Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

və  aşağı  enməyə  çalışaraq  onu  götürmək  istədim.  Lakin 
arxamda  adamlar  çox  olduğundan  aşağı  enmək  heç  cür 
mümkün deyildi. 
Eskalatordan  enəndə  bir  ayağımda  səndəl,  o  birisi  isə 
ayaqyalın  axsaya-axsaya  izdihamın  içi  ilə  getməyə  davam 
etdim.  Sonra  biz  gömrük  nəzarətinə  çatdıq.  Özlərinə  məxsus 
Britaniya uniformasında olan ağ adamlara baxır, bu adamların 
nə iş gördüklərini başa düşmürdüm. Gömrük rəsmisi mənimlə 
ingiliscə danışırdı, mən isə onun kömək edəcəyini fikirləşərək 
eskalatoru  göstərib  Somali  dilində  yenə  də  qışqırmağa 
başladım: “Ayaqqabım! Ayaqqabım!” 
O isə mənə uzun-uzadı bezmiş, hövsələsi daralmış bir ifadə 
ilə  baxaraq  sualını  təkrar  edirdi.  Bir  anlıq  ayaqqabımı 
yadımdan  çıxararaq  əsəbi-əsəbi  hırıldadım.  Gömrük  rəsmisi 
pasportuma  işarə  etdi  və  mən  pasportu  ona  uzatdım.  Onu 
diqqətlə  yoxladıqdan  sonra  möhür  vurdu  və  əli  ilə  getməyə 
işarə etdi. 
Çölə  çıxmışdım  ki,  sürücü  formasında  bir  nəfər  mənə 
yaxınlaşaraq Somali dilində soruşdu: 
- Siz cənab Fərəhçün işləməyə gəlmisiniz? 
Somali dilində danışan bir adamla rastlaşdığıma görə xeyli 
rahatlandım və sevinərək qışqırdım: 
- Bəli! Bəli! Dediyin adam mənəm. Mən Varisəm. - Sürücü 
onunla getməyi işarə edəndə dayandım. 
-  Ayaqqabım  aşağıda  qalıb,  ora  qayıdıb  ayaqqabımı 
götürməliyik. 

Ayaqqabın? 

Hə, hə, aşağıda qaldı. 

Harada? 
downloaded from KitabYurdu.org


103 
 
Əks-istiqaməti göstərərək: 
- O  gedən  pilləkənlərin  aşağısında.  Pilləkənə  çıxanda 
ayaqqabımın birini orada itirdim, - dedim. 
Sürücü  birində  ayaqqabı  olan,  o  birisi  isə  yalın  qalan 
ayaqlarıma  baxdı.  Xoşbəxtlikdən,  sürücü  ingiliscə  danışa 
bilirdi və o, içəri girərək səndəli tapmaq üçün icazə aldı. Lakin 
biz ora çatanda səndəlin izi-tozu da qalmamışdı. Bəxtimin belə 
gətirməməsinə inana bilmirdim. O biri ayağımdakı səndəli də 
çıxarıb  əlimə  aldım  və  ətrafa  göz  gəzdirə-gəzdirə  yuxarı 
qalxdıq.  Tərslikdən,  yenə  də  gömrük  nəzarətindən  keçmək 
lazım  idi.  Bu  dəfə  həmin  gömrük  xidmətçisi  sürücünün 
tərcümə etməsindən 
istifadə  edərək  bayaq  soruşmaq  istədiyi  sualları  soruşmağa 
başladı. 
- Burada  nə  qədər  vaxt  qalacaqsan?  -  Mən  çiyinlərimi 
çəkdim. - Gəlişinin məqsədi? 
Fəxrlə dedim: 

Dayımla yaşayacağam, o səfirdi. 
- Pasportda  yazılıb  ki,  sənin  on  səkkiz  yaşın  var.  Bu, 
doğrudur? 
-  Nə?!  Yox,  on  səkkiz  yox!  -  sürücüyə  etiraz  etdim.  O  da 
gömrük xidmətçisinə tərcümə etdi. 

Məlumat verəcəyin nəsə var? 
Bu sualı başa düşmədim. Sürücü izah etdi: 

Ölkəyə nə gətirirsən? 
Əlimdə tutduğum bir tayı qalmış səndəli göstərdim. Gömrük 
rəsmisi  bir  anlıq  əlimdə  tutduğum  səndələ  baxdı  və  başını 
bulayaraq pasportumu özümə qaytardı. 
İzdihamlı aeroportdan çıxanda sürücü mənə dedi: 
downloaded from KitabYurdu.org


-  Bax  pasportunda  yazılıb  ki,  sənin  on  səkkiz yaşın  var. O 
kişiyə  belə  də  dedim.  Əgər  kimsə  soruşsa,  de  ki,  on  səkkiz 
yaşın 
var. 

Yox, mənim on səkkiz yaşım yoxdur. O yaş çoxdur. 

Yaxşı, neçə yaşın var? 
- Bilmirəm,  bəlkə  də  on  dörd,  amma  sən  dediyin  qədər  də 
yaşlı deyiləm. 
- Başa düş, pasportuna belə yazılb, deməli, artıq yaşın budur. 
- Sən  nə  danışırsan?  Pasportda  nə  yazılıb  və  niyə  yazılıb, 
mən bilmirəm, amma sənə deyirəm ki, bu, doğru deyil. 

Bunu onlara cənab Fərəh deyib. 

Hə, yəqin, o, dəli olub! O, heç nə bilmir! 
Biz mübahisə edə-edə çıxışa yaxınlaşanda artıq Məhəmməd 
dayının sürücüsü ilə mənim bir-birimizdən zəhləmiz gedirdi... 
Ayaqyalın  maşına  tərəf  gedəndə  Londona  qar  yağırdı. 
Soyuqdan  titrəyirdim,  səndəlimin  əlimdə  tutduğum  tək  tayını 
geyindim  və  donumun  üstündən  geyindiyim  nazik  xələtə 
büründüm.  Ömrümdə  heç  vaxt  nə  qar,  nə  də  belə  soyuq 
görmüşdüm. 

Ay Allah, bura nə yaman soyuqdur! 

Çalış öyrəşəsən! 
Sürücü maşını aeroportdan şəhərə doğru sürdükcə ətrafımda 
gördüyüm xəstəyə oxşayan ağbənizli insanlardan başqa heç nə 
olmayan  yad  bir  ölkəyə  gəlib  çıxdığımı  fikirləşib  özümü 
dəhşətli  dərəcədə  pərişan  və  yalnız  hiss  edirdim.  Ay  Allah! 
Yarəbbim!  Mama!  Mən  hara  gəlmişəm?  Ümidsizcəsinə 
anamın  yanımda  olmağını  arzuladım.  Məhəmməd  dayının 
sürücüsünün  ətrafımda  olan  yeganə  qaradərili  olmasına 
downloaded from KitabYurdu.org


105 
 
baxmayaraq,  onun  yanımda  olmağı  mənə  rahatlıq  vermirdi, 
çünki o, açıq-aşkar mənə yuxarıdan aşağı baxırdı. 
Yolboyu  o,  mənə  getdiyim  ailə  haqqında  məlumat  verdi. 
Orada  Məryəm  xala,  onun  əri,  qayınanası,  heç  vaxt 
görmədiyim  başqa  bir  dayım  və  yeddi  uşaqla  bir  evdə 
yaşayacaqdım.  Ailə  haqqında  danışdıqdan  sonra  nə  vaxt 
yerimdən  qalxmalı,  nə  vaxt  yatmağa  getməli  olduğumu,  nə 
etməli  olduğumu,  harada  yatacağımı,  nə  bişirəcəyimi  də  izah 
etməyə başladı. 
- Bilirsən, xalan, evin xanımı evi polad iradə ilə idarə edir. 
Sənə xəbərdarlıq edirəm, o, hamını çox işlədir, - o, danılmaz 
bir faktı təsdiq edirmiş kimi danışırdı. 
- Ola bilsin, sənə çox iş tapşırır, amma o, mənim xalamdır. 
Necə olsa, bir qadın və üstəlik xalam olduğundan mənimlə 
pis  rəftar  etməyəcəyini  fikirləşirdim.  Bir  ailənin  üzvləri  olan 
qadınlar  bir-birilərinin  qayğısına  daha  yaxşı  qalırlar.  Anam 
üçün  darıxmağım,  Şahru  xalanın,  Fatimənin  mənə  qarşı  necə 
yaxşı  olduqlan  yadıma  düşdü.  Hətta  Aman  da  yaxşı  idi,  biz, 
sadəcə,  yola  gedə  bilmədik.  Uzun  səfərdən  sonra  qəfildən 
özümü çox yorğun hiss etdim və oturacağa söykəndim. 
Maşının  pəncərəsindən  başımı  çıxardaraq  ağ  lopaların 
haradan  gəldiyini  təyin  etməyə  çalışırdım.  Harley  küçəsinin 
varlılar yaşayan hissəsindən keçdikcə yağan qarın səkiləri necə 
ağ  rəngə  boyadığmı  seyr  edirdim.  Sürücü  maşını  dayımın 
evinin  qarşısında  saxlayanda  belə  möhtəşəm  bir  evdə 
yaşayacağımı  anlayıb  heyranlıqla  binaya  tamaşa  etdim. 
Afrikadakı  məhdud  şəraitli  həyatımda  heç  vaxt  belə  bir  ev 
görməmişdim.  Səfirin  iqamətgahı  dördmərtəbəli,  sevimli 
rəngim  olan  san  ilə  boyanmış  əsl  imarət  idi.  Ön  qapıya 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə