Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

Bəsma kəkələyə-kəkələyə: 
-  Mə-n, mən bilmirəm. Hə, məncə, onu tanıyırsan, - dedi. 
-  Yaxşı, ona de... 
-  Niyə özün çıxmırsan? Düz qapının ağzındadır, 
- Bəsma tez-tələsik dedi. 
-  Yaxşı, - dayım yorğuncasına razılaşdı. 
Bu,  hərəkətə  keçmək  üçün  mənə  işarə  idi.  Şlyapamı 
gözlərimin  üstünə  kimi  basdım,  əllərimi  cibimə  qoydum  və 
otağa daxil oldum. 
Bariton səslə dedim: 

Salam, məni tanımadın? 
Məhəmməd  dayı  bir  az  əyilərək  papağın  altından  güclə 
görünən  gözlərimə  baxmağa  çalışdı.  Mən  olduğumu  başa 
düşəndə  gülməkdən  uğunub  getdi.  Ona  qoşulub  bütün  ailə 
güldü. 
Məhəmməd  dayı  özünə  gələn  kimi  barmağını  silkələyə- 
silkələyə: 

İndi de görüm, məndən icazə almışdın? - soruşdu. 
- Dayı,  geyinib  baxmaq  istəyirdim,  səncə,  bu,  maraqlı 
zarafat deyil? 
-Ay Allah... 
Belə zarafatlardan  bir-iki dəfə  etmişdim. Hər dəfə dayımın 
bunu edəcəyimi gözləmədiyi uyğun bir vaxt seçirdim. Axırda o 
dedi:  “Varis,  daha  bəsdir,  mənim  paltarlarımı  geyinmə, 
oldumu?” Zarafatlarımı xoşlasa da, onun ciddi olduğunu başa 
düşdüm.  Sonralar  o,  dostları  ilə  söhbət  edəndə  gülə-gülə 
deyərdi:  “Bu  qız  otağıma  girir,  paltarlarımı  geyinir,  sonra  da 
qızım  gəlib  deyir  ki,  ata,  səni  kimsə  görmək  istəyir.  Qızıma 
inanıb məni gözləyən adamın yanma gedirəm və görürəm ki, 
downloaded from KitabYurdu.org


119 
 
bu  qız  təpədən-dırnağa  paltarlarımı  geyinib  dayanıb.  Həmin 
vaxt kaş onu görə biləsiniz...” 
Xalam  deyirdi  ki,  rəfiqələri  ona  mənim  modellikdə  özümü 
sınamağımı məsləhət görüblər. Amma bu iş xalamın heç ağlına 
batmırdı  və  cavabı  belə  olurdu:  “Um-mmm.  Biz  belə  şeylər 
etmirik.  Somalidənik  və  müsəlmanıq,  belə  şeylər  bizə 
yaramaz”.  Amma  xalam  köhnə  rəfiqəsinin  qızı  İmanın 
modellik işinə heç vaxt etiraz etmirdi. Onlar Londona nə vaxt 
gəlsələr,  Məryəm  xala  bizdə  qalmalan  üçün  təkid  edirdi. 
İmanla  söhbət  edərkən  modellik  haqqında  ilk  təsəvvürlərim 
yarandı.  Xalam  qızının  jurnallarından  İmanın  şəkillərini 
kəsərək 
balaca  otağımın  divarlarına  yapışdırmışdım. 
Fikirləşirdim  ki,  əgər  o  da  somalili  qadındısa  və  bunu  edə 
bilirsə, mən niyə edə bilməyim ki?! 
İman  bizə  gələndə  onunla  söhbət  etmək  üçün  fürsət 
axtarırdım. Ondan, sadəcə, soruşmaq istəyirdim: “Necə model 
ola  bilərəm?”  Bu  iş  haqda  lap  az  təsəvvürüm  var  idi,  amma 
qətiyyən bilmirdim ki, model olmaq üçün neyləmək lazımdır. 
O  isə  hər  dəfə  gələndə  böyüklərlə  vaxt  keçirərdi.  Xalam  və 
onun  əri  model  olmaq  kimi  cəfəng  bir  arzuya  görə  onların 
söhbətinə qarışmağımı heç vaxt qəbul etməzdilər. Nəhayət, bir 
axşam  uyğun  vaxt  tapa  bildim.  İman  öz  otağında  kitab 
oxuyurdu.  Qapını  döyərək  yatmazdan  qabaq  nəsə  lazım 
olub-olmadığını soruşdum. 
“Bəli,  bir  fincan  bitki  çayı”.  Mətbəxə  düşdüm,  onun  üçün 
çay gətirdim. Çayı çarpayının yanındakı dolabın üstünə qoyub 
söhbətə  başladım:  “Bilirsən,  otağımda  sənin  çoxlu  şəkillərin 
var.  Mən  də  sənin  kimi  model  olmaq  istəyirəm.  Səncə, 
modellik çətin peşədir? Sən bunu necə bacardın? Bu işə necə 
downloaded from KitabYurdu.org


