19
kirə obyektinə çevrilmişdir.
Belə beynəlxalq simpoziumlardan biri də 8-9 dekabr
1998-ci il tarixində ulu öndər H.Əliyevin təşəbbüsü ilə Bakı
şəhərində keçirilmişdir. «İslam sivilizasiyası Qafqazda» möv-
zusuna həsr olunmuş bu beynəlxalq tədbir öz məzmun və
mahiyyətinə görə mühüm əhəmiyyət kəsb etmiş və Qafqaz-
da islam sivilizasiyasının rolunun elmi cəhətdən araşdırıl-
masında sanki vacib bir mərhələ rolunu oynamışdır. Digər
tərəfdən bu simpoziumun praktiki cəhətdən də müəyyən
əhəmiyyət kəsb etməsi – regionda münaqişə ocaqlarının (Şi-
mali Qafqaz, Qarabağ, Cənubi Osetiya və s.) mövcud olması
və bəzi «tədqiqatçıların» bu münaqişələrə dini don geyindir-
məsi baxımından elmi aktuallıq daşıması ilə şərtlənmişdir.
«İslam sivilizasiyası Qafqazda» adlı simpoziumda çıxış
edən ulu öndər H.Əliyev bu tədbirin təkcə Azərbaycan üçün
yox, həm də Qafqaz və bütün islam aləmi üçün mühüm əhə-
miyyət kəsb etməsindən bəhs edərək demişdir:
«Məmnu-
niyyətlə qeyd edirəm ki, belə simpoziumun keçirilməsi
ilə əlaqədar mənim qəbul etdiyim qərar artıq həyata
keçrilibdir, beynəlxalq simpozium bu gün öz işinə baş-
layıbdır. Ümidvaram ki, simpozium çox dəyərli işlər
görəcək və Qafqazda islam sivilizasiyasının rolunu və
bu sahədə gələcək elmi-tədqiqat işlərinin proqramları-
nı müəyyən edə biləcəkdir. Bu, təkcə Azərbaycan üçün
yox, bütün Qafqaz xalqları, bütün islam aləmi üçün çox
əhəmiyyətli işdir.» (3)
Ulu öndər Qafqazda yaşayan xalqların, o cümlədən Azər-
baycan xalqının zəngin coğra i mövqeyi, tarixi kökləri, qə-
dim mədəniyyəti haqqında çox fəxrlə danışaraq Qafqazda
islamın yayılmasına diqqət yetirmiş və islamın Qafqazda
yayılmasında Azərbaycanın mühüm rol oynadığını önə çək-
mişdir. H.Əliyev Qafqazda yaşayan və islam dininə etiqad
edən xalqların həyat və fəaliyyətində, yaşayış tərzində is-
20
lam dininin mühüm əhəmiyyətini qeyd etmiş və bu xalqla-
rın milli-mənəvi dəyərlərinin zənginləşməsində islam dinin
böyük rol oynadığını xüsusi vurğulayaraq demişdir:
«Biz
qafqazlılar özümüzün qafqazlı olmağımızla fəxr edirik.
Bu nə deməkdir? Qafqazın təkcə məğrur dağları, onun
gur çayları, gözəl bulaqları, meşələri, gül-çiçəkləri deyil-
dir. Qafqazlı olmaqla fəxr etmək Qafqaz xalqlarının ta-
rixi kökləri ilə, Qafqaz xalqlarının bəşər mədəniyyətinə
verdikləri töhfələrlə bağlıdır. Bu baxımdan Qafqazda
islamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının
tarixinin böyük bir hissəsini təşkil edir, eyni zaman-
da islam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi
dəyərli töhfələrin olmasını əks etdirir. Qafqaz xalqları-
nın, demək olar ki, əksəriyyəti islam dininə itaət edir.
İslamın Qafqazda yayılması tarixini siz alimlər yaxşı bi-
lirsiniz. Mən, sadəcə, bir nöqtəni vurğulamaq istəyirəm
ki, Azərbaycan bu sahədə mühüm yer tutur.»(4)
Qeyd edək ki, Qafqazda islamın yayılması, əsasən, Azər-
baycandan başlayır və Azərbaycan tarixinin böyük bir his-
səsini təşkil edir. Bu baxımdan Azərbaycan Qafqazda islam
dəyərlərinin, islam sivilizasiyasının yayılması və inkişaf et-
məsində xüsusi rol oynamışdır. İslam dininin qədim Qafqaz-
da yayılmasının Azərbaycandan başladığını vurğulayan ulu
öndər islamın Qafqaza yeni sivilizasiya, yeni mədəniyyət
gətirdiyini xüsusi qeyd edərək demişdir:
«Məlumdur ki,
Qafqazda islamın yayılması və inkişaf etməsi Azərbay-
candan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoş-
bəxtlik gətiribdir, inkişaf, islami dəyərlər gətiribdir. Bu
dəyərlər müqəddəs kitabımız Qurani-Kərimdən gələn
islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyər-
lərinin əsasını təşkil edibdir. Məlumdur ki, Qafqazda ya-
şayan xalqlar islam dinini qəbul edənə qədər də böyük
mədəniyyətə, tarixə və özlərinə məxsus adət-ənənələrə
21
malik olmuşlar. İslamın dini-mənəvi dəyərləri Qafqaz
xalqlarının qədimdən yaranmış və inkişaf etmiş mənə-
vi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi
dəyərlərini təşkil edibdir.»(5)
Məlumdur ki, islam dininin dünyanın müxtəlif bölgələ-
rində yayılması ilə bağlı uzun illər belə bir ikir formalaş-
mışdır ki, guya islam dini “qılınc gücünə”, “zorakı yolla” ya-
yılmışdır. Hətta, xüsusən, Azərbaycanda insanların şüurunda
tarixən belə bir ifadə formalaşmışdır ki, “Biz qılınc müsəl-
manıyıq.” Yəni ərəb-islam qoşunları islamı bizlərə “qılınc gü-
cünə” qəbul etdirmişlər.
Lakin tarixi mənbələr və dünyada tanınmış şərqşünas
alimlər islamın zorakılıqla yayılmadığını təsdiq etmişlər.
Məsələn, məhşur şərqşünas akademik V.V.Bartold yazırdı ki,
islam zorakılıqla yayılmamışdır, bu dinin yayıldığı ərazilərdə
nə xristianlar, nə də zərdüştlər təqibə məruz qalmamışlar.
(6,s.88)
İslam dininin Azərbaycanda və bütövlükdə Qafqazda
yayılması prosesində zorakılığın olmaması və bu prosesin
siyasi müahidələr (müqavilələr)
yolu ilə həyata keçməsi fak-
tı bir çox elmi ədəbiyyatlarda öz geniş ifadəsini tapmışdır.
Məsələn, “Qafqazda islam fütuhatının tarixi bir çox başqa
yerlərdə olduğu kimi daha çox siyasi müahidələr tarixini xa-
tırladır: hicrətin 18-ci ilində “Azərbaycan əhli ilə”, 21-ci ilin-
də Muğanla, 22-ci ilində Şirvanla, 25-ci ilində Təbriz, Talış,
Arran və başqa ərazilərdə yaşayan əhali ilə sülh müahidələri
imzalandı. Başqa şəhər və vilayətlərdə də buna bənzər müa-
hidələr imzalanmışdı.”(7,s.147-148)
İslamın
dünyanın müxtəlif bölgələrində yayılması zama-
nı zorakılığa yol verilməməsi haqqında göstərişlər olduğunu
bir çox tarixçi alimlər öz əsərlərində şərh etmişlər. Müəyyən
mənbələrə istinad edən Azərbaycanın din alimlərinin əsər-
lərində də belə faktlara rast gəlmək olur. Məsələn, Şeyxü-