41
bəbinin siyasi-ideoloji mahiyətini H.Əliyev açıq şəkildə izah
etmişdir.
Eyni zamanda bütün Qafqaz üzrə Azərbaycanda islamşü-
naslığın araşdırılması mərkəzinin yaradılması ideyasını irəli
sürən ulu öndər bu sahədə müəyyən işlərin görülməsini vur-
ğulamışdır. Xüsusən, Azərbaycanda bu ideyanın həyata keçi-
rilməsinə şəxsən dəstək verəcəyini bəyan edən ümummilli
lider bu haqda demişdir:
“Bu işləri görmək üçün Azərbay-
canda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır.
Azərbaycanın Elmlər Akademiyası, Bakı Dövlət Univer-
siteti və elmi tədqiqat institutları bəlkə də bu sahə üçün
xüsusi təşkilatlar, orqanlar, elmi mərkəzlər yaratma-
lıdırlar. Hər halda indi mən qəti deyə bilmərəm. Belə
təşəbbüslər olsa, mən onları dəstəkləyəcəyəm, bunlar
üçün şərait də yaradacağam. Buna arxayın olun.” (34)
Buradan göründüyü kimi, islam dininə ehtiram və mə-
həb bət, dini-milli dəyərlərimizə hörmət, islamşünaslıq elmi-
nin inkişaf etdirilməsinə ciddi qayğı göstərmək istəyi ulu
ön dərin dini-mənəvi dəyərlərimizə bağlılığını göstərən mü-
hüm faktlardır.
2.2. Müstəqillik dövründə dövlət-din münasibətlərinin
tənzimlənməsində H. Əliyevin rolu
Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı
öz milli azadlığına, müstəqilliyinə nail olmuşdur. Bu
milli, mədəni, dini ənənələrimizin bərpasına şərait
yaratmışdır. Biz bu şəraitin möhkəmlənməsi üçün
bundan sonra da çalışacağıq və əmin ola bilərsiniz
ki, prezident kimi mən bu yolda əlimdən gələni əsir-
gəməyəcəm.
Heydər Əliyev
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra
ölkəmizdə dövlət-din münasibətlərinin yeni istiqaməti for-
42
malaşmış, respublikamızda dini tolerantlığın daha da inkişaf
etdirilməsində hüquqi baza yaradılmışdır.
Müstəqil respublikamızın ilk dövrlərində dini ənənələ-
rimizin bərpası və möhkəmləndirilməsi, Azərbaycan döv-
lətinin din siyasətinin qarşısında duran əsas vəzifələrdən
biri olmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq
konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibət-
lərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi
üçün əlverişli şərait yaradılmış, bu sahədə beynəlxalq hüquq
normalarına uyğun qanunvericilik bazası bərqərar olmuş-
dur. Bu sahədə H.Əliyev tərə indən yaradılmış müdrik siya-
si-mənəvi xətt
Azərbaycan Respublikasının prezidenti cənab
İlham Əliyev tərə indən bu gün uğurla davam etdirilir və
zənginləşdirilir.
Ulu öndər hələ 1994-cü ildə Təzəpir məscidində dindar-
lar qarşısında çıxış edərkən ölkəmizin müstəqilliyi bərpa
olunduqdan sonra milli, dini ənənələrimizin möhkəmləndi-
rilməsindən bəhs edərək demişdir:
«Azərbaycan müstəqil
dövlətdir. Azərbaycan xalqı öz milli azadlığına, müstəqil-
liyinə nail olmuşdur. Bu milli, mədəni, dini ənənələrimi-
zin bərpasına şərait yaratmışdır. Biz bu şəraitin möh-
kəmlənməsi üçün bundan sonra da çalışacağıq və əmin
ola bilərsiniz ki, prezident kimi mən bu yolda əlimdən
gələni əsirgəməyəcəm.»(35)
Dövlət-din münasibətlərinin düzgün tənzimləndiyi
Azər baycanın bu sahədə digər ölkələrə nümunə ola biləcə-
yini irəli sürən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxü-
lislam Allahşükür Paşazadə Heydər Əliyevin dövlət-din mü-
nasibətlərinin tənzimlənməsi sahəsindəki rolundan bəhs
edərək demişdir:
«Heydər Əliyev həzrətlərinin əsasını
qoyduğu dövlət-din münasibətləri özünəməxsus bir ör-
nək kimi təkcə bizim ölkə üçün deyil, bütün dünya üçün
43
nümunə ola bilər. Bizim bu gün bir araya gəlməkdə əsas
məqsədimiz Azərbaycan gerçəkliklərini öyrənmək və
yaymaqdır. İnşallah, bu ali məqsədə birlikdə nail olaca-
ğıq.» (36,s.23)
A.Paşazadə müstəqil Azərbaycan dövlətinin yaranma-
sında, Azərbaycanda din siyasətinin və dövlət-din münasi-
bətlərinin formalaşmasında H.Əliyevin rolunu şərh edərək
demişdir:
«Müstəqil dövlətimizin yaranmasında, möh-
kəmlənməsində və nüfuzunun artmasında Heydər Əli-
yev həzrətlərinin müstəsna xidmətləri olmuşdur. O,
hakimiyyətə yenidən qayıtdıqdan sonra ölkəmizdə dini
sahədə sabitliyə nail olunması, konfessiyalar arasın-
da dözümlülük mühitinin qorunub saxlanmasında və
daha yüksək səviyyədə bərqərar olunması istiqamətin-
də böyük işlər görülmüş, dini icmaların fəaliyyəti üçün
hüquqi-mənəvi şərait yaradılmışdır. Bu məqsədyönlü
fəaliyyətin nəticəsi olaraq, Azərbaycanda mövcud din-
lərin nümayəndələri öz ayinlərini sərbəst yerinə yetirir,
tam hüquqlu vətəndaşlar kimi ölkənin ictimai həyatın-
da yaxından iştirak edirlər.»(37,s.24)
Məlumdur ki, Azərbaycan dövləti dünyəvi dövlətdir və
bu baxımdan din dövlətdən və dövlət dindən ayrıdır. Bü-
tün bunlar Azərbaycan Respublikasının Konstitusiyasında
öz əksini tapmışdır. Məsələn, Azərbaycan Konstitusiyasının
7-ci maddəsinin 1-ci bəndində göstərilmişdir: «
Azərbaycan
dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika-
dır.»(38,s.5) Konstitusiyanın 18-ci maddəsi isə din və dövlət
münasibətlərinə həsr olunmuşdur. Burada göstərilmişdir:
«
I. Azərbaycan Respublikasında din dövlətdən ayrı-
dır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qa-
dağandır.
III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.»(39,s.8)