Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

dördüncü mərtəbədəki otağıma qalxdım. 
Həmin  günü  anlaqsız  halda  kiçik  xalam  qızı  ilə 
bölüşdüyümüz  balaca  otaqda  kənarlan  pərdəli  çarpayımda 
uzanıb qaldım. Aman və Ağsaqqal ikisi də ölüb! Bu, necə ola 
bilərdi?  Evdən  ayrılaraq  bacım  və  qardaşımla  bir  yerdə  vaxt 
keçirmək  imkanını  əldən  buraxmışdım  və  indi  ömrüm  boyu 
onları bir daha görə bilməyəcəkdim. Aman ailəmizdə ən güclü, 
ən iradəli, Ağsaqqalsa ən ağıllı uşaq idi. Onlann ölə biləcəyini 
heç kim fikirləşməzdi. Onlar ölübsə, gör ailəmizin yerdə qalan, 
nisbətən bacarıqsız uşaqlarını nə gözləyir? 
O axşam qərara gəldim ki, daha əziyyət çəkmək istəmirəm. 
Atamdan  qaçdığım  o  səhərdən  bəri  həyatımda  heç  nə  ümid 
etdiyim  kimi  olmayıb.  Ondan  iki  il  sonra  isə  dəhşətli  şəkildə 
ailəmin  iki  ən  yaxın  adamını  itirdim  və  onlann  əbədilik 
yoxluğuna dözə biləcəyimi zənn etmirdim. Mətbəxə düşdüm, 
siyirməni çəkdim və qəssab bıçağına oxşayan bıçağı götürərək 
yenidən  yuxarı  qalxdım.  Çarpayımda  uzanaraq  bıçağı  özümə 
toxundurmaq üçün cəsarət toplamağa çalışırdım, amma anam 
ağlımdan çıxmırdı. Yazıq Mama! Bu günlərdə mən iki doğma 
insanımı  itirib  dözə  bilmirəm,  o  isə  üç  övladının  itkisinə 
dözməli  olacaq.  O,  bu  zülmə  layiq  deyildi,  beləcə,  bıçağı 
yanımdakı  masanın  üstünə  qoydum  və  gözlərimi  tavana 
zillədim.  Bəsma  məni  yoxlamağa  gələndə  artıq  bıçağı 
unutmuşdum. O, bıçağı görəndə həyəcanla: “Bu nədir?! Bıçaq 
nəyinə gərəkdir?” - soruşdu. Cavab vermək istəmədim və yenə 
gözlərimi tavana zillədim. Bəsma bıçağı götürüb otaqdan çıxdı. 
Bir neçə gün sonra xalam yenə məni çağırdı: “Varis! Aşağı 
düş...” Özümü eşitməzliyə vurub yerimdən durmadım. “Varis! 
Aşağı gəl...” Aşağı düşəndə onun ayaq üstə dayanıb məni 
downloaded from KitabYurdu.org


115 
 
gözlədiyini  gördüm.  “Tez  ol!  Telefon!”  Mənə  heç  vaxt  zəng 
gəlmədiyindən bu xəbər məni təəccübləndirdi. Düzünü desəm, 
ömrümdə telefonla danışmamışdım. 

Mən? - astaca soruşdum. 
- Bəli! Bəli! - O, masanın üstündə kənara qoyulmuş dəstəyi 
göstərdi. - Onu götür, dəstəyi götür! 
Dəstəyi  əlimə  alaraq  ona  elə  baxırdım  ki,  elə  bil  məni 
dişləyəcək. Dəstəyi özümdən xeyli kənarda saxlayaraq çox asta 
bir səslə pıçıldadım: 

Bəli? 
Məryəm xala gözlərini çevirərək: 

Danış! Danış! Telefona danış! - dedi. 
O, dəstəyin düz tərəfini çevirərək qulağıma tutdu. “Salam”. 
Sonra məftunedici bir səs - anamın səsini eşitdim. 
- Mama!  Mama!  Yarəbbim,  həqiqətənmi  sənsən?  -  Yaxın 
günlər ərzində ilk dəfə idi ki, sevinirdim. 
- Mama, yaxşısan? 

Yox, mən ağacın altında yaşayıram. 
Dedi ki, Amanla Ağsaqqal öləndən sonra ağlını itirib. 
Anam  mənimlə  danışdıqca  özümü  öldürməklə  onun  kədərinə 
kədər  qatmadığıma  görə  Allaha  şükür  edirdim.  Anam  heç 
kimlə danışmaq, heç kimi görmək istəmədiyi üçün, tək olsun 
deyə  səhraya  qaçıbmış.  Sonra  səhradan  keçərək  Moqadişuya, 
ailəsinin yanma getmişdi. O hələ də orada idi və Şahru xalanın 
evindən zəng vurmuşdu. 
Mama  onların  başına  gələnləri  danışmağa  çalışırdı,  lakin 
dediklərindən  heç  nə  başa  düşmək  olmurdu.  Ağsaqqal 
xəstələnibmiş.  Afrikanın  bütün  səhra  köçərilərində  olduğu 
kimi,  bizdə  də  heç  bir  tibbi  xidmət  yox  idi,  ona  görə  də 
downloaded from KitabYurdu.org


xəstəliyin  səbəbini  və  müalicəsini  də  bilən  yox  idi.  O 
cəmiyyətdə yalnız iki anlayış var idi: yaşamaq və ölmək. Başqa 
seçim  yox  idi.  Yaşayırsansa,  deməli,  yaxşısan.  Biz  xəstəliyə 
görə  narahat  olmurduq,  çünki  həkimsiz  və  dərmansız  idik, 
əlimizdən  gələn  bir  şey  də  yox  idi.  Kimsə  öləndə  də  sağ 
qalanlara  görə  şükür  edirdik  və  həyat,  beləcə,  öz  axan  ilə 
gedirdi.  Həmişə  həyatımızı  “inşallah  fəlsəfəsi”  idarə  edirdi. 
Həyat Allahın bizə verdiyi 
bəxşişdir və ölüm onun əlindədir, biz bəndələrin isə Onun işinə 
qarışmağa haqqı yoxdur. 
Lakin  Ağsaqqal  xəstələnəndə  o,  xüsusi  uşaq  olduğu  üçün 
valideynlərim təlaşa düşüblər. Mama nə etmək lazım olduğunu 
bilməyib  və  Moqadişoya,  Amana  xəbər  göndərərək  kömək 
istəyib.  Aman  həmişə  ən  güclü  olub  və  o  nə  etmək  lazım 
olduğunu bilməliydi. Və bilib də. Aman Moqadişudan piyada 
səhra ilə yola çıxaraq Ağsaqqalı həkimə gətirmək üçün gedib. 
Ailəmin  həmin  vaxt  harada  düşərgə  saldıqları  və  şəhərə  nə 
qədər  yaxın  olduqlarını  dəqiq  bilmirəm.  Mama  Amandan 
kömək  istəyəndə  onun  səkkizaylıq  hamilə  olduğundan  xəbəri 
olmayıb.  Bacım  Ağsaqqalı  xəstəxanaya  aparanda  qardaşım 
onun qollarının arasında keçinib. Bundan şoka düşən Aman da 
bir neçə gündən sonra bətnindəki körpə ilə birlikdə ölüb. Heç 
vaxt  onlann  harada  öldüklərini  və  nə  vaxt  öldüklərini  dəqiq 
bilmədim.  Bu  hadisədən  sonra  həmişə  sakit  və  sarsılmaz 
iradəyə sahib olan anam dözə bilməyib və ailədən uzaqlaşıb. O, 
ailəmizin  dirəyi  idi,  onsuz  ailənin  qalan  üzvlərinin  həyatının 
necə olacağı fikri məni rahat buraxmırdı. Bundan da artıq məni 
ən  çox  narahat  edən  Mamanın belə çətin  vaxtında  Londonda 
oturub qalmağım idi. 
downloaded from KitabYurdu.org


117 
 
Hər  şeyə  rəğmən  həyat  davam  edirdi  və  Londonda 
yaşadığım  müddətdə  bacardığım  qədər  həyatın  dadını 
çıxarmağa  çalışırdım.  Evdə  üzərimə  düşən  vəzifələri  yerinə 
yetirir,  xalam  uşaqları  və  onların  bizə  gələn  dostları  ilə 
zarafatlaşırdım. 
Bir gecə mən Bəsmanı ilk model işimə kömək etmək üçün 
yola  gətirdim.  Londona  gəldiyimdən  bəri  məndə  geyimə 
olduqca  böyük  maraq  yaranmışdı.  Hansısa  paltarın  mənim 
olmasını  istəmirdim,  sadəcə,  onları  geyinib  yoxlamaqdan 
xoşum  gəlirdi.  Bu,  aktyorluğa  bənzər  bir  hiss  idi,  özümü 
kiminsə  yerinə  qoya  bilirdim.  Ailə  hamısı  zalda  toplaşıb 
televizora  baxanda  mən  Məhəmməd  dayının  otağına  girib 
qapını  içəridən  bağladım.  Sonra  onun  dolabını  açıb  ən  yaxşı 
kostyumlarından birini - mavi miləmil kostyumunu götürdüm, 
çarpayının  üstünə  sərdim,  ona  uyğun  hesab  etdiyim  ipək 
qalstuku,  tünd  corabları,  ağ  köynəyi  və  qara  ayaqqabıları 
yanma yığdım. Sonra hamısını əynimə geyinərək qalstuku da 
dayım kimi bağlamağa çalışdım. Ən sonda şlyapanı qoydum. 
Tam hazır olduqdan  sonra Bəsmanı axtarmağa getdim. O isə 
məni görcək gülməkdən uğundu. 
-  Get atana de ki, onu bir kişi görmək istəyir. 
-  Bu, onun paltarlarıdır? Oy, səni öldürəcək. 
-  Nolar, get de. 
Dəhlizdə dayanıb xalam qızma diqqətlə qulaq asaraq otağa 
daxil olacağım o “böyük” anı gözləyirdim. 
-  Ata, çöldə səni görmək istəyən bir kişi var. 
-  Gecənin  bu  vaxtı  kimdir,  görəsən?  -  Məhəmməd  əminin 
səsi narahatlıq ifadə edirdi. - Kimdir? Nə istəyir? Əvvəllər onu 
görmüsən? 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə