Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   28   29   30   31   32   33   34   35   36

33

şəkli yoxdur. Bu xaldey allahı kahinlərinin dediyinə görə, allahın bütün yerli qadınlar içərisindən özü üçün seçdiyi

bircə qadından başqa burada heç kəs gecələmir.

182. Bu kahinlər iqrar edirlər ki, allah özü hərdən məbədə gəlib həmin yataqda gecələyir (amma mən buna

inanmıram). Misirlilərin danışdıqlarına görə, guya həmin hadisə Misirdəki Fivada da olur. Oradakı Fiva Zevsi

məbədində bir qadın yatır. Bu iki qadın, deyilənə görə, ölümlü kişilərlə əlaqəyə girmirlər. Bununla yanaşı, rəmmal

Likiyadakı Patarada allahın gəldiyini bəyan edəndə (bu da həmişə yox, hərdən bir olur) allahın qeybdən xəbər verən

kahinəsi də eyni ilə məbəddə yatır. Lakin allah gələndə kahinəni gecələr onun yanında qoyub məbədi bağlayırlar.

183. Babilin müqəddəs məbəd sahəsinin aşağısında Zevsin oturmuş vəziyyətdə qızıl heykəli qoyulmuş bir ibadətgah

da var. Onun da yanında böyük qızıl miz, qızıldan tac və üstündə ayaq qoyulması üçün kətil mövcuddur. Xaldeylərin

dediyinə görə, bütün bu şeylərin qayrılmasına 800 talant qızıl işlənmişdir. Bu məbədin qarşısında qızıl mehrab

tikilmişdir. Orada böyük bir mehrab da var. Bu mehraba yaşlı heyvanlardan qurban gətirirlər; qızıl mehraba isə yalnız

südəmər heyvanı qurban gətirmək olar. Xaldeylər bayramlar zamanı böyük mehrabda bu allahın şərəfinə hər il 1000

talant buxur yandırırlar. Haqqında söhbət gedən qədim vaxtlarda müqəddəs sahədə allahın 12 dirsək hündürlüyündə

başdan-ayağa qızıldan olan heykəli varmış. Onu görmək mənə qismət olmamışdır, mən yalnız xaldeylərin

danışdıqlarını xəbər verirəm. Güştəsp oğlu Dara bu heykəli ələ keçirməyi çox arzu etsə də, onu zəbt etməyə cəsarət

göstərməmişdir. Lakin Daranın oğlu Kserks heykəli oğurlamışdır. O, heykəli yerindən tərpətmək üçün (divara əl

vurmağa) icazə verməyən kahinəni öldürməyi əmr etmişdir. Ayrı-ayrı adamlardan da çoxlu nəzirlər gələn bu məbəd və

müqəddəs sahə belə zəngin bəzənmişdir.

184. Babildə çoxlu hökmdar hakimiyyət sürmüşdür. Mən onların haqqında "Assuriya tarixi" əsərimdə danışacağam.

Həmin hökmdarlar şəhər hasarını daha da möhkəmlədib, ibadətgahı da xeyli bəzəmişlər. Assur tarixində biri o birindən

beş nəsil fərqlə yaşamış iki qadın hökmdar olmuşdur. Bunların birincisi olan Semiramida əvvəllər daşqın zamanı vadini

ağzına götürən çayın qarşısını almaq üçün diqqətəlayiq bir bənd tikdirmişdir.

185. Nitokris adlanan ikinci qadın hökmdar öz sələfindən daha müdrik olmuş və abidələr qoyub getmişdir ki, mən

bu barədə danışacağam. Bundan başqa, bu hökmdar midiyalıların gücünün böyüklüyünü, bu qüvvənin xalqı necə

qorxuya saldığını, onların artıq bir çox şəhəri, (hətta Nini) istila etdiklərini görmüşdür. Ona görə də əvvəlcədən bütün

ehtiyat tədbirlərini həyata keçirmək qərarına gəlmişdir. Birinci növbədə şəhərin düz ortasından keçən Fərat çayının

axarını dəyişmişdir. Nitokris bunun üçün şəhərin üst tərəfində kanal qazılmasını əmr etmişdir: bunun da nəticəsində çay

elə dolanbac axmışdır ki, məsələn, Assuriyanın bir kəndinin yanından üç dəfə qıvrılıb keçməli olurmuş. (Fəratın üç

dəfə qıvrılıb yanından axdığı kənd Arderikka adlanır). Hələ indi də Bizim dənizimizdən Fərat boyu aşağılara, Babilə

səyahət edəndə bu kəndin yanından: üç gün ərzində üç dəfə keçib getmək lazım gəlir. Nitokrisin bir xidməti budur.

Bunun ardınca, onun əmrinə görə, çayın hər iki qırağınca uzunu və hündürlüyü heyrət doğuran torpaq bənd

tökülmüşdür. Sonra o, Babildən xeyli yuxarıda, çayın yaxınlığında göl üçün elə dərin hövzə qazılmasına əmr vermişdir

ki, bütün yeraltı sular axıb oraya dolsun. Bu hövzənin eni 420 stadiyaya çatır. Hökmdar qazılmış torpaqdan çayın bəndi

üçün istifadə edilməsini buyurmuşdur. Hövzə hazır olanda hökmdar daş gətirib hövzənin qırağına daşdan üz

çəkilməsini əmr etmişdir. Hökmdar bu iki işi görməklə çayı döngəli etmiş və bütün qazılan hövzəni bataqlığa

çevirmişdir. O, çoxlu dirsəklər vasitəsi ilə nəinki çayın axımını yavaşıtmış, həm də Babilə gedən su yolunu daha

dolanbac eləyibmiş. Bununla da çayla üzüb gələn səyyahları sonra bir də göl ətrafında quru yolla böyük bir məsafəni

dolandırmaq istəmişdir. Bu işlər ölkənin Midiya tərəfdən ən kəsə keçidləri və yolları olan səmtində görülmüşdür. Bu

tədbirlərdən məqsəd ticarət əlaqələri zamanı midiyalıların ölkəyə daxil olmasını gecikdirmək və onların ölkənin

vəziyyətini dəqiq öyrənməsinə mane olmaqmış.

186. Hökmdar midiyalıların əleyhinə bütün bu qurğuları su hövzəsi qazılarkən yığılan torpaqla tikdirmişdir. Bundan

başqa, o həmin işlərdən daha bir məqsədlə istifadə etmişdir. Ortadan axan çay şəhəri iki yerə böldüyündən əvvəlki

hökmdarın vaxtında onun bir hissəsindən o birinə getmək üçün çayı qayıqla keçmək lazım gəlirdi, mən bilən, bu da

əlverişli deyildi. Nitokris bunun da qayğısına qalmışdır. Göl üçün hövzə qazılanda həmin işlərdən belə bir xatirə

qalmışdır. O, böyük daşların yonulmasını əmr etmişdir. Bu daşlar hazırlanıb, hövzə də qazılandan sonra Nitokris çayın

bütün axarını bu hövzəyə yönəltdirmiş və hövzə dolduqca çayın əvvəlki məcrası da qurumağa başlamışdır. Bunun

arxasınca Nitokris şəhər hasarının uzunluğu boyu sahilləri və çaydan hasar qapılarına gedən enişi bərkidib, şəhər

divarları tikintisində üzlük çəkildiyi kimi, buralara da bişmiş kərpicdən üzlük çəkməyi əmr etmişdir. Sonra da təxminən

şəhərin ortasında yonulmuş daşlardan körpü salmağı buyurmuşdur (daşlar dəmir və qurğuşun vasitəsi ilə bir-birinə

bərkidilmişdir). Gündüzlər körpünün üstünə taxta sallayırlarmış ki, (babillilər çaydan keçə bilsinlər, gecələr bu taxtalar

götürülürmüş ki, adamlar bu sahildən o sahilə veyllənməsinlər və bir-birini qarət etməsinlər. Körpü tikiləndən sonra

hökmdar Fəratın axarını göldən ayırıb əvvəlki məcrasına döndərməyi buyurmuşdur. Beləliklə, göl, əvvəlcədən nəzərdə

tutulduğu kimi bataqlığa çevrilmiş və bundan əlavə şəhərlilər üçün körpü salınmışdır.

187. Bu hökmdar qadın bir kələk işlədərək öz xələflərini bax belə aldatmışdır.O, şəhərin ən tünlük yerindəki

darvazalar üstündə özünə türbə tikməyi, onun da üstündə bu məzmunda yazı həkk etməyi əmr etmişdir: "Məndən

sonrakı hər hansı Babil hökmdarı pula ehtiyac duysa, qoy bu türbəni açsın və istədiyi qədər pul götürsün, amma ehtiyac

olmadan qoy onu açmasın. Daha yaxşı olar ki, (türbə) heç açılmasın". Babildə hökmranlıq Daraya keçənə qədər bu

türbəyə toxunulmamışdır. (Darvazalar üstündəki) bu türbədə xəzinələr yerləşdiyi, hələ üstəlik, xəzinəni ələ keçirmək

üçün babillilərin özləri şahı dəvət etdikləri halda Dara onu indiyə qədər niyə ələ keçirmədiyinə təəccüblənmişdir.

Bununla belə, şah bu darvazadan ona görə keçib, xəzinəyə girmək istəməmişdi ki, o, gərək türbədəki meyitin altından

keçib gedəydi. Amma elə ki, şah türbəni açmalı olur, onda orada meyitdən və belə bir yazıdan başqa heç bir xəzinə

tapmır: "Əgər sən bu qədər tamahkar olmasaydın, ölülər türbəsini qarət etməzdin". Bu türbə haqqında bax, belə şeylər

danışırlar.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə