DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə61/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

_______Milli Kitabxana_______ 
 
184 
şəxslərə  məxsus avtonəqliyyat vasitələri, su və hava nəqliyyatı 
vasitələrinin dəyəridir. 
Fiziki  şəxslərin torpaq vergisi – Torpaq vergisi torpaq 
mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin 
nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə  hər il sabit 
tədiyə şəklində hesablanır. 
Gənclər siyasəti    gənclərin hərtərəfli inkişafını, cəmiyyətin 
həyatında onların fəal iştirakını  təmin etmək məqsədi ilə dövlət 
tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi  şəraitin və 
təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. 
Gömrük rüsumları – büdcəyə alınması Gömrük Məcəlləsi ilə 
tənzimlənən və gömrük posedurlarının tətbiqi zamanı tutulan 
ödənişlərdir. 
Gömrük tarifi   Azərbaycan Respublikasının gömrük 
sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi 
fəaliyyətin  əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş 
gömrük rüsumu dərəcələrinin məcmusudur. 
Hesablama Palatası – dövlət büdcəsinin təsdiq edilməsinə və 
icrasına, dövlət  əmlakının idarə edilməsinə, onun barəsində 
sərəncam verilməsinə, dövlət  əmlakının özəlləşdirilməsindən  əldə 
edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə 
və  bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin 
vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir. 
Hüquqi  şəxs    Azərbaycan Respublikasının və ya xarici 
dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda 
yaradılmış müəssisə və təşkilatlar. 
Xalis mənfəət – mənfəət vergisi çıxıldıqdan sonra qalan 
mənfəət. 
Xarici dövlət borcu – Azərbaycan Respublikasının dövlət 
borcunun tərkib hissəsi olmaqla, maliyyə orqanın Azərbaycan 
Respublikası adından xarici hüquqi və fiziki şəxslərlə (qeyri-
rezidentlər), həmçinin beynəlxalq ictimai-siyasi və maliyyə-kredit 
təşkilatları ilə bağladığı müqaviləyə əsasən bilavasitə alınan borclar 
və digər yerinə yetirilmiş maliyyə öhdəliklərinin məcmusudur. 
Xidmət – malların təqdim edilməsi sayılmayan, nəticələri 
maddi ifadə kəsb edən fəaliyyət. 


_______Milli Kitabxana_______ 
 
185 
ƏDV-nin məqsədləri üçün pul vəsaitinə  və torpağa mülkiyyət 
hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi 
kimi xidmət göstərilməsi istisna olunur. 
Xeyriyyə  təşkilatı  – xeyriyyəçilik fəaliyyətini həyata keçirən 
qeyri-kommersiya təşkilatıdır. 
Xüsusi vergi rejimi: 
1. xüsusi vergi rejimli müəssisələrə hasilatın pay bölgüsü və 
əsas ixrac boru kəməri haqqında həmçinin digər bu qəbildən olan 
sazişlər və o cümlədən, neft və qaz haqqında qanunlar çərçivəsində 
fəaliyyət göstərən  Vergi Məcəlləsi ilə yanaşı vergitutma və vergi 
nəzarəti məsələlərində müəyyən dövr ərzində vergilərin hesablanması 
və ödənilməsinin xüsusi qaydalarla müəyyən edilmiş vergi ödəyiciləri 
aid edilir. Bunlara sazişlər imzalanmış podratçı  tərəflər və yaxud 
onların hüquqi varisləri və ya mümkün müvəkkilləri, podratçı tərəflər 
adından fəaliyyət göstərən, neft-qaz əməliyyatlarının gündəlik idarə 
olunması üçün onların göstərişlərini yerinə yetirən, hasil edilən 
karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik 
olmayan, yalnız mənfəətsiz və itkisiz əməliyyat aparan təsərrüfat 
hesablı qeyri-kommersiya şirkəti kimi işləyən birgə  əməliyyat 
şirkətləri, podratçı  və birbaşa və ya vasitəli müqavilə üzrə, yaxud 
podratçının adından mallar göndərən, işlər görən və yaxud xidmət 
göstərən, eləcə  də Azərbaycan Respublikasında  karbohidrogen 
fəaliyyəti ilə  məşğul olan vergi ödəyiciləri, xarici ölkələrin 
Azərbaycan Respublikası  ərazisində yerləşən diplomatik və analoji 
nümayəndəlikləri, konsulluq idarələri və digər rəsmi 
nümayəndəlikləri daxildir. 
2.  Xüsusi vergitutma sistemi kimi (heç də güzəştli olmayan) 
məhdud sayda vergi ödəyiciləri və  fəaliyyət növləri üçün vahid 
verginin tətbiqi ilə qanunvericilikdə əks etdirilməlidir. 
İcmal büdcə  – dövlət büdcəsinin, Naxçıvan Muxtar 
Respublikasının büdcəsinin (büdcədənkənar  əməliyyatlar da daxil 
olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və  xərclərini 
funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində  əks 
etdirən maliyyə sənədi. 
İdarəetmə  xərcləri  – qanunvericilik, icra hakimiyyəti və 
prokurorluq orqanlarının saxlanılması xərcləri aid edilir. 


_______Milli Kitabxana_______ 
 
186 
İnflyasiya – müəyyən müddət  ərzində  əmtəə  və xidmətlərin 
keyfiyyəti yüksəlmədən qiymətlərinin artması  nəticəsində pulun 
dəyərdən düşməsi, dəyərsizləşməsi.  İnflyasiya pul tədavülü 
kanallarının  əlavə pul kütləsi ilə dolması, yaxud pul tədavülü 
kanallarının tələbatından artıq həcmdə pul kütləsinin dövriyyəyə 
buraxılması nəticəsində pulun dəyərsizləşməsi prosesidir.  
İpoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq 
daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları 
qeydə alınan daşınar əşyaların girovudur. 
İri vergi ödəyiciləri – İri vergi ödəyiciləri bir neçə meyara 
əsasən seçilir. Vergi ödəyiciləri (büdcə  təşkilatları istisna olmaqla) 
iri vergi ödəyicilərinə aid edilməsi üçün onun əvvəlki üç ilin hər 
birində mülkiyyətində olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri 
5,5 mlrd.AZM və  əvvəlki üç illik orta illik dövriyyəsi 2,75 
mlrd.AZM-dən çox olmalıdır.  
Bundan başqa, son üç vergi ili ərzində müəssisə  tərəfindən 
vergi qanunvericiliyi ilə müəyyən edilmiş bütün vergi və vergi 
olmayan digər ödənişlərin hesablanmış məbləği 990 mln. AZM-dən 
çox olmalıdır. 
İqtisadi siyasət daimi komissiyası – dövlətin maliyyə  və 
vergi siyasətinin, iqtisadi siyasətinin formalaşdırılması  və  həyata 
keçirilməsinə dair, habelə dövlət büdcəsinin təsdiq edilməsi və 
icrası ilə bağlı qanun və  qərar layihələri üzrə aparıcı daimi 
komissiyadır. 
İştirakçı – səhmdar, payçı  və ya müəssisənin mənfəətində 
digər iştirakçı. 
İnfоrmаsiyа – təqdimаt fоrmаsındаn аsılı оlmаyаrаq şəхslər, 
əşyа, fаkt, hаdisə və prоsеslər hаqqındа mə`lumаtlаrdır. 
İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə  əldə etmək 
məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə 
qoyulan maliyyə vasitələri, eləcə  də maddi və intellektual sərvətlər 
nəzərdə tutulur. 
İnzibati xəta – İnzibati xətalar Məcəlləsi ilə qorunan ictimai 
münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən 
və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb 
olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə