fikirləşdim ki, bu məhz həmin, uzun müddət gözlədiyim andır!
Mənimçün çox gözəl bir fürsət idi və mən məhz belə bir
məqamı gözləyirdim.
Otağa girib Şahru xalamı çağırdım:
-
Xala, sənə sözüm var...
O, mənə acıqlı-acıqlı baxaraq:
-
Nədi, Varis? - soruşdu.
- Lütfən, bura gəl... - Xalam qapıdan çıxan kimi səfirin bizi
görməyəcəyinə əmin olduqdan sonra sevincqarışıq bir
həyəcanla onun qolundan yapışdım. - Lütfən, yalvarıram, ona
de ki, məni aparsın. Mən onun qulluqçusu ola bilərəm.
Xalam üzümə baxdı, bu zaman üzündəki incikliyi hiss
etdim. Lakin güclü, iradəli uşaq olduğumdan onun mənimçün
nələr etdiyini yox, yalnız öz istəyimin yerinə yetməsini
fikirləşirdim.
- Sən?! Sənin ki heç nədən başın çıxmır. Londonda nə
edəcəksən?
- Mən təmizliklə məşğul ola bilərəm! Xala, nə olar, ona de
məni aparsın! Mən GETMƏK istəyirəm!
-
Heç ağlım kəsmir. Zəhləmi tökmə, get işinlə məşğul ol.
Otağa qayıdıb yeznəsinin yanında oturdu. Sonra astaca
dediyini eşitdim: “Bəlkə onu aparasan? Bilirsən, o təmizlik
işlərini çox yaxşı bacarır...”
Xalam məni otağa çağırdı, mən isə həvəslə qapıya
yaxınlaşdım. Əlimdə lələkli tozalan, saqqız çeynəyə-çeynəyə
qapının ağzında dayandım.
-
Mən Varisəm. Siz xalamın ərisiniz, elə deyilmi?
Səfir qaşqabağını tökərək:
-
Bəlkə ağzındakı saqqızı çıxardasan? - dedi.
downloaded from KitabYurdu.org
95
Mən saqqızı ağzımda yumrulayaraq küncə tüpürdüm. O,
Şahru xalanın üzünə baxıb:
-
Bu qızı deyirsən? Oy, yox, yox, - başını buladı.
- Mənim tayım-bərabərim yoxdur. Təmizləyə bilirəm, bişirə
bilirəm, hətta uşaqlara da baxıram!
-
Əminəm ki, dediyin kimisən.
Üzümü xalama tutaraq:
-
Ona de, - yalvardım.
-
Varis, bəsdir, gedə bilərsən.
-
Ona de ki, məndən yoxdur!
- Varis! Şşş!.. - Sonra üzünü səfirə tutaraq: - Hələ uşaqdır,
amma, həqiqətən, zəhmətkeşdir. İnan mənə, o işin öhdəsindən
gələr...
Məhəmməd dayı üzümə ikrahla baxaraq sakitcə oturmuşdu.
- Yaxşı, qulaq as, sabah səni aparacağam. Oldumu? Sabah
günorta pasportunu da gətirib gələcəyəm, sonra Londona
gedəcəyik.
6 İtalyan mətbəxində xəngəli xatırladan xəmir xörəyi
8.
UZU LONDONA
London! London haqqında heç nə bilmirdim, amma adı
qulağıma xoş gəlmişdi. Harada olduğunu da bilmirdim, bir onu
bilirdim ki, çox uzaqdadır. Mənim olmaq istədiyim qədər
uzaqda... Bu sanki dualarıma verilən cavab - gerçəkləşə biləcək
ən şirin xəyal idi! Qulaqlarıma inanmayaraq xalamdan
soruşdum: “Xala, mən, doğrudan, gedirəm?”
O, əsəbi tərzdə barmağını silkələyib: “Kəs səsini. Yenə
başlama”, - dedi. Üzümdəki həyəcanı gördükdə isə
gülümsəyərək: “Yaxşı. Bəli, sən, həqiqətən də, gedirsən”, -
əlavə etdi.
downloaded from KitabYurdu.org
Sevincimdən
yerə-göyə
sığmayaraq axşam yeməyi
hazırlayan xalam qızı Fatimənin yanma qaçdım.
-
Mən Londona gedirəm! Londona gedirəm!
- qışqıra-qışqıra mətbəxdə oynamağa başladım.
- Nə? London?! - O, oynayan vaxt qolumdan yapışıb izahını
istədi. Fatimə qulaqlanna inanmayaraq: - Sən ağ
olacaqsan... - dedi.
-
Nə dedin?
-
Sən ağ olacaqsan, bilirsən də... ağ.
Onun nə danışdığını başa düşmürdüm. Həyatımda heç vaxt
ağ insan görməmişdim və ümumiyyətlə, belə insanların
varlığından xəbərsiz idim. Amma onun iradı məni qətiyyən
narahat etmədi. “Danışma, lütfən. Sadəcə, Londona sən deyil,
mən gedirəm deyə paxıllığın tutur!” - əda ilə deyərək
oynamağa davam etdim. Sanki yağışın yağdığını bayram
edirəmmiş kimi əl çalır, atılıb-düşür, mahnı oxuyurdum: “Mən
Londona gedirəm! Oh-eey - mən Londona gedirəm!”
“Varis!” - Şahru xala hədələyici səslə çağırdı.
Həmin axşam xalam məni səfərə çıxmaq üçün geyindirdi.
Bu arada ilk dəfə ayaqqabım da oldu - əla dəri səndəllər!
Təyyarədə onun verdiyi uzun, əlvan rəngli, üstündən xələti da
olan donumu geyinmişdim. Yüküm yox idi, çünki Məhəmməd
dayı məni aparmağa gələndə əynimdəki paltardan başqa heç
nəyim yox idi.
Evdən çıxanda Şahru xalanı, Fatiməni, o biri xalam
uşaqlarını qucaqlayıb öpdüm. Fatimə mənə qarşı çox mehriban
olduğundan onu da aparmaq istəyirdim, amma bilirdim ki,
orada yalnız bir adama iş var idi və bu işə məni seçdikləri üçün
çox xoşbəxt idim. Məhəmməd dayı pasportumu mənə verdi,
downloaded from KitabYurdu.org
97
ona maraqla baxmağa başladım. Bu, mənim ilk rəsmi sənədim
idi, çünki o vaxta kimi nə doğum haqqında şəhadətnaməm, nə
də ki üstündə adım yazılan bir kağız olmuşdu. Maşına
minərkən özümü vacib adam hiss etdim və ailəyə əl yelləyərək
sağollaşdım.
O günə kimi səhrada keçiləri otararkən arabir başımın
üstündən
ötən
təyyarələri
görmüşdüm
və
onlann
mövcudluğundan xəbərim var idi. Əlbəttə ki, Moqadişuda
mindiyim təyyarə qədər yaxından görməmişdim. Məhəmməd
dayı ilə aeroporta getdik, təyyarəyə çıxan qapıya yaxınlaşanda
dayandıq. Uçuş zolağında Afrika günəşinin şəfəqləri altında
parlayan
Britaniya
təyyarəsinin
nəhəngliyini
görüb
heyrətlənmişdim. Bu vaxt Məhəmməd dayının burnunun
altında nəsə danışdığını eşitdim: “...Məryəm xalan səni
Londonda gözləyir, mən də bir neçə günə gələcəyəm.
Getməzdən əvvəl burada bir balaca işim var”.
Təəccübdən gözlərim ona zilləndi, ağzım açıq qaldı. O,
təyyarə biletini ovcuma basdı.
- Varis, biletini, pasportunu itirmə! Bunlar çox vacib
sənədlərdir, muğayat ol!
- Sən gəlmirsən? - bu, dilim topuq çala-çala deyə bildiyim
tək kəlmə oldu.
-
Yox, mən bir neçə gün də burada qalmalıyam,
- o, hövsələsiz şəkildə cavab verdi.
Tək getməyə qorxduğumdan ağlamağa başladım. Artıq
Somalidən çıxmağım qaçılmaz idi və başıma gələnlərdən sonra
bunun yaxşı bir nəticəsi olacağına əmin deyildim. Bütün
çətinlikləri ilə Somali mənim vətənim idi, məni qarşıda nələrin
gözlədiyi isə tamamilə sirr idi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |