|
Dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrin müsahibə mərhələsində, habelə ümumi müsahibə və daxili müsahibə zamanı namizədlərə dünyagörüşü ilə bağlı verilən ən tipikBMT-nin baş qərargahı hansı şəhərdə
|
səhifə | 9/33 | tarix | 24.02.2022 | ölçüsü | 53,58 Kb. | | #84045 |
| Ümumi-dünyagörüşünə-dair-VƏSAİTBMT-nin baş qərargahı hansı şəhərdə yerləşir?
Cavab: BMT-nin baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir.
BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin (ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) veto hüququ olmasının mahiyyəti nədən ibarətdir?
Cavab: Təhlükəsizlik Şurasına daimi üzvü olan ölkələrdən biri müzakirə edilən qətnamənin əleyhinə səs verərsə qətnamə qəbul olunmur.
Müstəqil Azərbaycan Respublikasının ilk demokratik parlament seçkiləri nə zaman keçirilmişdir?
Cavab: 12 noyabr 1995-ci il.
2016-cı ildə hansı obyekt Azərbaycan, İran, Qazaxıstan, Qırğısıztan və Türkiyənin müştərək obyekt kimi YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına (UNESCO Intangible Cultural Heritage List) daxil edilmişdir?
Cavab: Lavaş hazırlama və paylaşma ənənəsi.
Avropanın enerji təchizatının diversifikasiyasına (şaxələnməsinə) və təhlükəsizliyinə nail olmaq üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) ümumi uzunluğu nə qədərdir?
Cavab: Cənub Qaz Dəhlizinin (Southern Gas Corridor) ümumi uzunluğu 3500 km-dən artıqdır.
Azərbaycan Respublikası nə zaman BMT-nin Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü seçilmişdir?
Cavab: Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilmişdir.
Dostları ilə paylaş: |
|
|