3
- İstifadə edilmiş ədəbiyyat siyahısı;
- Əlavələr;
- İxtisarların və şərti işarələrin siyahısı (dissertasiyada olduqda).
2.1. Titul səhifəsi
Dissertasiyanın titul səhifəsi “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin
təşkili barədə Təlimat”ın əlavələrinə (Əlavə 1.3 və Əlavə 1.3.1) uyğun tərtib edilir.
2.2.
Mündəricat
2.2.1. Mündəricatda “Mündəricat” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2.2.2. Mündəricatda dissertasiyanın struktur bölmələrinin adları və onların
başlanğıc səhifəsinin nömrələri əks olunur.
2.2.3. Çoxcildli dissertasiyalarda mündəricat birinci cilddə verilir.
2.2.4. Dissertasiyanın struktur bölmələrinin mündəricatdakı adları
ilə mətndəki
adları eyni olmalıdır.
2.3. Giriş
2.3.1. Girişdə “Giriş” sözü başlıq kimi göstərilir və nömrələnmir.
2.3.2. Dissertasiyanın girişində aşağıda qeyd olunan yarımbaşlıqlar
tünd qara
rənglə yazılmalı və abzasdan başlanmalıdır:
-
Mövzunun aktuallığı və işlənmə dərəcəsi;
-
Tədqiqatın obyekti və predmeti;
-
Tədqiqatın məqsəd və vəzifələri;
-
Tədqiqat metodları;
-
Müdafiəyə çıxarılan əsas müddəalar;
-
Tədqiqatın elmi yeniliyi;
-
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti;
-
Aprobasiyası və tətbiqi;
-
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı;
-
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda
həcmi qeyd olunmaqla
dissertasiyanın işarə ilə ümumi həcmi.