mehriban və gülərüz idi.
-
Harada yaşayırsan, Varis? Nə işlə məşğulsan?
- Oh, sənə gülməli gələcək. Əminəm ki, dəli olduğumu
deyəcəksən, amma mən heç yerdə yaşamıram. Ailəm bu gün
məni qoyub getdiyi üçün yaşamağa yerim yoxdur. Onlar
Somaliyə qayıtdılar.
Qadının gözlərindəki şəfqət hissini gördüm və sonralar
öyrəndim ki, onun da həyatında çox çətinliyi olub.
-
Somaliyə qayıtmaq istəmədin, hə?
Bunu demədən də hər ikimiz bilirdik ki, ailələrimizdən və
evimizdən hansı səbəbdən ayrı düşmüşük. Orada hansı
imkanlarımız var idi ki? Dəvə müqabilində satılmaqmı?
Hansısa bir kişinin mülkiyyəti olmaqmı? Hər gün yalnız sağ
qala bilmək üçün mübarizə aparmaqmı?
- Yox, burada da heç nəyim yoxdur. Dayım səfir idi, amma
bu gün o getdi, yerinə başqa adam gələcək. Beləcə, bu səhər
məni evdən çıxartdılar, indi hara getdiyimi özüm də bilmirəm.
- Güldüm.
O, məni sakitləşdirmək üçün əlini havada yellədi. Sanki
bununla bütün problemləri birdəfəyə yox edə bilərdi.
- Bax mən bu yaxınlıqdakı YMCA7-da yaşayıram.
Yaşadığım yer elə də geniş deyil, amma bu gecəni qala
bilərsən. Bircə otağım var. Amma
nəsə bişirmək istəsən, başqa
mərtəbəyə getməlisən.
-
Ooohh, əla olardı. Məni aparmaq istədiyinə əminsən?
- Bəli, əminəm. Gedək. Küçədə qalmayacaqsan ki?
Biz onun qaldığı yerə getdik. YMCA qırmızı kərpicdən
tikilmiş müasir bina idi və çox hissəsi tələbələr tərəfindən
tutulmuşdu. Onun otağında təkadamlıq çarpayı, bir kitab dolabı
downloaded from KitabYurdu.org