DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə59/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

_______Milli Kitabxana_______ 
 
178 
büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına 
həyata keçirilən idarə və təşkilatlar aid edilir. 
Cari gəlirlər – Azərbaycan Respublikasının Vergi  Məcəlləsi 
ilə müəyyən edilmiş dövlət vergiləri və bu vergilərə görə 
hesablanmış faiz və maliyyə sanksiyaları aid edilir. 
Cari xərclər  – büdcə  təşkilatlarının cari tələbatlarının 
ödənilməsinə çəkilən xərclərdir. 
Daxili dövlət borcu – Azərbaycan Respublikasının dövlət 
borcunun tərkib hissəsi olmaqla, maliyyə orqanın Azərbaycan 
Hökuməti adından Azərbaycan Respublikasının hüdudları daxilində 
hüquqi və fiziki şəxslərlə bağladığı  əqdlər üzrə borc vəsaitlərinin 
milli valyuta ilə ifadə olunmuş məcmusudur. 
Divident  – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və 
yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə 
bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. 
Hüquqi  şəxsin ləğvi ilə bağlı  əmlakın bölüşdürülməsi 
nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz 
nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin 
(hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə 
bağlı edilən ödənişlər divident sayılmır. 
Dotasiya 
– dövlət büdcəsindən Naxçıvan Muxtar 
Respublikasının büdcəsinə, yerli büdcələrə onların gəlir və xərclərini 
tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir. 
Dolayı vergilər  – vergi ödəyicisinin gəlirinin, sərvətinin 
xərclənməsindən tutulan vergilərdir. 
Dövlət büdcəsinin məqsədi – ölkənin iqtisadi, sosial və digər 
strateji proqramlarının və problemlərinin həlli, dövlətin 
funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən 
edilmiş qaydada maliyyə  vəsaitinin toplanmasını  və istifadəsini 
təmin etməkdir. 
Dövlət borcu – müvafiq xərclərin maliyyələşdirilməsi üçün 
dövlət zəmanəti  əsasında alınan və müəyyən olunmuş müddətlərdə 
qaytarılmasına öhdəlik götürülən maliyyə vəsaitidir.  
Dövlət borcunun idarə edilməsi  – dövlət tərəfindən uyğun 
borc mənbələrinin tapılması, cəlb edilmiş  vəsaitlərin səmərəli 
istifadə olunması, borcun qaytarılması  məqsədilə pul fondlarının 


_______Milli Kitabxana_______ 
 
179 
səfərbər edilməsi və son nəticədə qaytarılmasından ibarət tədbirlər 
kompleksi. 
Dövlət büdəsinin kassa icrası  – büdcə  gəlirlərinin büdcəyə 
daxil olmasını  və  xərclərinin büdcə  təsnifatına uyğun olaraq 
xəzinədarlıq vasitəsilə ünvanlı istifadəsini təmin edən icra 
mexanizmi.  
Dövlət büdcəsinin gəlirləri – qanunvericiliklə müəyyən 
olunmuş qaydada dövlət büdcəsinə daxil olan vergilərin, rüsumların, 
digər ödənişlərin və daxilolmaların məcmusudur. 
Dövlət büdcəsinin hesabatı 
– qanunvericiliklə 
müəyyənləşdirilmiş dövr ərzində büdcə  təşkilatlarının müvafiq icra 
hakimiyyəti orqanına və ölkənin qanunverici orqanına dövlət 
büdcəsinin icrası haqqında təqdim etdiyi hesabat.  
Dövlət büdcəsinin xərcləri    qanunvericiliklə müəyyən 
olunmuş qaydada dövlət büdcəsi vasitəsi ilə büdcə təsnifatına uyğun 
olaraq xərclərin funksional, iqtisadi və digər prinsiplər  əsasında 
istifadəsini təmin edən xərclərdir. 
Funksional təsnifat dövlətin funksiyalarını həyata keçirməsi ilə 
bağlı xərclərin qruplaşdırılmasıdır.  
Xərclərin funksional təsnifatına idarəetmə, müdafiə, elm, 
sosial, dövlət borcu ilə bağlı  xərclər və digər xərc maddələri aid 
edilir. 
İqtisadi təsnifat büdcə  xərclərinin iqtisadi mahiyyətinə görə 
qruplaşdırılmasıdır. 
Xərclərin iqtisadi təsnifatına cari, əsaslı  xərclər və kreditlər 
üzrə borclara, faizlərə xidmət xərcləri aid edilir. 
Dövlət büdcəsinin icrası  – müvafiq icra hakimiyyəti 
orqanları  və onların tabeliyində olan təşkilatlar (büdcə  təşkilatları) 
tərəfindən dövlət büdcəsi gəlirlərinin təmin edilməsi və  xərclərin 
həyata keçirilməsi prosesi. 
Dövlət büdcəsinin tərtibi  ölkənin iqtisadi və sosial 
inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, 
iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət 
formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il 
üzrə maliyyə-təsərrüfatı 
fəaliyyətinin nəticələrinin 


_______Milli Kitabxana_______ 
 
180 
qiymətləndirilməsi  əsasında növbəti büdcə ili üzrə dövlət büdcəsi 
layihəsinin hazırlanması. 
Dövlət büdcəsinin təsdiqi  – ölkənin qanunverici orqanına 
təqdim olunan dövlət büdcəsi haqqında qanun layihəsinin 
müzakirəsi və təsdiqi. 
Dövlət əmlakının icarəyə verilməsi – dövlətin mülkiyyətində 
olan daşınar və daşınmaz əmlakın icarəyə verilməsi nəzərdə tutulur. 
Dövlət qulluğu 
 
Azərbaycan Respublikasının 
Konstitusiyasının və digər qanunvericilik aktlarına uyğun olaraq 
dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində 
dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 
Dövlət qulluqçusu – “Dövlət qulluğu haqqında” qanunla 
müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi 
vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və 
Azərbaycan Respublikasının Azərbaycan Respublikasına sadiq 
olacağına andiçən Azərbaycan Respublikasının vətəndaşıdır. Siyasi 
və ya inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət 
qulluqçusu dövlət vəzifəli  şəxsdir. Deputatlar və hakimlər dövlət 
qulluqçuları sayılmırlar.  
Dövlət vəsaiti   Azərbaycan Respublikası dövlət büdcəsinin 
vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə  və 
müqavilələrə  əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, 
büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının 
vəsaiti və qanunvericiliklə dövlət vəsaitinə aid edilən digər vəsaitlər. 
Dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə daxilolmalar – 
hökumətin müvafiq səlahiyyətli qurumunun (bir qayda olaraq 
Maliyyə Nazirliyi) kreditlər üzrə dövlətin adından təqdim etdiyi 
bütün dövlət zəmanətləri nəzərdə tutulur. 
Dövlət Neft Fondu – (bax.  büdcədənkənar dövlət fondları) 
Dövlət Neft Fondu 29 dekabr 1999-cu ildə yaradılmışdır. Fondun 
hər il təsdiq olunan büdcəsi vardır. Fondun gəlirlər hissəsi 
Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın 
satışından  əldə olunan gəlir (qanunvericiliklə  nəzərdə tutulmuş 
ödənişlər çıxılmaq  şərtilə), akrhesabı ödənişlər, bonus ödənişlər
xarici  şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət 
əmlakından istifadə üçün icarə haqqı, fondun vəsaitinin 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə