35
adamlar xaricdən idarə olunan radikal dindarlar və onların
xarici havadarları respublikamızı demokratik inkişaf yolun-
dan döndərmək, dövlət idarəçiliyində şəriət qanunlarını tət-
biq etmək, Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq,
ölkəmizdə qeyri-stabillik yaratmaq, dövlətçiliyimizə zərbə
vurmaqdan ibarətdir. Lakin Azərbaycan xalqının intellektual
və mədəni səviyyəsi bir qrup radikal dindarların təxribat-
çılıq hərəkatına uymasına imkan verməyəcəkdir. Xalqımız
yüksək inkişafa qədəm qoymuş ölkəmizin beynəlxalq aləm-
dəki nüfuzunun daha da yüksəldilməsində əllərindən gələni
əsirgəməyəcəklər.
Azərbaycan müstəqillik qazandıqdan sonra, Ümummil-
li lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan
(1993) sonra milli-dini dəyərlərimizin qorunmasında, İslam
dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin
daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə bö-
yük rol oynamışdır.
Ulu öndər
Heydər Əliyev İslam dininin mahiyyəti, onun
mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının
həyatında mühüm rol oynadığını həmişə vurğulamışdır. Ulu
öndər hələ 1993-cü ildə Təzəpir məscidində dindarlarla gö-
rüşlərinin birində İslamın tərəqqipərvər və dünyəvi əhəmiy-
yətindən bəhs edərək demişdir:
«Bizim dinimiz mütərəqqi
dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi oldu-
ğunu və eyni zamanda, İslam dininə itaət edən adam-
ların hamısına özünün nə qədər tərəqqipərvər və nə
qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəl-
manlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz
müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən
xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəl-
məyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini
qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə
yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünya-
ya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra
36
daha da gücləndirəcək və bütün İslam dininə itaət edən
adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxara-
caqdır.» (24)
Buradan göründüyü kimi, ulu öndər burada İslam dini-
nin ictimai həyatda tərəqqipərvər rol oynadığını vurğula-
maqla, onun dünyəvi əhəmiyyət daşıdığını, insanları səadətə
və xoşbəxtliyə çıxaracağını da qeyd etmişdir.
Heydər Əliyev həmişə İslam dininin bütün atributlarına
hörmətlə yanaşmış və bu əməli ilə başqa insanlara nümunə
göstərmişdir. Buna misal olaraq, qeyd etmək lazımdır ki,
H.Əliyev bütün dini bayram və mərasimlərdə həmişə dindar-
ların yanında olmuş, dini bayramların keçirilməsi münasibə-
tilə xalqı təbrik etmiş və onlara uğurlar diləmişdir. Məsələn,
5 sentyabr 1993-cü il tarixində Peyğəmbərimiz əleyhissəla-
mın mövlud günü münasibətilə Təzəpir məscidində dindar-
lar qarşısında çıxış edən ulu öndər Məhəmməd peyğəmbər
əleyhissəlamın bəşər tarixində oynadığı roldan bəhs edərək
demişdir:
«Bəşəriyyət tarixində Məhəmməd peyğəm-
bərin (s) dünyaya gəlməsi və onun sonrakı fəaliyyəti,
bəşəriyyətin böyük bir hissəsinin dinin – islam dininin
yaranmasının bünövrəsini qoymuşdur. Ulu Peyğəmbə-
rimiz Məhəmməd əleyhissəlamın yaydığı İslam dini və
onun bütün müsəlman aləminə qoyduğu yadigar – Qu-
rani-Kərim əsrlər boyudur ki, müsəlman dininə məxsus
olan insanların həyatında çox böyük rol oynayır. Onların
həyatı, yaşayışı, bu günü və gələcəyi, bu dünyada, o dün-
yada xoşbəxt olması üçün zəmin yaratdı.»(25)
H.Əliyev Azərbaycanda 1993-cü ildə prezident seçildik-
dən sonra Səudiyyə Ərəbistanı Krallığına səfər edərək Ümrə
ziyarətini yerinə yetirmiş və Mədinə şəhərində Peyğəm-
bər məscidinin şərəf kitabına aşağdakı sözləri yazmışdır:
«Müqəddəs Mədinə şəhərini, İslamın müqəddəs abi-
dələrini, Həzrəti Məhəmməd peyğəmbərin məqbərəsini,
məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özü-
37
mü xoşbəxt hesab edirəm. Allaha şükür olsun ki, uzun il-
lər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu
tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi
yaratdı. Bir daha islam mənbəyinin nə qədər ümum-
bəşəri, fəlsə i, elmi əsaslara malik olduğunu dərk etdim.
Böyük Allahın Böyüklüyünü dərk etdim.»(26,s.97)
İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti
hesab edən ulu öndər islamın insanları paklığa, sa lığa çağır-
dığını vurğulamışdır. 1994-cü il 26 avqust tarixində mövlud
bayramı münasibətilə Təzəpir məscidində təntənəli məra-
simdə dindarlar qarşısında çıxış edərkən H.Əliyev İslam dini-
nin tərbiyəvi əhəmiyyətindən bəhs edərək demişdir:
«İslam
dini həmişə insanları sa lığa, təmizliyə, ülvi mənəviyya-
ta dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənə-
vi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan
Respublikasının bu ağır, çox çətin, keşməkeşli dövründə
bütün bunların bizdən ötrü böyük əhəmiyyəti var.»(27)
Öz çıxışında insanların mənəvi tərbiyəsinin əhəmiyyəti-
ni xüsusi qeyd edən H.Əliyev göstərmişdir:
«Mənəviyyatı-
mız nə qədər yüksək olarsa, biz insanlarda, hər bir azər-
baycanlıda, müsəlmanda Vətənə, öz amallarına sədaqət,
mənəvi sa lıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azər-
baycan bu ağır böhran dövründən, çətinliklərdən tezlik-
lə və müvəffəqiyyətlə çıxacaqdır.»(28)
Buradan göründüyü kimi, respublikamızın Ermənistan-
la müharibə şəraitində olması, ölkədə xaos və müxtəlif siya-
si qruplaşmaların hökm sürdüyü, sosial-iqtisadi çətinliyin
mövcud olduğu bir dövrdə uzaqgörən rəhbər xalqı bu çətin-
likdən çıxartmaq üçün İslam dininin bəşəri dəyərlərinin gü-
cünə arxalanmış, xalqımızın milli-mənəvi birliyinin qorunub
saxlanılmasına çalışmışdır.
Ulu öndər İslam dininin sülh, qardaşlıq və əmin-aman-
lıq dini olduğunu həmişə vurğulamış və onun başqa dinlərə
qarşı düşmən olmadığı ikrini öz çıxışlarında dəfələrlə bəyan