başlamısan?” 
Ondan  nə  cavab  gözlədiyimi  bilmirdim,  bəlkə  də  ümid 
edirdim ki, məni Sinderellaya çevirəcək sehrli çubuğu var. 
Lakin model olmaq arzum inandırıcı səslənmirdi və bu, mənə 
mümkün  olacaq  fikir  kimi  görünmədiyindən  modellik 
haqqında bir daha fikirləşməməyə çalışdım. Həmin axşamdan 
sonra gündəlik ev işlərini - səhər yeməyini, naharı hazırlamağı, 
evi  təmizləməyi,  qabları  yumağı  -  əvvəlkindən  də  artıq  can- 
başla etməyə başladım. 
O  vaxt  on  altı  yaşım  olardı  və  iki  il  idi  ki,  Londonda 
yaşayırdım.  1983-cü  il  idi,  artıq  Qərb  dünyasının  zaman 
maşınına kifayət qədər uyğunlaşmışdım. 
Həmin ilin yayında Məhəmməd dayının bacısı balaca qızını 
yetim qoyaraq Almaniyada vəfat etdi. Onun qızı Sofi bizimlə 
yaşamağa  gəldi  və  dayım  onu  yaxınlıqdakı  kilsə  məktəbinə 
qoydu. Səhər işlərimə bir iş də əlavə olunmuşdu, hər gün onu 
məktəbə ötürməli olurdum. 
Sofini  məktəbə  ötürdüyüm  ilk  günlərin  birində  qədim 
binaların  arası  ilə  keçərkən  gözünü  çəkmədən  mənə  baxan 
tanımadığım  bir  adam  gördüm.  Təxminən  qırx  yaşlarında 
uzunsaçlı  və  ağdərili  bir  kişi  idi.  Mənə  baxdığını  gizlətməyə 
heç  çalışmırdı  da.  Düzünü  desəm,  sırtıq  adama  oxşayırdı. 
Sofini  məktəbin  qapısından  içəri  ötürən  kimi  yaxınlaşaraq 
ingiliscə 
danışmağa 
başladı. 
Sözsüz 
ki, 
ingiliscə 
bilmədiyimdən  onun  nə  dediyini  başa  düşmədim.  Qorxaraq 
onun heç üzünə belə 
baxmadan evə  qaçdım.  Bu,  bir müddət  belə  davam  etdi  -  hər 
gün  mən  Sofini  məktəbə  ötürür,  o  adam  mənə  yaxınlaşaraq 
nəsə deməyə çalışır, mən isə qaçırdım. 
downloaded from KitabYurdu.org


121 
 
Günortalar  Sofini  qarşılayıb  evə  gətirəndə  o,  yolboyu 
məktəbdəki  təzə  rəfiqəsindən  danışırdı.  Mənə  tamamilə 
maraqsız  olduğundan  deyirdim:  “Hə,  um-hmmm...”  Bir  gün 
Sofini götürməyə bir balaca gecikdim. Məktəbə çatanda Sofini 
başqa  bir  qızla  məktəbin  qabağında  oynayan  gördüm.  Sofi 
məni  görcək  sevinə-sevinə  yanındakı  qızı  mənə  təqdim  etdi: 
“Varis,  bu,  mənim  rəfiqəmdir”.  Uşaqların  yanında  dayanan 
adam isə artıq bir ilə yaxındır ki, məni bezdirən o uzunsaçlı kişi 
idi. 
O  adama  sarı  göz  süzdürərək  əsəbi-əsəbi  dedim:  “Hə,  gəl 
gedək”.  Lakin  həmin  adam  ingilis,  alman  və  Somali  dilində 
danışa  bilən  Sofiyə  əyilərək  nəsə  dedi.  “Gəl,  Sofi.  Uzaq  ol 
ondan!” - deyib onun qolundan yapışdım. 
Sofi çevrilib dedi: “O bilmək istəyir ki, sən ingiliscə danışa 
bilirsənmi”.  Sofi  çevrilərək  başı  ilə  yox  dedi.  Kişi  yenə  nəsə 
dedi və Sofi tərcümə etdi: “O, səndən nəsə soruşmaq istəyir”. 
Başqa tərəfə baxaraq ötkəmcəsinə dedim: “Ona de ki, onunla 
danışmaq  istəmirəm.  Rədd  olsun.  O...”  Lakin  cümləmi 
bitirmək  istəmədim,  çünki  onun  qızı  da  oradaydı  və 
dediklərimi Sofi dayanmadan tərcümə edirdi. “Yaxşı, yadından 
çıxart bu söhbəti. Gedək!” 
- deyə Sofinin əlindən tutub dartdım. 
O qarşılaşmadan bir  müddət  sonra, adəti  üzrə, yenə Sofini 
məktəbə ötürüb evə qayıtdım və yuxan mərtəbəni təmizləməyə 
başladım.  Qapının  zəngi  çalındı,  mən  çatana  qədər  Məryəm 
xala  qapını  açdı.  Pilləkənlərdən  dayanıb  baxanda  gözlərimə 
inanmadım  -  cənab  Uzunsaç  idi!  Mənim  arxamca  gəlibmiş. 
Birinci  ağlıma  gətirdiyim  şey  onun  məndən  xalama  şikayət 
edəcəyi  oldu.  Nəsə  yalan  deyəcək  -  ya  onunla  eşqbazlıq 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə