1 "Ekologiya" anlayışı kim tərəfindən elmə daxil edilmişdir? A e. Hekkel b ç. Darvin c a. Leopord d k. Linney e k. Rulye 2



Yüklə 37,92 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü37,92 Kb.
#41577


1

"Ekologiya" anlayışı kim tərəfindən elmə daxil edilmişdir? 

A)E.Hekkel B)Ç.Darvin  C)A.Leopord D)K.Linney E)K.Rulye

2

Ekosistemdə insanın yerini və rolunu, onlar arasındakı qarşılıqlı 

təsiri və bu zaman yaranan prosesləri öyrənən elm.         

A)Hidrologiya B)Sosiologiya C)Fəlsəfə D)İnsan ekologiyası 

E)Anatomiya

3

Orqanizmlərin öz aralarında və mühitlə qarşılıqlı əlaqələrin 

qanunauyğunluqlarını öyrənir.A)Sinekologiya B)Demekologiya 

C)Autoekologiya D)Kulturologiya E)Filologiya



4

Populyasiyaların ekologiyasını öyrənir.A)Aqroekologiya 

B)Biometriya C)Filologiya D)Fitosenologiya E)Demekologiya

5

Biosenozun ekologiyasını öyrənir.A)Sitologiya B)Sinekologiya 

C)Autoekologiya D)Demekologiya E)Histologiya

6

Ekologiya elminin inkişaf tarixi neçə əsas dövrə bölünür?A)6 B)4 

C)2 D)3 E)7

7

Ekologiyanın inkişafının birinci dövrü hansıdır?  A)Qədimdən 1860-

cı illərə qədər B)1260-1780 C)1570-1950 D)1690-1870 E)1750-

1960


8

Ekologiyanın inkişafının hansı dövründə ekoloji biliklər botanikanın 

və zoologiyanın tərkibində verilmişdir?A)3-cü B)4-cü C)1-ci D)6-ci 

E)5-ci


9

Ekologiyanın inkişafının ikinci dövrü hansıdır?  A)1860-2010 

B)1930-2000 C)1550-1800 D)1860-1950 E)1460-1750

10

İnkişafının hansı dövründə ekologiya sərbəst elm kimi 

formalaşmışdır? A)1-ci B)3-cü C)2-ci D)5-ci E)6-cı

11

Təbii sahələrin yerində otlaqlar, biçənəklər və torpaq yollar 

yaradılması... A) modifikasiyadır B) transformasiyadır C) 

transkripsiyadır D) transplantasiyadır E) aqrosenologiyadır



12

Təbii sahələrin yerində tarlalar, su anbarları və seliteb sahələr 

yaradılması... A) aqrosenozdur B) fitosenozdur C) transformasiyadır 

D) modifikasiyadır E)hidrosenologiyadır




13

İnsanın əsas fəaliyyət meydanı aşağıdakılardan hansılardır? A) 

Aqroekosistemlər və fitosistemlər B)Hidroekosistemlər və 

aqroekosistemlər C)Monoekosistemlər və urbanoekosistemlər 

D)Poliekosistemlər və monoekosistemlər E)Aqroekosistemlər və 

urbanoekosistemlər



14

Ətraf mühitin çirkləndirilməsi nəticəsində insan orqanizminə daxil 

olan maddələr necə adlanır? A) Ksenobiotiklər B)Antibiotiklər 

C)Monozalar D)Triotripsinlər E)Polimerrazalar



15

Ekosistem anlayışı elmə ilk dəfə kim daxil etmişdir? A) 

C.M.Anderson B)A.Tensli C)M.Biqon D)C.Xarper E)T.Miller

16

Qida zəncirində bir trofik səviyyədən digərinə keçdikdə enerji itkisi 

təqribən nə qədər azalır? A)70%-ə qədər B)10%-ə qədər C)75%-ə 

qədər D)90%-ə qədər E)20%-ə qədər



17

Qida zəncirində hər sonrakı səviyyə əvvəlki səviyyədən nə qədər 

enerji keçirilir? A) 20%-dən artıq olmayaraq B)90%-dən artıq 

olmayaraq C)80%-dən artıq olmayaraq D)10%-dən artıq olmayaraq 

E)60%-dən artıq olmayaraq

18

Qida zəncirində 1-ci trofik səviyyədə duranlar necə adlanır A) Ət 

yeyənlər B)Ot yeyənlər C)Produsentlər D)Konsumentlər 

E)Produsentlər və konsumentlər 



19

Qida zəncirində 2-ci ya sonrakı trofik səviyyədə duranlar nece 

adlandırılır? A)Konsumentlər B)Produsentlər C)Avtotroflar 

D)Hidrofoblar E)Dendrobiontlar 



20

Biiosenozların qida zəncirində trofik səviyyələrin düzgün qeyd 

olunduğu sıranı göstərin 1.Avtotroflar 2.bitkiyeyən  formalarla 

qidalanan ətyeyənlər 3.digər ətyeyənlərlə qidalanan konsumentlkət 

4.bitki yeyən konsumentlər. A)2 4 3 1 B)4 1 2 3 C)1 3 2 4 D)3 4 1 2 

E)1  4 2 3



21

Əgər produsentin kaloriliyi 200  couldursa fitofaq tərəfindən tam 

yeyildikdə fitofaqın bədənində neçə kalori qalar ?A)300 C  B)350C 

C)200C D)280C E)1000C



22

Əgər produsentin kaloriliyi 3000  couldursa otyeyən heyvanla 

qidalanan yırtıcının  bədənində neçə kalori qalar ?A)50 C  B)60 C 

C)1000 C D)30 C E)300 C




23

Otyeyən heyvanı yemiş yırtıcı başqa yırtıcı tərəfindən yeyilərsə onun 

payına bitki qidasının kaloriliyindən neçə coul düşər (produsentin 

kaloriliyi 1000 couldur)? A)10 B)5 C)3 D)2 E)



24

Müxtəlif ekosistem tiplərində yeyilmə və detrit zəncirindən keçən 

enerji axını müxtəlifdir : 1) Su qruplaşmalarında enerjinin olduqca 

az hissəsi detrit zəncirinə qoşulur 2) Quru ekosistemlərinin 

əksəriyyətində enerjinin çoxu detrit zəncirinə daxil olur 3) Quru və 

su ekosistemlərində  enerjinin  detrit zəncirinə qoşulması bərabərdir 

4) Su quruplaşmalarında enerjinin çox hissəsi dintrit zəncirinə 

qoşulur 5)Quru ekosistemlərinin əksəriyyətində enerjinin az hissəsi 

detrit zəncirinə qoşulur A) 1 2 B)2 3 C)4 1 D)1 4 E)3 4

25

Vahid zaman ərzində produsentlər tərəfindən yaradılan üzvi kütlə 

qruplaşmanın .... A)ikinci məhsulu adlanır B)ilkin məhsulu adlanır 

C)itki kütləsi adlanır  D)məhvi deməkdir E)dekradisiyası deməkdir



26

Vahid zaman ərzində konsument tərəfindən yaradılan üzvi kütlənin 

artımı qruplaşmasının .... A)ilkin məhsulu adlanır B)üçüncü məhsulu 

adlanır C)ikinci məhsulu adlanır.  D)itki faizi adlanır E)gözlənilən 

məhsul adlanır

27

Əgər konsument tərəfindən enerjinin sərfi sürəti bitkinin artım 

sürətindən geri qalarsa nə baş verər ? 1)Produsentlərin kütləsi 

getdikcə çoxalar 2)üzvi maddələrin artığı yaranar 3) Bataqlıqlarda 

torf azalar 4) bataqlıqlar torflaşar 5) meşədə qalın meşə döşəyi 

yaranar 6) kiçik su hövzələrində su bitkiləri azalar. 7) kiçik su 

hövzələrində su bitkiləri ilə örtülər A) 1 2 4 7 5. B)2 3 5 7 C)3 5 6 1 

D)1 2 3 6 E)5 3 6 2 1 



28

Ekosistemin bütün canlı komponentləri verilmiş cavabı göstərin ? 

A)ağaclar, kollar, otlar B) produsentlər, konsumentlər,, redusentlər 

C)detrit, konsumentlər,redusentlər D)konsumentlər, redusentlər, 

heyvanlar E)bitkilər, heyvanlar, insanlar



29

Ekoloji piramidanın üç əsas tipi hansılardır ? A)say piramidası,yırtıcı 

piramidası, şikar piramidası B)yığım piramidası, kəmiyyət 

piramidası,faiz piramidası C)itki piramidası,məhsul piramidası, 

yırtıcı piramidası D)say piramidası,biokütlə piramidası,,məhsul 

piramidası E)enerji piramidası, faiz piramidası , itki piramidası



30

Vahid zamanda hər özündən əvvəlki trofik səviyyədə biokütlənin və 

ya enerjinin miqdarı özündən sonrakılarla müqayisədə... A)azdır 

B)bərabərdir C)çoxdur. D) minimaldır E)2 dəfə azdır



31

Sukalıq tsikillər hansı iqlimdə daha kəskin keçir? A) gündüz və gecə 

temperaturları arasında böyük fərq olan iqlim şəraitində. B) gündüz 

və gecə temperaturları bərabər olan yerlərdə C) günəşin daha çox 

qızdırdığı yerlərdə D)küləyin daha çox əsdiyi yerlərdə E) 

temperaturun daha soyuq olduğu şəraitdə



32

İlin əlverişsiz dövürlərində bir sıra növlər yaxşı yaşayış şəraiti olan 

rayonlara miqrasiya edir.Bu nə ilə əlaqədardır? A)sutkalıq tsikillə 

B)növlərin sıxlığı ilə C) qidanın normadan çox olması ilə  

D)mövsumi tsikillə . E)növlər arası rəqabətlə

33

Ekosistemlərdə tsiklik dəyişmənin hansı formaları var? 1 növ 

dəyişməsi 2. tip dəyişməsi 3. sutkalıq tsikllər 4. mövsumi tsikllər 

5.çoxillik tsikklər 6.qida tsikkli A)3 4 5. B)1 6 3 4 C)5 6 4 D)1 2 E)4 

6 3

34

F.Klementse görə kompleks iqlim şəraitinə daha çox adaptasiya 

olunan qruplaşmaların formalaşması ilə başa çatan nədir A)mövsumi 

tsikllər B) sutkalıq tsikllər  C)suksesiyalar. D)deqresiyalar 

E)reqresyalar

35

Canlı orqanizmlərin fəaliyyəti ilə dəyişməməş substratda başlayan 

aşağıdakılardan hansıdır A)ilkin suksesiyalar. B)ikinci suksesiyalar 

C)miqrasiyalar D)adaptasiyalar E)ilkin mutasiyalar



36

Əvvəlcədən canlı orqanizmlər kompleksinin fəaliyyəti ilə dəyişilmiş 

substratda inkişaf edən aşağıdakılardan hansıdır? A)ilkin 

aramorfozlar B)ilkin suksesiyalar C) ikinci suksesiyalar. D)ikinci 

mutasiyalar E)ilkin idioadaptasiyalar



37

Təbiətdə maddələrin dövranının bu formasında maddələr 

mübadiləsinin simvolu dairə deyil, spiraldır .Düzgün cavabı göstərin 

A) Hidrik suksesiyalar B)ikinci suksesiyalar C) maddələrin 

biokimyəvi dövranı D)maddələrin miqrasiyası E) təbiətdə 

maddələrin böyük dövranı. 



38

Biosferin həyatı üçün əsas sayılan və həyatının yaradıcısı olan proses 

hansıdır A)maddələrin kiçik dövranı. B)maddələrin böyük dövranı 

C)maddələrin dərin qatlara miqrasiyası D) maddələrin 

transformasiyası E)üzvi maddələrin biosintezi

39

Ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir 

vasitəsi ilə yerinə yetirilir. Bu hansı prosesdir? A) kiçik dövran B) 

böyük dövran C) bioloji dövran. D)qida zənciri E)məhsul zənciri



40

Maddələrin kiçik (biogeokimyəvi)dövranında hansı hissələr ayırd 

edilir ? A)ehtiyat və mübadiulə fondu. B)məhsul və enerji fondu 

C)enerji və ehtiyat fondu D)məhsul və mübadilə fondu E)mübadilə 

və enerji fondu 

41

Maddələri biogeokimyəvi tsiklində iştirak edən ən mühüm biogen 

elementlər olmayan hansılardır? A)Ca, Cu,.H,Cl, K B)Cu,Cl,Fe,P,S 

C)O, Na,Cl,C ,N D)S,Ca,Zn,Mg,Ba E)O,C,Ca,S,Cl



42

Tükənən təbii ehtiyatlar aşağıdakı qruplara bölünür: 1) yenidən 

bərpa edilməyən faydalı qazıntılar 2)bərpa edilən təbii sərvətlər 

3)qismən bərpa edilən təbii sərvətlər 4) bərpa edilən faydalı 

qazıntılat 5)öz-özünə bərpa olunan faydalı qazıntılar A) 1 4 5 B)2 3 

4 C).1 2 3 D)1 3 5 E)2 3 4



43

Tükənməyən təbii ehtiyatlar aşağıdakı qruplara bölünür: 1) kosmik 

(günəş radiasiyası,dəniz qabarmalarının enerjisi) 2) torpaq 

ehtiyatları3)meşə ehtiyatları (ağ və kollar)4) iqlim (atmosfer havası, 

külək enerjisi) 5)su   A) 2 3 4 B)1 3 5 C)1 2 4 D)1 4. 5 E)2 3 5

44

Faktorlar tərkib hissəsinə görə hansı qruplara ayrılır? A)edafik, 

biotik ,kimyəvi B)fiziki ,abiotik,antropogen C)kimyəvi, fiziki,biotik 

D)antropogen, edafik, kimyəvu E) abiotik,, biotik , antropogen




45

Abiotik faktorlar aşağıdakı qruplara bölünür? A)fiziki, bioloji, 

kimyəvi B) coğrafi, kimyəvi,energetik C)fIziki, kimyəvi , edafik 

D)antropoloji, fizioloji, mexaniki E)fizioloji, coğrafi, fiziki



46

Biotik faktorların əmələ gəlməsi hansı əsas səbəblərdən yaranır? A) 

qida əlaqəsi, sahə əlaqəsi, reprepooduktiv əlaqə B)kimyəvi,fiziki və 

bioloji əlaqələr C)mexaniki,fizioloji və astronomik əlaqələr D) qida , 

kimyəvi fiziki əlaqələr E)qida , sahə, mexaniki, kimyəvi əlaqələr

47

Antropogen faktorlar aşağıdakı qruplara ayrılır: 1) insanın digər 

canlılara birbaşa təsiri 2) insanın digər canlılara onların yaşama 

çəraitini dəyişdirməklə etdiyi təsir 3) digər canlıların insana bir başa 

təsiro 4) digər canlıların insana dolayı etdiyi təsir 5) insan heç bir 

canlıya təsir etmir A)2 5 B)1.2 C)1 3 D)2 4 E) 4 5



48

Canlıların təbii şəraitinin antropogen "təkamülü" hansı əsas 

mərhələlər keçir ?             A)Transkripsiya , transformasiya B) 

Mutasiya, modifikasiya       C)Modifikasiya,transkripsiya                        

D) Transformasiya,mutasiya  E)Modifikasiya,.transformasiya

49

Orqanizmin ətraf mühitindən tələbləri hansı şərtlərlə ölçülür ? A) 

minimal və maksimal ekoloji tələb B)fiziki və kimyəvi ekoloji tələb 

C)coğrafi və fiziki ekoloji tələb D)minimal və bioloji tələb 

E)maksimal kimyəvi tələb

50

Bitkilərin məhsuldarlığı və onun stabilliyi torpaqda bol olan qida 

maddələrindən yox, minimal miqdarda olan qida maddələrindən 

asılıdır.Bu əsas qanundur? A)mahsuldarlıq qanunu  B)Y.Libiz. 

qanunu C)Maksimal tələb qanunu D) Belə bir qanun yoxdur 

E)B.Şerford qanunu



Yüklə 37,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə