Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

etdiyimi,  ya  onunla  yatdığımı,  ya  da  nəsə  oğurladığımı... 
Xalam səlis ingilis dili ilə soruşdu: 

Siz kimsiniz? 
- Adım  Malkolm  Feyrçaylddır.  Sizi  narahat  etdiyimə  görə 
üzr istəyirəm - amma sizinlə danışa bilərəm? 
- Mənimlə 
nə 
haqda 
danışacaqsınız? 

xalam 
təəccüblənmişdi. 
Onun nə deyə biləcəyini fikirləşərək yuxarı qaçdım, lakin iki 
saniyə  keçmədən  qapının  çırpılaraq  bağlandığını  eşitdim. 
Mətbəxə tərəf gedən xalamın yanma qaçdım. 
-  Xala, o kim idi? 
- Bilmirəm - kimdirsə səni izləyərək gəlib, səninlə danışmaq 
istəyirdi, şəklini çəkmək istəyirdi. Nəsə boş-boş danışırdı. 
- Xala,  bunu  ondan  mən  istəməmişəm,  o  adamla  bir  kəlmə 
də danışmamışam! 
- BİLİRƏM!  Elə  ona  görə  də  bura  gəlmişdi!  -  Yanımdan 
keçib gedərək: - Get, işinlə məşğul ol, buna görə narahat olma
onun cavabını verdim, - dedi. 
Lakin  xalam  söhbəti  bütün  xırdalıqlarına  kimi  mənə 
danışmaqdan  boyun  qaçırdı.  Onun  belə  bərk  hirsləndiyini 
görüb fikirləşdim ki, yəqin, o adam xalama  porno şəkillərimi 
çəkmək istədiyini deyib. Baş verənlərdən çox qorxmuşdum və 
bu barədə bir də danışmadım. 
O vaxtdan sonra hər gün onu məktəbin qabağında görürdüm. 
Heç vaxt mənimlə danışmağa cəhd etmirdi, sadəcə, nəzakətlə 
gülümsəyir  və  öz  işi  ilə  məşğul  olurdu.  Bir  gün  yenə  Sofini 
götürəndə  astaca  mənə  yaxınlaşdı  və  bir  kart  uzatdı.  Onun 
üzünə  baxa-baxa  kartı  götürüb  cibimə  qoydum.  O  qayıdıb 
gedərkən  arxasınca  gözümü  qırpmadan  baxdım  və  Somali 
downloaded from KitabYurdu.org


123 
 
dilində  onu  söyməyə,  lənətləməyə  başladım:  “Rədd  ol 
başımdan, əclaf, murdar donuz!” 
Evə çatan kimi yuxarı qaçdım. Bütün uşaqların otağı yuxarı 
mərtəbədə  olduğundan  böyüklər  bura,  demək  olar  ki, 
gəlmirdilər.  Xalam  qızının  otağına  getdim  və  həmişəki  kimi 
onu kitab oxumağa qoymadım. Kartı cibimdən çıxardıb: 

Bəsma, buna bax. Bunu sənə dediyim o adam verib. 
Məni bezdirən, arxamca gələn adamı deyirəm, yadındadır? Bu 
gün bu kartı verdi. Oxu, gör nə yazılıb orada? - dedim. 

Yazılıb ki, o, fotoqrafdır. 

Necə fotoqraf? 

Şəkil çəkir. 

Bilirəm, amma necə şəkil? 
-  Yazılıb ki, “moda fotoqrafı”. 
- “Moda fotoqrafı” - hər kəlməni aramla tələffüz etdim. - O, 
paltarların  şəklini  çəkir?  Hansısa  paltarı  nümayiş  etdirərkən 
şəklimi çəkmək istəyir? 
- Bilmirəm, Varis, - köks ötürdü, - həqiqətən də, bilmirəm. 
Bilirdim ki, o, kitab oxumaq istəyir və onu bezdirirəm. Kartı 
götürüb  çarpayıdan  qalxdım  və otaqdan  çıxdım.  Daxilimdəki 
səs “kartı saxla” deyirdi və mən də onu otağımda gizlətdim. 
Xalam qızı Bəsma həmişə mənə məsləhət verməyə hazır idi 
və  o,  bunu  həvəslə  edirdi.  Qardaşı  Hacıya  görə  verdiyi 
məsləhəti üçün isə ona hədsiz minnətdaram. 
Hacının iyirmi dörd yaşı var idi və xalamın ikinci oğlu idi. O 
da  Abdulla  dayım  kimi  Londonda  universitetdə  oxuyurdu  və 
çox savadlı hesab olunurdu. Londona gəldiyim ilk gündən bəri 
həmişə  mənimlə  mehriban  davranırdı.  Mən  yuxan  mərtəbəni 
təmizləyərkən soruşardı: “Ey, Varis, hamamı təmizləyib 
downloaded from KitabYurdu.org


qurtarmısan?”  “Yox,  amma  getmək  istəyirsənsə  get,  sonra 
təmizləyərəm”, - cavab verərdim. 
“Yox...  Sadəcə,  bilmək  istəyirdim  ki,  sənə  kömək  lazım 
deyil ki?” Yaxud da deyərdi: “Nəsə içməyə düşürəm, səninçün 
də  gətirim?”  Onun  qayğıma  qalması  çox  xoşuma  gəlirdi.  Biz 
tez-tez söhbət edir, zarafatlaşırdıq. 
Bəzən hamamdan çıxanda o düz qapının ağzında dayanar və 
məni  keçməyə  qoymazdı.  Yanından  keçməyə  çalışanda 
qabağımı kəsərdi. “Yolumdan çəkil, axmaq”, - qışqıraraq onu 
kənara itələyəndə isə gülərdi. Onun zarafatlarını bayağı hesab 
etsəm  də,  belə  xırda  oyunlar  davam  edirdi.  Bu  hərəkətlərinin 
altında  məni  qıcıqlandıran  nəsə  var  idi.  Mənə  yaxınlaşaraq 
qəribə  tərzdə,  şorgöz-şorgöz  baxırdı.  Belə  ürəkbulandıncı 
hisslər  keçirdiyimə  görə  isə  özümü  danlayırdım.  Yox,  Varis, 
Hacı sənə qardaş əvəzidir. Gic-gic fikirləşmə! 
Bir  gün  hamamdan  əlimdə  evi  təmizlədiyim  vedrə  və  əsgi 
çıxarkən  o,  yenə  qapının  ağzında  dayanmışdı.  Qolumdan 
yapışaraq məni özünə tərəf çəkdi və nəfəs-nəfəsə qaldıq. Əsəbi 
halda güldüm: “Neynirsən?” 
“Heç nə, heç nə”. Dərhal məni buraxdı. Vedrəni götürüb heç 
nə olmayıbmış kimi hamamın yanındakı otağa keçdim. Lakin 
baş verənləri beynimdə götür-qoy edirdim və artıq əmin idim 
ki, nəsə yolunda deyil. 
Ertəsi gün gecə otağımda yatmışdım, kiçik xalam qızı Şükrə 
də  öz  çarpayısında  yuxulamışdı.  Çox  ayıq  yatdığımdan 
təxminən  gecə  saat  üçdə  kiminsə  pilləkənlərlə  yuxarı 
qalxdığını hiss etdim. Fikirləşdim ki, Hacı olacaq, çünki onun 
otağı  bizim  otaqla  üzbəüz  idi.  Evə  təzəcə  çatmışdı, 
səndələyə-səndələyə  gəlməyindən  başa  düşdüm  ki,  keflidir. 
downloaded from KitabYurdu.org


125 
 
Məhəmməd  dayının  evində  evə  gec,  üstəlik  içkili  gəlmək 
yolverilməz  idi.  Onlar  mömin  müsəlman  idilər  və  bütün  növ 
spirtli  içkilər  qadağan  idi.  Lakin  Hacı  artıq  böyüdüyünü 
düşünür və istədiyini edirdi. 
Otağımın  qapısı astaca açıldı. O, qapının ağzında  dayandı. 
Otaqdakı hər iki çarpayı döşəmədən iki pillə yuxarıda idi. Hacı 
ayağı ilə pillələri yoxlayaraq qapıya daha yaxın olan bacısını 
oyatmamağa  çalışırdı.  Lakin  pillələrdən  birini  ötürdü  və 
büdrədi.  Sonra  iməkləyərək  mənim  çarpayıma  tərəf  gəldi. 
Arxadakı pəncərədən düşən işıqda onun boynunu durna kimi 
uzadaraq  qaranlıqda  üzümü  görməyə  çalışdığına  göz 
qoyurdum. O pıçıldadı: “Ey, Varis, Varis...” Nəfəsindən likör 
qoxusu  gəlirdi.  Sərxoş  olduğuna  əmin  oldum,  lakin 
qımıldanmadan  özümü  yuxululuğa  vurdum.  O,  əlini  uzadıb 
üzümü tapmağa çalışırdı. Ürəyimdə yalvanrdım ki, Yarəbbim, 
qoyma bu baş versin. Yuxu görürəmmiş kimi o biri tərəf üstə 
çevrilərək  Şükrəni  oyatmağa  çalışdım.  Hacı  isə  cəsarətini 
itirərək səssizcə otağına tərəf qaçdı. 
Ertəsi gün Bəsmanm otağına getdim. 

Bura bax, səninlə mütləq danışmalıyam. 
Üzümdəki qorxu və həyəcan ifadəsindən başa düşdü ki, 
gəlişimin məqsədi, sadəcə, vaxt öldürmək deyildi. 

Keç içəri, qapını ört. 
Dərindən köks ötürərək dedim: 
- Qardaşın haqqında danışmaq istəyirəm. - Necə deyəcəyimi 
bilmirdim, sadəcə, dua edirdim ki, mənə inansın. 
Həyəcanlanaraq soruşdu: 

Qardaşım haqqında? 

Dünən gecə saat üçdə otağıma girmişdi. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə