158
ədəbsizlik olmaz ki?
- Nə etməli, - Puaro cavab verdi. - Mənim köhnə dostlardan sirr
saxlamaq adətim yoxdur. Bunlar qraf de la Roşa məxsusdur.
Müsyö Papapolousun gözləri təpəsinə çıxdı.
- Belə de! - o, burnunun altında dedi.
Puaro qabağa doğru əyildi və sadəlövhlüklə söylədi:
- Müsyö Papapolous, mən öz kartlarımı açıram.
Əsl daşlar Mavi qatarda madam Ketterinqdən oğurlanıb. Mən sizi
xəbərdar etmək istəyirəm ki, mən bu daşların axtarışı ilə məşğul
deyiləm. Bu, polisin işidir. Mən polisə deyil, mister Van Aidinə
işləyirəm. Mən madam Ketterinqi öldürən adamı
tapmaq istəyirəm. Daş-qaşlarsa məni ancaq qətllə bağlı olduqları üçün
maraqlandırır. Məni başa düşdünüz?
Son sözlər xüsusi məna ilə vurğulandı. Antikvarın sifətində heç bir
ifadə əks olunmurdu
- Davam edin!
- Mənə elə gəlir, ola bilsin ki, cəvahirat Nitsada əldən-ələ keçəcək.
Təbii ki, artıq keçməyibsə.
- Aaa, - müsyö Papapolous qəhvəsini içə-içə başını tərpətdi. O,
həmişə olduğundan daha
əzəmətli görünürdü.
- Mən də öz-özümə dedim ki, - Puaro qızğın surətdə sözünə davam
edirdi, - bəxtim gətirdi!
Mənim köhnə dostum müsyö Papapolous Nitsadadır. O, mənə kömək
edər.
- Bəs sizin nəzərinizdə mən necə kömək edə bilərəm?
- müsyö Papapolous soyuq tərzdə maraqlandı.
- Mən öz-özümə dedim ki, müsyö Papapolous
downloaded from KitabYurdu.org
159
Nitsaya, şübhəsiz, iş üçün gəlib.
- Qətiyyən belə deyil, - müsyö Papapolous etiraz etdi. - Mən bura
həkimlərin mənə səhhətimlə məşğul olmağı məsləhət gördükləri üçün
gəlmişəm.
Və o, bərk öskürdü.
- Ah, bunu eşitmək necə də kədərləndiricidir, - Puaro canıyananlıqla
dedi. - Ancaq söhbətimizi
davam etdirək. Məşhur rus knyazları, Avstriya ershersoqları, yaxud da
italyan şahzadələri öz ailə cavahiratlarından yaxa qurtarmaq istəyəndə
kimə müraciət edirlər? Müsyö Papapolousa, düz deyilmi? Bütün
dünya onun bu işlə necə incəliklə məşğul olduğundan agahdır.
Papapolous təzim etdi.
- Siz mənə iltifat edirsiniz.
- İncəlik böyük şeydir, - Puaro həmsöhbətinin məmnun
təbəssümünə gözünün ucu ilə baxaraq
mülahizə etməyə başladı. - Bilirsiniz, mən də incəlik göstərməyi
bacarıram.
Hər iki həmsöhbətin baxışları qarşılaşdı.
Puaro səsini alçaldaraq və sözləri bir-bir seçərək sözünə davam etdi:
- Mən öz-özümə dedim ki, əgər bu daş-qaşlar Nitsada əldən-ələ
keçibsə, onda bu barədə
müsyö Papapolousun məlumatı var. O, bu cür daşlarla nə baş
verdiyinin hamısını bilir.
- Aaa, - müsyö Papapolous kruassanın üzərinə yağ çəkə-çəkə ucadan
dedi.
-
Bildiyiniz kimi, mənim şəxsi araşdırmam ilə polisin əlaqəsi
yoxdur, - müsyö Puaro qeyd etdi.
- Əslinə qalsa, bir şayiə dolaşır, - Papapolous
downloaded from KitabYurdu.org
160
inamsızlıqla söylədi.
- Məhz hansı?
- Mən bunu sizə hansısa səbəbə söyləməliyəm?
- Zənnimcə, səbəb var, - Puaro cavab verdi, - müsyö Papapolous,
yəqin xatırlayırsınız ki, on
yeddi il əvvəl sizin əlinizdə məxfi saxlanmaq üçün bir... deyək ki,
nüfuzlu şəxs tərəfindən
verilmiş bir sənəd var idi. Sənəd, təkrar edirəm, sizdə saxlanılırdı,
lakin yoxa çıxmışdı. Siz, ingilislərin də dediyi kimi, qaynar qazana
düşmüşdünüz.
O, qıza baxdı. Qız öz boşqabını itələyib, dirsəklərini masanın üzərinə
və əlini çənəsinin altına qoyub qulaq asırdı. Puaro ondan gözlərini
çəkmədən davam etdi:
- Onda mən Parisdə idim. Siz məni çağırdınız. Özünüzü mənim
əllərimə etibar etdiniz. Siz mənə söylədiniz ki, əgər sənəd tapılsa, sizin
mənə minnətdarlığınızın hüdudu olmayacaq. Eh bien! Mən onu
tapdım!
Papapolous dərindən köksünü ötürdü.
- Həmin vaxt mənim karyeramın ən pis məqamı idi,
- o, dedi.
- On yeddi il uzun müddətdir, - Puaro fikirli halda söylədi. - Mən sizin
xalqın heç nəyi yaddan çıxarmadığını bilirəm, müsyö.
-
Yunanların? - Papapolous rişxəndlə güldü.
-
Mən yunanları nəzərdə tutmurdum, - Puaro
cavab verdi.
Araya sükut çökdü. Sonra qoca fəxrlə dikəldi.
-
Siz haqlısınız, müsyö Puaro, - o, təmkinlə söylədi. - Mən
yəhudiyəm. Və sizin də dediyiniz
downloaded from KitabYurdu.org
161
kimi, mənim xalqım heç nəyi yaddan çıxarmır.
- Deməli, siz mənə kömək edəcəksiniz?
- Daş-qaşlara gəldikdə isə, müsyö, mən heç nə edə bilmərəm.
Qoca bir neçə dəqiqə əvvəl eynən Puaronun etdiyi kimi sözləri
diqqətlə seçərək ifadə edirdi:
- Mən heç nə bilmirəm. Heç nə eşitməmişəm. Lakin əgər cıdırla
maraqlanırsınızsa, mən sizə
nəyisə məsləhət görə bilərəm.
- Müəyyən şəraitdə, hə, - Puaro diqqətlə ona
baxaraq dedi.
- Cıdır meydanında bir at var ki, mənim zənnimcə, diqqətə layiqdir.
Əlbəttə, tam əminliklə heç nə deyə bilmərəm: bu cür xəbərlər ağızdan-
ağıza dolaşır.
O, susdu və gözlərini qıyaraq Puaroya baxdı, sanki dərk etməyə
çalışırdı ki, görəsən,
söylədiklərindəki mənanı o, tuta bilibmi.
- Çox gözəl, çox gözəl, - Puaro başını tərpətdi.
-
Atın adı, - Papapolous geri söykəndi və barmaqlarını çarpazladı,
- Markizdir. Əmin
deyiləm, lakin düşünürəm ki, o, ingilis atıdır, hə, Zia?
- Mən də elə düşünürəm, - qızı cavab verdi.
-
Təşəkkür edirəm, müsyö, - Puaro tələsik ayağa durdu. - Siz
mənə ingilislərin “tövlədən
ipucu” adlandırdığını verdiniz. Au revoir46, müsyö, minnətdaram.
O, üzünü qıza tutdu:
- Görüşənədək, madmazel Zia. Adama elə gəlir ki, sizinlə Parisdə
ayrıldığımız gün dünən olub.
Siz elə görünürsünüz ki, sanki aradan iki ildən artıq vaxt keçməyib.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |