Doğum faktıının müəyyən edilməsinə dair ərizə rayon məhkəməsinə



Yüklə 12.24 Kb.
tarix26.10.2017
ölçüsü12.24 Kb.

Doğum faktıının müəyyən edilməsinə dair ərizə

_______ rayon məhkəməsinə


Ərizəçi: _____________________

/ Ünvan: _____________________/
Maraqlı şəxs: _____rayon Qeydiyyat Şöbəsi

Ə R İ Z Ə

(doğum faktıının müəyyən edilməsinə dair)
________________________oğlu/qızı mənim bacımdır. O, _______-cı ildə ______şəhərində anadan olmuşdur. Onun qeyri-rəsmi nikah münasibətlərindən üç övladı anadan olmuşdur. Bunlardan ikisi ________-cı il təvəllüdlü _______(uşağın adı) və ______-cu il təvəllüdlü _______(uşağın adı) __ saylı kliniki doğum evində anadan olmuşdur. Digəri isə _______(uşağın adı) _________-ci ildə ev şəraitində anadan olmuşdur.

Qeyd olunan uşaqlara bacım doğum haqqında şəhadətnamə almamışdır. Bacım ________tarixdə vəfat etmişdir. İndi həmin uşaqlara baxmaq və tərbiyə etmək vəzifəsini öz üzərimə götürmək istəsəm də, onların sənədlərinin olmaması səbəbindən bunu edə bilmirəm.

______ rayon Qeydiyyat Şöbəsinə bu barədə müraciət etsəm də, mənə doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubunu təqdim etmirlər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

Uşaq hüquqlarına dair BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cö maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının faktının müəyyən edilməsi barədə işlərə baxır:

Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 307-310-cu maddələrini rəhbər tutub məhkəmədən




Xahiş Edirəm:
_______-cı il təvəllüdlü _______(uşağın adı) və _________-cu il təvəllüdlü _______(uşağın adı), __________-ci il təvəllüdlü _______in (uşağın adı) ____ şəhərində anadan olmaları, analarının ________________________oğlu/qızı olması faktını müəyyən edəsiniz.

Qoşma: Ərizənin surəti

Arayışlar

Ölüm və doğum haqqında şəhadətnaməsinin surəti

Dövlət rüsumunun ödənilməsinə dair qəbz

Forma-2 saylı arayış

Şəxsiyyət vəsiqələrinin surəti

Ərizəçi: ________________________oğlu/qızı




“___” ______ 20____-ci il


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə