|
Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə və daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipik
|
səhifə | 10/33 | tarix | 24.02.2022 | ölçüsü | 53,58 Kb. | | #84045 |
| Ümumi-dünyagörüşünə-dair-VƏSAİTŞimali Atlantika Müqaviləsi Təşkilatının (North Atlantic Treaty Organization) əsası neçənci idə qoyulmuşdur və təşkilatın hazırda neçə üzvü vardır?
Cavab: Şimali Atlantika Müqaviləsi Təşkilatının (North Atlantic Treaty Organization) əsası 04 aprel 1949-cu ildə qoyulmuşdur və hazırda təşkilatın 29 üzvü vardır.
Azərbaycanın ilk obyekti neçənci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir və bu hansı obyektdir?
Cavab: YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmiş ilk obyektimiz Azərbaycan muğamıdır və bu Siyahıya 2008-ci ildə daxil olunmuşdur.
Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsinin ümumi dəyəri nə qədər qiymətləndirilir?
Cavab: Cənub Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsinin ümumi dəyəri 45 milyard ABŞ dolları qiymətləndirilir.
Dostları ilə paylaş: |
|
|