Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə19/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

VI-I fəsil83
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı


Maddə 50-1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının məcburiliyi


50-1.1. Satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir. 84
50-1.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan hallar səbəbindən tender baş tutmamış hesab edildikdə, bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan satınalma predmeti üzrə satınalan təşkilat digər sahibkarlıq subyektlərinin də iştirakını nəzərdə tutan tender keçirə bilər. Satınalan təşkilatın bu barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır.
50-1.3. Bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan halda satınalan təşkilat tərəfindən tenderin açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə və (və ya) elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda onu əsaslandıran səbəblər və şərtlər göstərilməklə bu barədə qərar qəbul etməlidir. Satınalan təşkilatın bu barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır.
50-1.4. Satınalma müqaviləsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimal məbləğdən aşağı olan satınalmalara bu Qanunun 50-1.1-ci maddəsinin tələbləri tətbiq edilmir.
50-1.5. Bu Qanunun 50-1.1-ci maddəsinin tələbləri məxfi məlumatlar ilə əlaqədar satınalmalara şamil edilmir.


Maddə 50-2. Dövlət satınalmalarının vahid internet portalı


50-2.1. Dövlət satınalmalarının vahid internet portalı aşağıdakıları təmin etməlidir:
50-2.1.1. elanın dərc edilməsini; 85
50-2.1.2. malgöndərən (podratçı) tərəfindən tenderdə iştirak etmək üçün bu Qanunun 28-ci maddəsində nəzərdə tutulan sənədlərin satınalan təşkilata təqdim edilməsini (satınalan təşkilat özü həmin sənədlər barədə məlumatları bu Qanunun 50-2.2-ci maddəsində göstərilən qaydada əldə edə bilmədikdə);
50-2.1.3. tenderdə iştirak haqqının ödənilməsini; 86
50-2.1.4. malgöndərənin (podratçının) iddiaçı kimi qeydiyyatdan keçməsini;
50-2.1.5. iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən (podratçı) üçün elektron kabinetin yaradılmasını;
50-2.1.6. satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsinin və sənədlərin təqdim olunmasını;
50-2.1.7. tender təkliflərinin və qiymət kotirovkalarının təqdim olunmasını; 87
50-2.1.8. tender təklifinin təminatının verilməsini;
50-2.1.9. tender komissiyasının virtual iclaslarının keçirilməsini;
50-2.1.10. tender təkliflərinə və qiymət kotirovkalarına baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini; 88
50-2.1.11. satınalma müqaviləsinin elektron qaydada bağlanmasını, həmin müqavilənin və satınalmanın nəticələrinə dair digər sənədlərin yerləşdirilməsini; 89
50-2.1.12. bu Qanunla nəzərdə tutulmuş hallarda bildirişlərin elektron qaydada göndərilməsini;
50-2.1.13. tenderin əsas şərtlər toplusunun, kotirovka sorğusu şərtlərinin, dövlət satınalmaları tənzimləyən normativ hüquqi aktların, satınalma müqaviləsinin, habelə onun standart şərtlərinin və digər sənədlərin yerləşdirilməsini; 90

Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə