11
for sustainable development ...............................................................
Chapter 4. The culture of religious tolerance in sovere-
ign Azerbaijan ................................................................................
4.1. H.Aliyev and improvement of the culture of religious to-
lerance in Azerbaijan ...............................................................................
4.2. The role of Caucasus Muslims’ Center in development of
the culture of religious tolerance .......................................................
4.3. The place and the role of Azerbaijan in the sphere of re-
ligious tolerance during the sovereignty period .........................
Conclusions ................................................................................................
List of used literature ..........................................................................
12
GİRİŞ
Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O,
həm insani münasibətlərin, həm insan cəmiyyətində
gedən proseslərin, həm də dövlətlərarası, millətləra-
rası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə
aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü
deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına
dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.
Heydər Əliyev
Elmi ədəbiyyatlarda “
tolerantlıq” – (lat. tolerancia –
hərfən dözümlülük) – dini və milli müxtəli liyin etirafı və
ona hörmətlə yanaşılması kimi şərh edilmişdir.
Qərbdə tolerantlıq problemi ilk dəfə Orta əsərlərdə ya-
ranmış və əxlaqi fəzilət, qeyri-xristian, və yaxud bidətçi eh-
kam, ayin, inancların etirafı kimi nəzərdən keçirilmişdir. Dini
tolerantlığın geniş şəkildə şərh edilməsinə məşhur xristian
ilahiyyat alimi Foma Akvinalının “Teologiyaların külliyatı”
əsərində rast gəlmək olar.
Yeni dövrdə tolerantlıq problemini ilk tədqiq edən ingi-
lis ilosofu Con Lokk(1632-1704) olmuşdur. O, “Tolerantlıq
haqqında öyüdnamə” (“Epistola de tolerancia”) əsərində to-
lerantlığı əsl, həqiqi kilsənin mühüm səciyyəsi kimi əsaslan-
dırmağa cəhd göstərmişdir. C.Lokk hesab edir ki, əgər dində
məhəbbət, iltifat və mərhəmət yoxdursa, o həqiqi sayıla bil-
məz. İsa Məsih naminə başqasını təqib edənlər Onun təlimi-
ni eybəcərləşdirirlər. Səmimi və namuslu insanlar müxtəlif
dinlərə itaət edə bilərlər və yalnız dini müxtəli liyə dözüm-
lülük, cəmiyyətə sülh bəxş edə bilər.
Qərbi Avropada tolerantlıq probleminə Nikolay Kuzanlı,
Piko dela Mirandola, Erazm Rotterdamlı kimi mütəfəkkir-
13
lər də xüsusi diqqət yetirmişlər. Protestant Reformasiyası
da tolerantlığı dəstəkləmişdir. Tolerantlığın sonrakı tədqiqi
T.Hobbs, Y.Bentam, A. de Tokvil, Volter, D.Didro, A.Smit, C.S.
Mill, XX əsrdə isə G.Zimmel, T.Nükom və Frankfurt məktəbi-
nin nümayəndələrinin adı ilə bağlıdır.
Dini tolerantlıq təzahür etdiyi cəmiyyətdən asılı olaraq
bir neçə növdə ola bilər. Bunlar aşağıdakılardır:
1. Başqa din mənsubuna qarşı tolerantlıq (xristian-mü-
səlman,
müsəlman-buddist, xristian-buddist və s.)
2. Başqa təriqət nümayəndələrinə qarşı tolerantlıq (ka-
tolik-protestant, protestant-pravoslav, sünni-şiə)
3. Sektant hərəkatlarına qarşı tolerantlıq
4. İnanclı ilə inancsız arasındakı tolerantlıq (mömin-a-
teist) və s.
Mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq,
bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşı-
yıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti
kimi etiraf olunur. Tolerantlıq vətəndaş cəmiyyətinin əsas
əxlaqi prinsipidir. Eyni zamanda, təcrübə göstərir ki, müt-
ləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa
yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevril-
məməlidir.
Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, ölkə-
miz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə
olmuşdur. Azərbaycan xalqının tolerant bir xalq olduğunu,
həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə
gələn xarici qonaqlar təsdiq etmiş və etməkdədirlər. Azər-
baycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin
birlikdə yaşamasına baxmayaraq, (Azərbaycan ərazisində
yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı
qaldırdıqları torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq
şərtilə) indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş
verməmiş və dini qarşıdurma olmamışdır.
14
Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə,
həm də islam dininin Azərbaycanda yayılmasından sonra
müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı
etimada əsaslanan milli-mədəni və dini münasibətlər siste-
mi formalaşmış, insanlar əmin-amanlıq şəraitində yaşamış,
burada yüksək tolerantlıq mühiti hökm sürmüşdür. Bu əra-
zidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq
mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azər-
baycan xalqının və islam dininin mühüm rolu olmuşdur.
Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud
olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanıl-
masında Azərbaycan xalqının və islam dininin misilsiz rol
oynadığını vurğulayan Azərbaycan Respublikasının prezi-
denti İ.Əliyev bu ikri aşağıdakı kimi şərh edərək demişdir:
“Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliy-
yət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə
qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi mil-
li-mədəni və dini münasibətlər sistemi formalaşmışdır.
Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tole-
rantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmin-
də ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir.
Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə
əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni
müxtəli liyin günümüzədək qorunub saxlanmasında
Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu
danılmazdır.” (1.səh.3-4)
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti
İ.Əliyevin Azərbaycanda dini tolerantlıqla bağlı bu ikirləri
mövcud monoqra iyanın ana xəttini təşkil edir.
Digər tərəfdən kitabın yazılmasını zəruri edən amillər-
dən biri ölkəmiz müstəqillik qazandıqdan sonra son illərdə
Azərbaycanın təşəbbüsü ilə din və mədəniyyətlə bağlı çox-
saylı beynəlxalq konfransların ölkəmizdə keçirilməsi və dini