194
hürkmüş baxışları gah Puaroya, gah da Naytona baxırdı.
- Bu, çox ciddi məsələdir, madmazel, - detektiv dedi.
- Siz bunun nə dərəcədə ciddi olduğunu dərk edirsiniz?
- Əlbəttə.
- Yaxşı! Bu halda anlayırsınız ki, bir dəqiqə belə
itirmək olmaz, madmazel. Şübhəsiz ki, siz dərhal bizimlə birgə
magistrata getməlisiniz.
Mirel duruxdu. O, bir qədər fikirləşdi, lakin Puaronun da başa
düşdüyü kimi, geri çəkilmək fikrində deyildi.
- Yaxşı, yaxşı, - o mırıldadı, - qoyun çiynimə bir
şey salım.
Puaro ilə Nayton tək qalaraq bir-birinə baxdılar.
- Siz necə deyirsiniz... dəmiri isti-isti döyərlər. Gərək cəld davranaq, -
Puaro pıçıldadı. - O, indi əsəbiləşib, yarım saat sonra hirsi soyuyacaq,
bir saat sonra isə fikrindən daşınacaq. Nəyin bahasına olursa-olsun biz
buna yol verməməliyik.
Mirel leopard dərisi ilə haşıyələnmiş qum rəngli çiyinliyə bürünmüş
halda qayıtdı. Onun özü də leoparda bənzəyirdi - kürəni-qəhvə rəngli
təhlükəli leoparda... Onun gözləri hələ də bayaqkı kimi qərarlı idi və
baxışları qəddarlıqla alışıb yanırdı.
Onlar müsyö Kaunu və müsyö Karreji yerində tapdılar. Puaronun bir
neçə kəlməlik ön sözündən sonra Mirelə öz əhvalatını danışmaq üçün
imkan verildi. O, əhvalatı elə Naytona və Puaroya danışdığı kimi,
lakin bir balaca təmkinlə danışdı. Mister Ketterinqlə söhbətini və onun
arvadının kupesindən necə çıxdığını gördüyünü söylədi.
- Çox qeyri-adi əhvalatdır, madmazel, - müsyö Karrej sakit dedi. O,
stulun kürəkliyinə söykəndi,
eynəyini düzəltdi və Mirelə sual dolu baxışlarla nəzər yetirdi. - Siz
downloaded from KitabYurdu.org
195
istəyirsiniz ki, biz müsyö Ketterinqin cinayəti əvvəlcədən
düşündüyünə və bunu da sizə dediyinə inanaq?
- Bəli, bəli. O dedi ki, arvadı çox sağlamdır və səhhəti yaxşıdır. Əgər
o ölsə, ancaq onun
quraşdırdığı bədbəxt hadisə nəticəsində ölə bilər.
- Siz cinayətdə əlbir olmaqda ittiham oluna biləcəyinizi dərk
edirsinizmi, madmazel?
- Mən? Elə şey dünyasında ola bilməz! Onun
sözlərini bir saniyə də olsun ciddi qəbul etməmişəm. Siz nə
danışırsınız? Mən kişiləri yaxşı tanıyıram, müsyö, onlar çoxlu
vəhşiliklər danışırlar. Bir təsəvvür edin, əgər onlar
söylədikləri hər şeyi törətsələr, onda nə qədər cinayət baş verərdi, au
pied de la Ietter57.
Müsyö Karrej alnını qırışdırdı.
-
Deməli, sizin müsyö Ketterinqin sözlərini mənasız sözlər kimi
qəbul etdiyinizi yazaq?
Bilmək olarmı, madmazel, siz niyə Londondakı anqajementinizi
yarımçıq qoyaraq Riveruya gəldiniz?
Mirel qara gözlərini döyərək ona baxdı:
- Mən sevdiyim adamla olmaq istədim, - o, sadə bir cavab verdi. -
Məgər bu, təbii hal deyil?
Puaro sual verdi:
- Birlikdə Nitsaya gəlməyi mister Ketterinqmi
istədi?
Sanki Mirel bu sözdən tutuldu. O duruxdu, lakin danışmağa
başladıqda isə tamamilə başqa tonda danışdı.
- Bu cür məsələlərə mən özüm qərar verirəm, -
o bildirdi.
downloaded from KitabYurdu.org
196
Bu hamının - otaqdakıların da yaxşı başa düşdüyü kimi, əsl cavab
deyildi, lakin hamı ədəblə sakitcə dayandı.
- Müsyö Ketterinqin öz arvadını öldürdüyünü nə
vaxt başa düşdünüz?
- Mən sizə dedim axı, qatarın Liona çatmasına
az qalmış müsyö Ketterinqin arvadının kupesindən çıxdığını gördüm.
Onun elə acıqlı baxışları var idi ki! İlahi! Lakin həmin an onun
niyə belə dəhşətlə baxdığını başa düşə bilmədim. Heç vaxt bunu
unuda bilmərəm.
Mirel səsini alçaltdı, əllərini dramatik şəkildə yanına saldı.
- Bəli, bəli, - müsyö Karrej dedi.
- Madam Ketterinqin Liona çatmamış öldürüldüyünü bildikdə isə mən
hər şeyi başa düşdüm.
- Amma siz polisə gəlmədiniz, madmazel, - müsyö Karrej
mülayimliklə bildirdi.
Mirel amiranə surətdə ona baxdı; oynadığı rolun öz xoşuna gəldiyi
açıq-aşkar görünürdü.
- Öz sevdiyim adamı sata bilərdimmi? - o soruşdu.
-Ah, xeyr, bu şeyləri qadından istəməyin.
- Amma indi...
- İndi başqa məsələ. O özü məni satdı! Məgər mən sakit duraraq əzab
çəkə bilərdimmi?..
Müsyö Karrej onun sözünü yarımçıq qoydu.
- Əlbəttə, əlbəttə, - o, sakitləşdirici tərzdə dedi. - İndisə, madmazel,
öz ifadənizi oxuyun və
imzalayın.
Mirel oxumağa vaxt sərf etmədi:
- Hə, hə! Hər şey düzdür. - O ayağa durdu. - Daha sizə lazım deyiləm
downloaded from KitabYurdu.org
197
ki?
- Hələlik xeyr, madmazel.
- Bəs siz Dereki həbs edəcəksinizmi?
- Dərhal, madmazel.
Mirel qəddarlıqla gülümsədi:
- O, məni təhqir etməmişdən qabaq yaxşı düşünməli idi, - deyə ucadan
söylədi.
- Bir dəqiqə! - Puaro boğazını arıtladı. - Məni bir xırda məqam
maraqlandırır.
- Hansı?
- Niyə madam Ketterinqin qatar Liona çatmamış öldürüldüyünə qərar
vermisiniz?
Mirel gözlərini bərəltdi.
- Axı o, ölü idi.
-Elə?
- Hə, əlbəttə. Mən...
O qəflətən susdu. Puaro ona diqqətlə baxaraq, gözlərində ayıq-
sayıqlıq hiss etdi.
- Mənə dedilər... Hamı belə deyir.
- Ah, - Puaro dedi, - düşünmürəm ki, bu barədə magistratın
divarlarının hüdudlarından başqa yerdə danışsınlar.
-
Bu barədə kimsə eşidib. - Mirel əsəbi halda və inamsızlıqla dedi.
- Mənə kimsə deyib. Kim
olduğunu yadıma sala bilmirəm.
Rəqqasə qapıya tərəf yollandı. Müsyö Kau qapını onun üçün açmağa
tələsdi. O, bunu edərkən Puaronun səsi yenidən eşidildi:
-
Bəs daş-qaşlar? Bağışlayın, madmazel. Siz bizə onlar barədə nəsə
danışa bilərsinizmi?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |