıldı.
Bu hadisədən sonra çar hökuməti Azərbaycandakı müs-
təm ləkəçilik siyasətində müəyyən manevrlərə əl atdı. Yük-
33
sək müsəlman təbəqələrinin xalq arasında geniş nüfuza ma-
lik olduğunu görən çarizm onların cəmiyyətdəki mövqeyini
hüquqi cəhətdən yüksəltmək üçün xüsusi bir komitə yaratdı.
1843-cü ildə yaradılan bu komitə – “yüksək müsəlman tə-
bəqələrinin (bəy, xan, məlik, qazi və s.) hüquqlarını araşdıran
xüsusi komitə” – adlandırıldı.
Bu komitə yüksək təbəqələrin
hüquqlarının əvvəlki illərə nisbətən yüksəlməsinə və həmin
təbəqələrə müəyən imtiyazlar verilməsinə nail oldu. Bu-
nunla da çarizm xalqın milli-azadlıq hərəkatında yüksək tə-
bəqələrin təsirini azaltmaq yolunda müəyyən addımlar atdı.
Digər tərəfdən çar hökuməti hakim dairələrin istəyini
yerinə yetirməyən, çarizmə qarşı genişlənən narazılığa qo-
şulan bəzi nüfuzlu dini rəhbərləri cəzalandırmağa başladı.
Məsələn, müsəlmanlar arasında imperiya xofu yaratmaq
üçün Şuşa qazisi Mirzə Əbdülqasım həbs edilib Metex qala-
sına salındı. Nuxa qazisi Abdal Lətif Əfəndi çar məmurları
tərə indən izlənildiyini hiss edib 1844-cü ildə Həcc ziyarəti
məqsədilə Məkkəyə gedərək Azərbaycanı tərk etdi.(23,s.26)
Ümumiyyətlə, Şimali Azərbaycan işğal olunduqdan son-
ra əhali arasında böyük nüfuza malik olan Azərbaycan xanla-
rından Qarabağ xanı Mehdiqulu xan, Şirvan hakimi Mustafa
xan, Bakı hakimi Hüseynqulu xan, Talış xanı Mir Həsən xan
rus müstəmləkəçilərinin özbaşnalığına dözə bilməyərək İra-
na köçməyə məcbur olmuşlar.
34
II FƏSİL
MÜSTƏQİLLİK DÖVRÜNDƏ DÖVLƏT DİN
MÜNASİBƏTLƏRİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ
2.1.Heydər Əliyev dini-mənəvi dəyərlərimiz haqqında
Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və
dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimiz-
lə fəxr edirik, bizim xalqımız yüz illərlə, min illərlə
adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yara-
dıblar və bunlar indi bizim xalqımızın mənəviyyatını
təşkil edən amillərdir.
Heydər Əliyev
Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən
onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri
ilə yanaşı, həm də islam dinidir. Azərbaycan dövləti ölkə-
mizdə milli-mənəvi, dini dəyərlərin qorunması istiqamə-
tində ciddi işlər görməkdədir. Dinə dövlət qayğısı göstərən
müstəqil Azərbaycan Respublikası, həm də sivil, dünyəvi və
demokratik dövlət olduğunu Konstitusiyamızda bəyan et-
mişdir.
Təəssüf ki, son vaxtlar bəzi mətbuat orqanları və xarici
kütləvi informasiya vasitələri Azərbaycanda guya dindarla-
ra qarşı zorakılıq göstərilməsi, onların hüquqlarının pozul-
ması ilə bağlı böhtan və şaiyələr yaymaqla məşğul olurlar.
Onlar Azərbaycan dövlətinin din siyasəti haqqında böhtan
xarakterli məqalələr çap etdirməklə ictimai şüurda yanlış
təsəvvür yaratmaq istəyirlər. Bütün bu halların qarşısını
almaq üçün əsası Ulu öndər H.Əliyev tərə indən qoyulmuş
Azərbaycan dövlətinin din siyasətinin şərh edilməsini zəruri
hesab edirik.
Müşahidələr göstərir ki, din pərdəsinə bürünən bəzi
Dostları ilə paylaş: |