Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə21/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

ƏLAVƏ MÜDDƏALAR


Maddə 51. Satınalma müqaviləsinin qiymətində dəyişiklik92


51.1. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Bu maddəyə əsasən satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi rəsmi müraciətlərə 10 bank günü müddətində baxılır. 93
51.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.


Maddə 52. Tender qalibinin iflasa uğraması

52.1. Tender qalibi iflasa uğradıqda satınalma müqaviləsi ləğv olunmuş sayılır.


52.2. İflasa uğramış tender qalibinin hüquq varisi varislik hüququnu aldıqdan sonrakı 10 bank günü ərzində tender qalibinin satınalma müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında satınalan təşkilata yazılı müraciət edərsə, həmin müqavilənin şərtləri əsas götürülməklə, satınalan təşkilatla tender qalibinin varisi arasında malların (işlərin və xidmətlərin) satın alınmasının başa çatdırılması haqqında yeni müqavilə bağlanır.
52.3. İflasa uğramış tender qalibinin hüquq varisi varislik hüququnu aldıqdan sonrakı 10 bank günü ərzində tender qalibinin satınalma müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında satınalan təşkilata yazılı müraciət etməzsə, satınalan təşkilatın tender qalibinə hər növ borcu, əgər varsa, ləğv olunmuş sayılır. Bu halda satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınması üzrə yeni tender keçirə bilər.


Maddə 53. Sığorta

53.1. Dövlət vəsaiti hesabına həyata keçirilən satınalmalar Azərbaycan Respublikasının qanunvericilik aktlarında və normativ hüquqi sənədlərində nəzərdə tutulmuş qaydada sığortalanır.


53.2. Satınalan təşkilat sığortanı məcburi sayırsa, bunu tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsində əks etdirməlidir.


Maddə 54. Satınalmanın sənədlər toplusu

54.1. Hər bir satınalma üzrə satınalan təşkilat tərəfindən sənədlər toplusu hazırlanır. Satınalmanın sənədlər toplusuna aşağıdakılar daxil edilir:


54.1.1. satınalmanın keçirilməsi haqqında satınalan təşkilatın təsdiq edilmiş qərarı;
54.1.2. satınalmanın keçirilməsi haqqında elanın dərc edildiyi qəzetlərin və əgər varsa, reklam və bildiriş tipli materialların nüsxələri;
54.1.3. tenderin əsas şərtlər toplusu və ya təkliflərin, ofertaların, kotirovkaların cəlb edilməsinə dair sənədlər toplusu;
54.1.4. bütün iddiaçıların satınalma prosedurlarında iştirak haqqında müraciətləri, iştirak haqqını ödəmələri barədə bank sənədləri (bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar istisna olmaqla), tenderə təqdim etdikləri təkliflər; 94
54.1.5. satınalmanın nəticələri haqqında tender komissiyasının yekun protokolu və tender prosedurlarına dair digər protokollar;
54.1.6. bağlanan satınalma müqavilələri;
54.1.7. satınalma müqaviləsi uzunmüddətlidirsə və ya mərhələlərlə həyata keçirilirsə, icrasının gedişi haqqında mütəmadi məlumatları;
54.1.8. satınalan təşkilatla malgöndərən (podratçı) arasında satınalma müqaviləsinin icrası və mübahisəli məsələlərin həlli ilə əlaqədar sənədlər;
54.1.9. tender xərclərinin ödənişi ilə bağlı sənədlər;
54.1.10. satınalma müqaviləsinin tam yerinə yetirilməsi haqqında satınalan təşkilatla malgöndərənin (podratçının) birgə aktı.
54.2. Satınalmanın sənədlər toplusu satınalmanın keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən yığılmağa başlanır və satınalma müqaviləsi tam yerinə yetirildikdən sonrakı 20 bank günü ərzində bitirilir və 5 il ərzində satınalan təşkilatda saxlanılır, sonra müəyyənləşdirilmiş qaydada arxivə verilir.

VIII fəsil



Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə