Diş texniki ixtisası üzrə nümunəvi test sualları 1 Hansı hallarda çıxan protezlər hazırlanır?


) Tökmə üçün qoyulan qıf ilə modelin ən hündür nöqtəsi arasında məsafə neçə mm olmalıdır?



Yüklə 1,97 Mb.
səhifə12/22
tarix08.04.2018
ölçüsü1,97 Mb.
#36508
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

469) Tökmə üçün qoyulan qıf ilə modelin ən hündür nöqtəsi arasında məsafə neçə mm olmalıdır?
A) 1 mm

B) 0,5 mm

C) 12 mm

D) 5-10 mm

E) 2-3 mm
Müəllifə görə tökmə üçün qoyulan qıf ilə modelin ən hündür nöqtəsi arasında məsafə 5-10 mm olmalıdır.
Ədəbiyyat: Ренферт «Идеи для зубной техники» 2008 səh 25
470) Neçə üsulda fiksasiya var?
A) 4

B) 2


C) 3

D) 5


E) 6

Mexaniki, fiziki, biomexaniki, biofiziki fiksasiya üsulları var.


Ədəbiyyat: E.И.Гаврилов, И.М.Альшиц «Ортопедическая Стоматология» səh 297
471) “Mərz xətti”-ni başqa cür necə adlandırırlar?
A) Horizontal xətt, qarmaq xətti

B) Birləşmə xətt, tutucu xətt

C) Gülüş xətti

D) Sagital xətt, orta xətt

E) Diş tacının perimetri, kəsici xətt
Müəllif tərəfindən “Mərz xətti”-i başqa cür horizontal xətt, qarmaq xətt adlandırılmışdır.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 290
472) Dişin öndə duran dişə tərəf olan səthi necə adlanır?
A) Distal

B) Medial

C) Aproksimal

D) Vestbulyar

E) Oral
Dişin öndə duran dişə tərəf olan səthi müəllifə görə medial adlanır.
Ədəbiyyat: В.Н.Копейкин, В.С.Кнубовец. Зубопротезная техника səh 12
473) Kombinəedilmiş bügel protezlərində blokvari birləşmə hansı vəziyyətdə tətbiq olunur?
A) Diş ətrafı toxumada iltihab əlamətləri olduqda

B) Dişin sayı çox olanda

C) Dişlər oral tərəfə əyiləndə

D) Dişin sayı az olanda

E) Dişlərin tacı qısa olanda
Müəllifə əsaslanaraq kombinəedilmiş bügel protezlərində blokvari birləşmə dişin sayı az olan vəziyyətdə tətbiq olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 165
474) Alt qpaqların üstündə mum ilə modelləşdirmə işi aparanda alt qapaq nə ilə izolə edilməlidir?
A) Kompozit materialı ilə

B) Qalaydan olan folqa ilə

C) Vazelin ilə

D) Başqa növ mum ilə

E) Silikon matrisa ilə
Müəllifə görə alt qpaqların üstündə mum ilə modelləşdirmə işi aparanda alt qapaq vazelin ilə izolə edilməlidir.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 206
475) Model almaq üçün alginatdan alınan ölçüyə gips nə zaman tökülür ?
A) 30 dəqiqədən sonra

B) 2-3 saatdan sonra

C) Həmin dəqiqə

D) 24 saatdan sonra

E) 48 saatdan sonra
Alginat ölçü materialı ilə alınan ölçüdən model dərhal tökülməlidir.Çünki, alginat ölçü materialı ilə alınmış ölçü deformasiyaya tez uğrayır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 40
476) Attaçmenlər hazırlanma üsuluna görə hansı növlərə bölünür?
A) Ancaq fabrik istehsalı olur

B) Həm fərdi, həm fabrik istehsalı olur

C) Ştamplama üsulu ilə hazırlanır

D) Attaçmenlər ancaq xüsusi laboratoriyada hazırlanır

E) Ancaq fərdi hazırlanır
Müəllifə görə attaçmenlərin hazırlanma üsulu fərdi və fabrik istehsalı olur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 167
477) Aşırma Cekson və dairəvi klammerlərin fərqini göstərin.
A) Tətbiqi

B) Hazırlanma materialı

C) Pəncələrin sayı

D) Okklüziya yastığının sayı

E) Hazırlanma texnikası
Aşırma Cekson birtərəfli hüdudlanmayan qüsurda tətbiq edilir, dairəvi klammerlər isə hüdudlanan qüsurda tətbiq edilir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
478) Ardıkəsilməz klammerin sabitləşdirici elementləri hansılardır?
A) Okklüzion pəncə, cisim

B) Okklüzion pəncə və bir çox sayda çiyin

C) 2 çiyin və cisim

D) Cisim, çıxıntı

E) 1 çiyin və çıxıntı
Müəllifə görə ardıkəsilməz qarmağın sabitləşdirici elementləri okklüzion pəncə və bir çox sayda çiyindir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 158
479) Odadavamlı materialdan alınmış modelin qaynar muma salınması səbəbləri hansılardır?
A) Modelin möhkəmliyini saxlamaq üçün

B) Modeldə 02 bügel mumunun əvəz edilməsi üçün

C) O izoləedici qatdır

D) Model sərhəddinin təyin edilməsi üçün

E) Model üzərində şablon yastığının düzgün hazırlanması üçün
Çünki qaynar mum modelin məsamələrinə dolur və monolit, möhkəm struktur yaradır.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 316
480) Seçmə və sərbəst üsullardan başqa paralelometriyada hansı üsul istifadə olunur?

A) Berezovski

B) Kennedi

C) Vasilyev

D) Gizi

E) Engl
Seçmə və sərbəst üsuldan başqa Berezovski üsulu da tətbiq olunur.


В.С.Погодин, В.А.Пономарева. «Руководство для зубных техников» səh 151-152
481) Körpüvari protezlərə nisbətən bügel protezlərin mənfi cəhətləri hansılardır?
A) Qida qəbulu zamanı dadbilmə sahələrini örtür

B) Xəstə tərəfindən yetərincə təmiz saxlanıla bilmir.

C) Ağız boşluğunda böyük sahəni tutur

D) Estetik cəhətdən əlverişsizdir

E) Allergik reaksiya törədir
Körpüvari protezlərə nisbətən bügel protezlərin mənfi cəhətləri ağız boşluğunda böyük sahəni tutur.
Ədəbiyyat: E.М.Гаврилов, Е.И.Альшиц. «Ортопедическая Стоматология».səh 203
482) Diş səthində retensiya sahəsi harada yerləşir?
A) Bütün diş səthi boyunca

B) Kəsici və çeynəmə səthində

C) Mərz xəttinə nisbətən aşağıda

D) Mərz xəttinə nisbətən yuxarıda

E) Aproksimal səthdə
Müəllifin fikrinə ,əsasən diş səthində retensiya sahəsi mərz xəttinə nisbətən aşağıda yerləşir.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 42
483) Attaçmenləri qarmaqdan fərqləndirən əsas cəhət hansıdır?
A) Estetik cəhətdən daha effektivdir

B) Attaçmenlər fərqli metaldan olur

C) Attaçmenlər yalnız fabrik istehsalı olur

D) Attaçmenlər yalnız tökmə üsulu ilə alınır

E) Attaçmen dişin hər bir vəziyyətində istifadə oluna bilər
Attaçmenlərin qarmaqlardan fərqləndirən əsas cəhət onun estetik cəhətcə daha effektiv olmasıdır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 237
484) Kəsən qövs başqa cür necə adlanır?
A) Dioqonal

B) Sagital

C) Transversal

D) Dilaltı qövs

E) Aproksimal
Müəllifə əsaslanaraq kəsən qövsü başqa cür transversal adlandırırlar.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 59-60
485) Nöqtəvi fiksasiyada neçə dənə qarmaq işlənir?
A) 5

B) 3


C) 2

D) 4


E) 1
Çünki nöqtəvi fiksasiyada 1 qarmaq işlənir.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Альшиц «Ортопедическая Стоматология».səh 214
486) “Mərz” xəttini başqa cür necə adlandırırlar?

A) Horizontal xətt, qarmaq xətti

B) Diş tacının perimetri, kəsici xətt

C) Birləşmə xətti, tutucu xətt

D) Sagital xətt, orta xətt

E) Diaqonal xətt, transversal xətt


“Mərz” xəttini horizontal xətt və qarmaq xətt də adlandırırlar.
В.Н.Копейкин, Л.М.Демнер. «Зубопротезная техника» səh 290
487) Qarmağın çiyninin təmiri zamanı lehimləmə tikişi çiynin hansı hissəsinə qoyulmalıdır?

A) Çiynin aktiv hissəsinin 1/3 sahəsinə

B) Çiynin aktiv hissəsinin 1/2 sahəsinə

C) Çiynin passiv hissəsinə

D) Çiynin aktiv hissəsinin 1/4 sahəsinə

E) Çiynin aktiv hissəsinin 1/5 sahəsinə


Çiyində lehimləmə tikişi yalnız çiynin passiv hissəsinə qoyulur.
Х.Вульфес «Современные технологии протезирования» səh 117
488) Xətti fiksasiyada neçə qarmaq istifadə olunur?
A) 3

B) 2


C) 4

D) 5


E) 1
Bu fiksasiya növündə yalnız 2 qarmaqdan istifadə olunur.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Альшиц «Ортопедическая Стоматология» səh 214
489) Bu metallardan hansı daha çox bügel protezin hazırlanmasında istifadə olunur?
A) Kobalt-xrom ərintisi

B) Dəmir


C) Qurğuşun

D) Qalay


E) Melod
Bügel protezinin hazırlanmasında ən çox kobalt-xrom ərintisindən istifadə olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006 səh 384
490) Bügel terminin mənası nədir?
A) Yəhər

B) Bazis


C) Qarmaq

D) Metal


E) Qövs
Qövs alman dilndən tərcümədə qövs deməkdir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 153
491) Sadə Akker qarmağının çiyni dişin səthinin neçə hissəsini tutur?
A) 1/4

B) 3/4


C) 2/3

D) 1/3


E) 2/4
Müəlliflərin fikrinə əsaslanaraq Sadə Akker qarmağının çiyni dişin səthinin 3/4 hissəsini tutur.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 153
492) Torus harada yerləşir?
A) Alt çənədə

B) Üst çənədə

C) Dodaq nahiyyəsində

D) Dilin üstündə

E) Həm alt, həm də üst çənədə
Torus üst çənədə damaqda yerləşir.
Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ.2007 səh 273
493) Düymə şəklində olan attaçmenlər necə adlanır?
A) Adı yoxdur

B) Anker


C) Hibrid

D) Ceka


E) Şarnir
Düymə şəklində olan attaçmenlər Anker adlanır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006 səh 176
494) Hissəvi protezi bügel protezindən fərqləndirən əsas səbəb nədir?
A) Ağızda dad hissiyatı olmur

B) Qarmaq və plastmas

C) Ağız boşluğunda az yer tutur

D) Metal karkas

E) Dayaq dişləri az olur
Hissəvi protezi bügel protezindən fərqləndirən əsas səbəb dayaq dişlərin az olmasıdır.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
495) Teleskopik qarmağın daxili qapağı dişəti cibinə neçə mm daxil edilir?
A) 0,3 mm

B) 0,2 mm

C) 0,5 mm

D) 0,7 mm

E) 0,9 mm
Müəllifə əsaslanaraq teleskopik qarmağın daxili qapağı dişəti cibinə 0,3 mm daxil edilir.
Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ.2007 səh 158
496) Skeletşəkilli qövs hansı çənədə işlənir?
A) Belə qövs yoxdur

B) Alt çənədə

C) Sınmış çənə sümüklərinin bərpasında işlənir

D) Həm alt, həm üst çənədə

E) Üst çənədə
Skeletşəkilli qövs ancaq üst çənədə yerləşir.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 61
497) Paralelometrdə olan kalibrlərin köməyi ilə nə ölçülür?
A) Dayaq dişin eni

B) Qövsün eni

C) Podnutriyanın ölçüsü

D) Mərz xəttini təyin edirik

E) Dayaq dişin hündürlüyü
Paralelometrdə olan kalibrlərin köməyi ilə podnutriya ölçülür.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 49
498) Hansı dişləri klammer altına salmaq məsləhət deyil?
A) I böyük azı dişini

B) III böyük azı dişini

C) I böyük azı dişini

D) II kiçik azı dişini

E) Köpək dişləri
Müəllifə görə III böyük azı dişini klammer altına salmaq məsləhət deyil.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 45
499) Teleskopik qarmağın tətbiqinə nə aiddir?
A) Kəsici səthdə kariyes

B) Çeynəmə səthdə kariyes

C) Paradontozlu dişlər

D) Tacı hündür olan

E) Tacı qısa olan
Teleskopik qapaq 2 qapaqdan ibarət olduğundan qısa tacın formasını uzadır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 164
500) Səthi fiksasiyasida neçə klammer istifadə olunur?
A) 1

B) 1 Bonivel qarmağı

C) 3 və daha çox

D) 2


E) 2 Rouç qarmağı
Səthi fiksasiyasida 3 və daha çox klammer istifadə olunur. Başqa fiksasiya növlərində 1-2 klammer istifadə olunur.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Альшиц «Ортопедическая Стоматология» səh 215
501) Funksiyasına görə klammerlər bir neçə qrupa bölünür?
A) Tökmə, lehimləmə

B) lentvari, dairəvi

C) Birçiyinli, ikiçiyinli

D) Dayaq, tutucu, dayaq-tutucu

E) Metal, plastmas
Funksiyasına görə klammerlər dayaq, tutucu, dayaq-tutucu qruplarına bölünür.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 262
502) Teleskopik qapaqlarda daxili qapaq necə fiksasiya olunur?
A) Çıxan protezə bərkidilir

B) Plastmasa sementlənir

C) Qapağa sementlənir

D) Plastmasda qalır

E) Dişə sementlənir
Xarici qapaq daxili qapaqcığa geydirilir, daxili qapaqcıq isə dişə sementlənir.
Ədəbiyyat: Н.Г.Аболмасов. Н.Н. Аболмасов. «Ортопедическая Стоматология». Москва. Медпресс- информ 2007 səh 158
503) Bügel protezin hazırlanmasına göstəriş hansıdır?
A) Ağız boşluğunda 1 dişin olması

B) Ağız boşluğunda dişin olmaması

C) Ağız boşluğunda 4-5 dişin olması

D) Bu protezin hazırlanmasına göstəriş lazım deyil

E) Çənə qırılması zamanı bu protez hazırlanır
Bu protezin dayaq nöqtəsi çox olmalıdır
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 36
504) Karkas hansı hissələrdən ibarətdir?
A) Qövsdən , yəhərdən, qarmaqdan

B) Qövsdən

C) Yəhərdən

D) Metaldan

E) Qarmaqdan
Çünki karkas bütün metal hissələri özündə birləşdirir.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
505) Ney sisteminin I tip qarmağının xarakteristikası hansıdır?

A) Kombinəedilmiş. hüdudlanan və hüdudlanmayan

B) İkiçiyinli, pəncəli. hüdudlanan qüsurlarda yaxşı ifadə olunmuş ekvatoru olan dişdə tətbiq olunur

C) Hüdudlanan

D) İkiçiyinli, pəncəli hüdudlanmayan qüsurda

E) Kombinəedilmiş hüdudlanan qüsurda


Müəllifə əsaslanaraq hüdudlanan qüsurlarda yaxşı ifadə olunmuş ekvatoru olan dişlərdə Ney sisteminin I tip qarmaqları tətbiq olunur. İkiçiyinli, pəncəli,hüdudlanan qüsurlarda yaxşı ifadə olunmuş ekvatoru olan dişdə tətbiq olunur
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 154
506) Verilənlərdən hansı bügel protezlərinin laborator mərhələsinə aid deyil ?
A) Dişləmin hündürlüyünün təyini

B) Protezin mexaniki işlənməsi

C) Modelin tökülməsi

D) Süni dişlərin düzülməsi

E) Mum konstruksiyasının əridilməsi
Dişləmin hündürlüyünün təyini mərhələsini həkim yerinə yetirir.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 35
507) Karkasin son işlənməsində hansı materiallardan istifadə olunur?
A) Abrazivlər

B) QOİ pastası

C) Karborund daş

D) Turşu


E) Gips
Müəllifə görə karkasin son işlənməsində QOİ pastası materialından istifadə olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 113
508) Köpək dişin üzərində okklüzion pəncə hansı hissəyə qoyulmalıdır?
A) Kəsici kənarlar

B) Oral hissəyə

C) Vestibulyar hissədə

D) Qabarlar arasında

E) Dişin qabarığında
Müəllifə əsaslanaraq köpək dişin üzərində okklüzion pəncə kəsici kənarlara qoyulmalıdır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 70
509) Hansı metaltökmə üsulu tökməni daha dəqiq edir?
A) Mufel sobasında

B) Vakum şəraitində əridilmədə

C) Açıq alov ilə əridilmədə

D) Aftogenin köməyi ilə

E) Mərkəzə qaçma qüvvəsi altında əridilmədə
Çünki vakum aparatında havasız və təzyiqli şəraitdə yaradılır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 102-105
510) Nəyə görə texnik bügel protezini modelləşdirmə zamanı orta damaq tikişini yuxarı çənədə qalaydan olan folqa ilə örtməlidir?

A) tikişə düşən təzyiqi aradan qaldırmaq üçün

B) bügel protezinin qövsünü daha qalın modelləşdirməkdən ötrü

C) folqa olmasa biz mum ilə modelləşdirə bilmərik

D) damaq tikişi sahəsinə qida qalığı yığılmasın deyə

E) metalın damağa verə biləcək allergiya reaksiyasını aradan qaldırmaq üçün


Х.Вульфес «Современные технологии протезирования» səh 81
Texnik bügel protezini mumdan modelləşdirən zaman damaq tikişi nahiyəsinə qalaydan olan folqa ilə örtməlidir ki, gələcəkdə qövslə damaq tikişi arasında məsafə olsun ki, tikişə düşən təzyiq aradan qalxsın.

511) Ney sistemin I tip klammeri necə adlanır?
A) Bonvil

B) Djekson Sadə Akker qarmağı

C) Rouç

D) Sadə Akker klammeri



E) Bonixard
Müəllifə görə Ney sisteminin I tip klammeri Sadə Akker klammeri adlanır.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 152
512) Səthi fiksasiyada neçə klammer istifadə olunur?

A) 3 və daha çox klammer

B) 1 klammer

C) 2 klammer

D) 1 birçiyinli klammer

E) 2 dentoalveolyar klammer


Səthi fiksasiyada 3 və daha çox klammerdən istifadə olunur.
В.С.Погодин, В.А.Пономарева. «Руководство для зубных техников» səh 125
513) Bügel protezinin karkasının ilkin işlənməsində nə istifadə olunur?
A) Rezin disklər

B) QOİ pastası

C) Bezdən olan halqalar

D) Fırçalar

E) Haçalanmış disklər
Müəllifə görə bügel protezinin karkasının ilkin işlənməsində haçalanmış disklərdən istifadə olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 110
514) Qarmağın təmiri zamanı hansı çiyində lehimlə tikişi qoyulmalıdır?
A) Passiv çiyində

B) Həm passiv, həm aktiv çiyində

C) Passiv çiynin cismə keçid yerində

D) Dişin oral səthində yerləşən passiv çiyində

E) Aktiv çiyində
Müəllif görə qarmağın təmiri zamanı aktiv çiyində lehimlə tikiş qoyulmalıdır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 121
515) Kennedi təsnifatının hansı sinfində aşırma-Cekson qarmağı nə zaman tətbiq edilir?
A) İkitərəfli hüdudlanmayan

B) Birtərəfli hüdudlanmayan

C) Birtərəfli hüdudlanan

D) Qarmaq bu qüsurların heç birində tətbiq edilə bilməz

E) İkitərəfli hüdudlanan

Kennedi təsnifatının birtərəfli hüdudlanmayan sinfində aşırma-Cekson qarmağı tətbiq edilir


Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 156
516) Bügel protezin konstruksiyasında olan səhvlər nəyə gətirib çıxarır?
A) Haymorit

B) Blefaritə

C) Stomatit

D) Xeylit

E) Rinit
Bügel protezin konstruksiyasında olan səhvlər stomatitin əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 124
517) Kombinəedilmiş qarmağın uzun çıxıntısı protezin hansı hissəsinə yönəlir?
A) Süni dişlər

B) Yəhər


C) Qövs

D) Dişin ekvatoruna

E) Plastmas
Kombinəedilmiş qarmağın uzun çıxıntısı protezin qövs hissəsinə yönəlir
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh156
518) Kombinəedilmiş bügel protezi qarmaqlı bügel protezindən fərqləndirən müsbət cəhət hansıdır?
A) Diş sayının çox olmasında düzəlir

B) Atrofiyaya uğramış damaqda tətbiq edilir

C) Sağlam dişlər yonulur

D) Fiksasiya elementlər görünmür

E) Bu protez daha asan düzəlür
Fiksasiya elementləri çox vaxt alt qapağa birləşdirilir və ona görə də görünmür.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 136
519) Bügel protezləri hansı protezlərdir?
A) Qarmaqlarla dişlərə söykənən çıxan protez

B) Metal bazisli çıxan protez

C) Çıxmayan protez

D) Yalnız fiksasiya vasitəsi attaçmen olan protez

E) Süni dişləri çini materialdan olan
Ancaq bügel protezlərin bazisi metaldandır.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
520) Teleskopik qapaqda alt qapağın neçə mm olmalıdır ?
A) 0,4 mm

B) 0,3 mm

C) 0,2 mm

D) 0,1 mm

E) 0,5 mm
Müəllifə görə teleskopik qapaqda alt qapağın eni 0,2 mm olmalıdır
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 138
521) Nə üçün titan bügelin karkasının hazırlanmasında istifadə olunmur?
A) Allergik reaksiya verdiyinə görə

B) Qiyməti baha olduğuna görə

C) Nadir tapılan metal olmasına görə

D) Titan bügel karkasında işlənmir

E) Bu metaldan alınan karkas çox vaxt defektli olduğuna görə
Bu metaldan alınan karkas çox vaxt defektli olduğuna görə titan bügelin karkasının hazırlanmasında istifadə olunmur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 260
522) Xətti fiksasiya neçə növə bölünür?
A) Sagital, transversal, diaqonal

B) Oral, perpendikulyar

C) Medial, distal

D) Oral və vestibulyar

E) Aproksimal, vestibulyar
Müəllifə görə xətti fiksasiya: saggital, transversal, diaqonal növlərinə bölünür
Ədəbiyyat: Е.И.Гаврилов, Ш.М.Альшиц «Ортопедическая Стоматология» səh 214
523) Bu aparatlardan hansı bügel protezinin işlənməsində istifadə olunmur?

A) Elektrolit aparatı

B) Qumvuran aparat

C) Cilalayıcı mühərrik

D) Vakuum aparatı

E) Mikromühərrik


Vakuum aparatı bügel protezin işlənməsində istifadə olunmur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 250
524) Birçiyinli klammer dişin ən çox hansı meyilliyi zamanı tətbiq olunur?
A) Kiçik azı və köpək dişlərinin oral, vestibulyar, distal

B) Böyük azı, distal

C) Köpək medial, distal

D) Kiçik azı, distal, medial

E) Mərkəzi kəsici oral
Müəllifə görə birçiyinli klammer dişin ən çox mərkəzi kəsici oral tərəfə meyilliyi zamanı tətbiq olunur.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 262
525) Mərz xəttinə nisbətən dayaq səth harada yerləşir?
A) Mərz xətti boyunca

B) Horizontal xəttin altında

C) Yönəldici xətt boyunca

D) Mərz xəttinin üstündə

E) Mərz xəttinin altında
Çünki bu hissədə qarmağın çiyni hərəkətsiz olur.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 149


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə