-
Neylədi ki?
-
Üzümə toxunmağa çalışdı. Pıçıltı ilə adımı çağırdı.
-
Oh, yox. Əminsən? Yuxu görmürdün ki?
- Yaxşı görək! Onunla tək qalan kimi üzündəki ifadəni,
mənə necə baxdığını görürəm. Bilmirəm neyləyim.
- Zibil, ZİBİL! Kriket ağacını, ya da süpürgəni çarpayının
altına qoy. Yox, mətbəxdən oxlovu götür, yorğanının altında
gizlət, gecə otağına girəndə başına vur! Bir də bilirsən neylə?
Qışqır. Var gücünlə qışqır ki, hamı eşitsin.
Allaha çox şükür ki, bu qız mənim tərəfimdə idi.
Bütün günü dua edirdim: “Nə olar, qoy bir daha təkrar
etməsin, İlahi, məni belə dəhşətli şey eləməyə məcbur etmə”.
Evdə qanqaralıq yaratmaq istəmirdim. Özünü təmizə
çıxartmaq üçün valideynlərinə yalan deyəcəyindən, onlann da
məni evdən qovacaqlarından çox qorxurdum. Sadəcə, bu
hərəkətlərinə son qoymasını istəyirdim - heç bir oyununu, heç
bir zarafatını, axşam otağıma gəlmələrini, əllərini üzümə
toxundurmasını istəmirdim. Lakin hisslərim mənə dualarım işə
yaramadığı halda “döyüşə hazır ol” deyirdi.
Həmin axşam mətbəxdən oxlovu götürüb çarpayımın altında
gizlətdim. Şükrə yuxuya gedəndən sonra yanıma qoydum və
əlimi çəkmədim. Əvvəlki gecə olduğu kimi Hacı evə yenə gecə
təxminən üçdə gəldi, qapının ağzında bir anlıq dayandı və
işığın eynəklərində necə parıldadığını gördüm. Gözaltı
xəlvətcə ona baxa-baxa sakitcə uzanmışdım. İçəri keçib
yatağıma yaxınlaşdı, balışımın üstünə əyildi və qoluma
toxunmağa başladı. Nəfəsindən elə pis viski iyi gəlirdi ki, az
qala qusacaqdım, lakin tüküm də tərpənmirdi, sakitcə
dayanmışdım. Sonra o, çarpayımın yanında dizi üstə dayanaraq
downloaded from KitabYurdu.org
127
yorğanın qırağını tapmağa çalışdı və əlini içəri salaraq qıçıma
toxundu. Əlini budumdan yuxan sürüşdürərək alt paltarıma
doğru apanrdı.
“Eynəyini sındırmalıyam, - fikirləşdim, - bu, onun otağıma
girdiyinə sübut olar”. Oxlovu əlimdə bərk sıxaraq var gücümlə
üzünə vurdum. Gecənin sakitliyində əvvəlcə möhkəm tappıltı
eşidildi. Bu an qışqırmağa başladım: “Rədd ol otağımdan,
alçaq, oğraş!”
Şükrə yerindən dik atıldı, ağlayaraq soruşdu: “Nə olub?”
Bir-iki saniyə içində evin hər tərəfindən ayaq səsləri eşidildi.
Hacının
eynəyini
sındırdığımdan
öz
otağına
iməkləyə-iməkləyə qayıtmalı olmuş və elə paltardaca yatağına
girib özünü yuxululuğa vurmuşdu!
Bəsma gəldi və işığı yandırdı. Əlbəttə, onun hadisədən
xəbəri var idi, amma özünü bilməməzliyə qoyaraq: “Burada nə
baş verir?” - soruşdu.
Şükrə izah etdi: “Hacı burada idi, yerdə iməkləyirdi!”
Məryəm xala xələtinə bürünərək otağa girdi. Onu görəndə
qışqırdım: “Xala, o mənim otağıma girmişdi! Dünən də
girmişdi! Mən də onu vurdum!” Hacının eynəyinin sınıqlarını
ona göstərdim.
O, ciddi bir səslə dedi: “Şşşş. Bu barədə eşitmək belə
istəmirəm, indi yox. Hər kəs öz otağına qayıtsın. Yatın!”
10.
AZADLIQ
Hacının üzünə oxlovla vurduğum o gecədən sonra evdə heç
kim o hadisə haqqında bir kəlmə də olsun danışmadı. Hiss
etdiyim böyük bir dəyişiklik olmasaydı, fikirləşə bilərdim ki,
onun gecələr otağıma girməsi, sadəcə, pis yuxu olub. Artıq
Hacı ilə dəhlizdə üz-üzə gələndə o, mənə şorgöz-şorgöz
downloaded from KitabYurdu.org
baxmırdı. O ifadə aşkar nifrətlə əvəz olunmuşdu. Dualarım
yerinə yetdiyi və həyatımın bu acı, iyrənc dönəmi başa çatdığı
üçün çox xoşbəxt idim. Lakin tezliklə bu xoşbəxtlik başqa bir
narahatlıqla əvəz olundu.
Məhəmməd dayı elan etdi ki, bir neçə həftədən sonra ailə
Somaliyə qayıdacaq. Onun dördillik səfirlik müddəti başa
çatmışdı və biz artıq Somaliyə qayıtmalı idik. Londona
çatdığım ilk gün dörd il mənə bir ömür qədər uzun
görünmüşdü, amma indi inana bilmirdim ki, artıq dörd il keçib.
Bədbəxtlikdən, Somaliyə geri dönməyə heç də həvəsli
deyildim. İngiltərə kimi varlı bir ölkədən qayıdan bütün
afrikalılann arzuladığı kimi, mən də evimizə zəngin və uğur
qazanmış biri kimi dönmək istəyirdim. Somali kimi kasıb
ölkələrin vətəndaşları daim ölkədən çıxmaq üçün yollar axtarır,
pul qazanaraq ehtiyac içində olan ailələrinə kömək etmək üçün
Səudiyyə Ərəbistanı, Avropa, Amerika kimi yerlərə pənah
apanrlar.
Dörd il xaricdə yaşadıqdan sonra evə dönürdüm, amma heç
nə ilə! Evə qayıdanda nə deyəcəyəm? Anama deyəcəyəm ki, bu
illər ərzində vur-tut pasta bişirməyi öyrənmişəm?! Dəvələrin
yanma qayıtdıqdan sonra, çətin ki, bir də pasta görəm. Yoxsa
atama
tualeti
necə
sürtüb
təmizləməyi
öyrəndiyimi
danışacağam?! Atam soruşacaq ki, nəə, tualet nədir? Amma
onun başa düşə biləcəyi universal bir söz var - pul. O pul ki,
ailəmin ən xırda ehtiyacları üçün belə heç vaxt olmayıb.
Xalamla əri Somaliyə qayıtmağa hazırlaşanda lap cüzi olan
maaşımdan çətinliklə qəpik-quruş toplaya bilmişdim. Arzum
isə anama bir ev - sağ qalmaq üçün köç etmədən və çox
işləmədən, daimi yaşaya biləcəyi bir yer - almaqdan ötrü lazımi
downloaded from KitabYurdu.org
129
qədər pul toplamaq idi. Bu, əslində, o qədər də əlçatmaz arzu
deyildi, çünki mübadilə məzənnəsi ilə cəmi bir neçə min
dollara Somalidə ev almaq mümkün idi. Bu məqsədimə çatmaq
üçün İngiltərədə qalıb pul yığmaq istəyirdim. Çünki bilirdim
ki, getsəydim, bir də heç vaxt qayıda bilməyəcəkdim. Bunu
necə edəcəyimi bilməsəm də, içimdə dərin bir inam hissi var idi
ki, xalamın ailəsində qul kimi işləməkdən canımı qurtara
bilsəm, hər şey yolunda gedəcək. Deyəndə ki, qalmaq
istəyirəm, qətiyyən razılaşmadılar. Xalam acıqlanaraq dedi:
“Burada qalıb nə qələt eləyəcəksən? On səkkiz yaşlı bir qız
evsiz, pulsuz, işsiz, iş icazəsi olmadan, ingilis dilini bilmədən
nə edə bilər? Lap gülməlidi! Yox, bizimlə gedirsən!”
Yola düşəcəyimiz gün bəlli idi. Həmin vaxtdan xeyli əvvəl
Məhəmməd dayı hamımıza iki şeyi yaddan çıxartmamağı
tapşırmışdı: yola düşəcəyimiz günü və pasportlarımızın
qaydasında olduğuna əminlik. Mən də onun tapşırığına əməl
etdim - cəld pasportumu mətbəxə aparıb plastik torbaya
qoydum, ağzını yaxşıca bağladım və bağda basdırdım.
Moqadişuya yola düşəcəyimiz son gecə pasportumu tapa
bilmədiyimi elan etdim. Planım çox sadə idi. Pasportum
olmasaydı, məni apara bilməyəcəkdilər. Məhəmməd dayı
şübhələnərək soruşmağa başladı: “Varis, pasportun harada ola
bilər? Səncə, axırıncı dəfə onu hara qoymusan?” O, təbii ki, bu
sualların cavabını bilirdi, çünki Londonda olduğum dörd il
ərzində az hallarda evdən çıxmışdım.
Üzümdə ciddi bir ifadə ilə dedim: “Bilmirəm - bəlkə də evi
təmizləyərkən təsadüfən tullamışam”. O, hələ də səfir idi və
istəsəydi, mənə kömək edə bilərdi. Hələ də ümid edirdim ki,
qalmağı necə çox istədiyimi başa düşəcək və məni zorla
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |