178
Derek sanki zərbə almış kimi geri çəkildi.
- Mirel, - o, təkrar etdi.
Qraf tez gəldiyi işin mətləbinə keçdi.
- Cəmi yüz min frank, - o dedi. - Daha artığını - istəmirəm.
- Nə? - Derek fikirli-fikirli soruşdu.
- Dedim ki, müsyö, cəmi yüz min frank mənim...
vicdanımı susdura bilər.
Derek özünə gəldi. Sakit halda qrafa baxdı.
- Sizə cavab verməyimi istəyirsiniz?
- Mümkündürsə, müsyö.
- Onda qulaq asın. Cəhənnəm olun. Başa düşdünüz?
O, qrafı mat qalmış halda qoyaraq cəld otaqdan çıxdı.
O, taksi saxlatdıraraq Mirelin qaldığı otelə getdi. Orada rəqqasənin elə
indicə gəldiyini öyrəndi. Derek qapıçıya öz vizit vərəqəsini verdi.
- Bunu madmazelə çatdırın və söyləyin ki, indi
məni qəbul edə bilərmi?
Cəmi bir neçə dəqiqədən sonra Dereki yuxarı ötürdülər.
Rəqqasənin otağına girər-girməz ekzotik ətirlərin dalğası onu bürüdü.
Otaq qərənfillərlə, səhləb və küsdüm çiçəkləri ilə dolu idi. Mirel
əynində penuar pəncərənin qarşısında durmuşdu. O, qollarını geniş
açaraq özünü onun üstünə atdı.
- Derek, sən mənim yanıma gəlmisən! Bilirdim
ki, gələcəksən. - O, qadını özündən kənarlaşdırdı və hirslə onun üzünə
baxdı.
-Qraf de la Roşu mənim üstümə göndərmisən? - Qrafı üstünə
göndərmişəm? Nəyə görə?
- Əlbəttə ki, şantaja görə. - Derek qaşqabaqlı
halda söylədi.
downloaded from KitabYurdu.org
179
Qadın gözlərini bərəltdi. Sonra birdən gülümsədi və başını tərpətdi:
- Əlbəttə, bunu ondan gözləmək lazım idi. Ce type Ia54 ancaq bu cür
hərəkət edər. Mən bunu qabaqcadan görməli idim. Amma, Derek,
mənə inan. Onu mən göndərməmişəm.
Derek onun gözlərinin içinə diqqətlə baxdı, sanki həqiqəti gözlərindən
oxumaq istəyirdi.
- Mən hamısını sənə danışaram, - Mirel sözünə davam etdi. - Mən çox
utanıram, amma hamısını danışacağam. Həmin gün yadındadır? Mən
acığımdan dəli oldum. - O, sözünə qüvvət olacaq mənalı bir işarə
göstərdi. - Sən ki, mənim coşqunluğumu bilirsən! Mən özümü ələ ala
bilmirəm. Səndən qisas almaq istəyirdim, ona görə də qraf de la Roşun
yanına gedib
dedim ki, get polisə belə-belə de. Amma qorxma, Derek. Mən hələ
ağlımı tamam itirməmişəm. Sübutu ancaq mən bilirəm. Mənsiz polis
heç nə edə bilməz, başa düşürsən?
Mirel ona qısıldı və onun üzünə baxdı.
Derek onu özündən itələdi. Qadın quruyub qaldı, gözləri qəzəblə
qaynadı, sinəsi hirslə qalxıb-endi.
- Ehtiyatlı ol, Derek, çox ehtiyatlı ol. Sən ki, mənim yanıma
qayıtmısan, elə deyilmi?
- Mən-heç-vaxt-sənin-yanına-qayıtmayacağam,
- Derek sözləri ayrı-ayrılıqda qətiyyətlə söylədi.
- Eləmi? - O, qızmış pişiyə oxşayırdı. - Demək, sən başqa qadın
tapmısan? Həmin gün lençə
dəvət etdiyin qadını? Hə? Düz deyirəm?
- Mən o ledidən mənim arvadım olmağını xahiş
edəcəyəm. Bunu bil.
- Qaraqabaq ingilis qızı? Elə bilirsən ki, mən buna yol verəcəyəm?
downloaded from KitabYurdu.org
180
Əsla! - Onun gözəl çevik bədənini qəzəb titrəyişi əsdirdi. - Qulaq as,
Derek, Londonda danışdıqlarımız yadındadır? Sən dedin ki, səni xilas
edəcək yeganə şey arvadının ölümüdür. Sən hələ onun tamam sağlam
olduğuna görə təəssüflənirdin də. Sonra sənin ağlına təzə fikir gəldi -
bədbəxt hadisə! Daha doğrusu, bədbəxt hadisədən daha ciddi nəsə.
- Güman edirəm ki, - Derek ikrahla dedi, - qraf
de la Roşa məhz bunları demisən, hə?
Mirel qəhqəhə çəkdi:
-
Nədir, mən səfehəm? Məgər bu cür əhvalat polisi
maraqlandıra bilərmi? Bura bax, mən sənə
sonuncu bir şans verirəm. Sən o ingilis qızla əlaqəni kəsəcəksən. Mənə
qayıdacaqsan. Onda isə, əzizim, heç vaxt, heç vaxt bir kəlmə də olsun
demərəm...
- Nə barədə bir kəlmə?
O, yenidən güldü:
-
Sən elə bildin ki, səni heç kim görmədimi...
- Nədən danışırsan?
- Deyirəm ki, səni heç kim görmədi, amma mən gördüm, Derek, mon
ami. Mən qatarın Liona çatmasına az qalmış arvadının kupesindən
sənin çıxdığını gördüm. Mən... mən daha çox
şey bilirəm. Mən bilirəm ki, sən kupedən çıxanda o, ölü idi.
O, susaraq qadının üzünə baxdı. Sonra çevrildi və səndələyərək yavaş-
yavaş otaqdan çıxdı. Yuxuda olduğu kimi...
53 Nitsadakı köhnə şəhər adı. 54 Bu tip.
XXVI
FƏSİL Xəbərdarlıq
- Belə, - Puaro dedi, - biz mehriban dostlarıq və bir-birimizdən gizli
sirrimiz yoxdur.
Ketrin üzünü çevirdi və ona baxdı. O, həmin cümləni daha əvvəllər
downloaded from KitabYurdu.org
181
ondan eşitmədiyi ciddiliklə söylədi.
Onlar Monte-Karlo bağlarının birində əyləşmişdilər. Ketrin bura ledi
Templin ilə gəlmişdi. Burada onlar Naytona və Puaroya rast gəldilər.
Ledi Templin çatan kimi Naytonun üstünü kəsdirdi. O yazıq da onun
bir yığın xatirələrinin axınına dözməli oldu. Ketrin isə xatirələrin
çoxunun onun öz fantaziyasının təxəyyülü olduğunu ehtimal edirdi.
Nayton ledi Templinin qoluna girdi, gedərkən katib bağda qalanlara
əlacsız nəzər saldı. Puaro bunu görəndə gözləri yaşıl alovla parladı.
-
Əlbəttə ki, biz dostuq, - Ketrin dilləndi.
-
Biz ilk başdan bəri bir-birimizə rəğbət
bəsləmişik,
- Puaro dedi.
- Siz mənə roman policierin real həyatda baş verdiyini söylədiyinizdən
bəri.
- Və mən haqlı çıxdım, elə deyilmi? - o, şəhadət barmağını göyə
qaldıraraq mənalı tərzdə ucadan dedi. - Biz hadisələrdən birinin
mərkəzində olduq. Mənim üçün bu, təbii haldır, bu mənim metier55,
lakin sizin üçün, madmazel, başqa məsələ. Bəli, sizin üçün başqadır.
Qız cəld ona baxdı. Ketrinə elə gəldi ki, detektiv nəzərində onun
anlamadığı başqa bir məsələni tutur.
- Niyə mənim hadisələrin mərkəzində olduğumu hesab edirsiniz?
Düzdür, mən missis Ketterinqlə ölümünə bir neçə saat qalmış söhbət
etdim, vəssalam. Mənim bu işlə başqa heç bir əlaqəm yoxdur.
-Ah, madmazel, madmazel, məgər biz dəqiqliyi ilə söyləyə bilərikmi
ki, bununla, yaxud onunla
həmişəlik qurtardı?
Ketrin meydan oxuyurmuş kimi, onun düz gözlərinin içinə baxdı:
- Nə məsələdir? - o xəbər aldı. - Siz mənə vacib nəsə deməkmi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |