174
-Adını söyləmədi, dedi ki, sizinlə vacib işi var və sizi gözləyəcək.
- O, haradadır?
- Kiçik salonda, müsyö. O, oranı verandadan
üstün tutdu, dedi ki, ora daha sakitlikdir.
Derek başını tərpətdi və salona tərəf yollandı.
Orada Dereki görcək ayağa duraraq sırf əcnəbiyə məxsus olan böyük
ədəblə ona təzim edən şəxsdən başqa heç kim yox idi. Derek qraf de
la Roşu bir dəfə gördüyünə baxmayaraq, onu həmin an tanıdı və
qəzəbləndi. Sən sırtıqlığa bir bax!
- Qraf de la Roş, elə deyilmi? - Derek dedi. - Qorxuram bura
gəldiyiniz üçün əbəs yerə vaxt
sərf etmisiniz.
- Ümid edirəm ki, xeyr, - Qraf dümağ dişlərini göstərərək inamla
söylədi.
Onun valehediciliyi, adətən, kişilərə təsir etmirdi. Kişilərin hamısı bir
nəfər kimi ona olan nifrətini gizlətmirdilər. Derek onu küçəyə
tullamağı çox istəyərdi. Sadəcə, hazırkı zamanda arzuolunmaz
qalmaqal qorxusu onun əl-qolunu bağlayırdı. O, Rutun belə bir adama
aludə olmasına bir daha təəccübləndi.
Yaramaz, adi ədabaz. O, nifrətlə qrafın soyuq əllərinə və manikür
olunmuş dırnaqlarına baxdı.
- Mən bir iş üçün gəlmişəm. Düşünürəm ki, məni dinləmək sizin üçün
maraq doğurucu olacaq.
Derek yenidən onu küçəyə atmaq üçün şiddətli bir arzu duydu və o,
yenə də özünü saxlamalı oldu. Onun nəzərindən qrafın səsindəki
hədələyici ton qaçmadı, lakin o, bunu özünəməxsusluqla anladı.
Qrafın söyləmək istədiklərini dinləmək üçün bir çox səbəbləri var idi.
O əyləşdi və barmaqları ilə masanı səbirsizliklə - döyəclədi:
downloaded from KitabYurdu.org
175
- Hə, deyin görək, nə məsələdir? - əsəbi halda
soruşdu.
Hər şeyi birdən söyləmək qrafın adəti deyildi.
- İcazə verin, müsyö, - o, sözə başladı, - sizə
başsağlığımı bildirim.
-
Əgər siz bu cür həyasızlığa davam etsəniz, mən bu dəqiqə sizi
küçəyə atacağam, - Derek
söylədi.
O, başı ilə bu məqamda diksinən qrafın yanındakı pəncərəni göstərdi.
- Əgər istəyirsinizsə, mən sizə öz sekundantımı göndərə bilərəm, - o,
ləyaqətlə bildirdi.
Derek qəhqəhə ilə güldü:
-
Duel? Mənim əziz qrafım, mən sizə elə də ciddi yanaşmıram.
Amma sizi Promenad
d'Anqleyə53 təpiklə tullamaq mənə böyük həzz verərdi.
Qraf bu hədəni əsl təhlükə kimi qəbul edəcək qədər qorxaq deyildi. O,
sadəcə, qaşlarını dartdı və dedi:
-
İngilislər necə də tərbiyəsizdirlər.
- Yaxşı, - Derek dedi, - mənə söyləmək istədikləriniz bunlardan ibarət
idi?
- Sizinlə açıq danışacağam, - qraf dedi. - Və dərhal mətləbə keçirəm.
Zənnimcə, bu, ikimizin də ürəyimizcə olacaq.
O, öz şirin təbəssümü ilə gülümsədi.
- Davam edin, - Derek qısaca bildirdi.
Qraf tavana baxdı, barmaqlarını çarpazladı və astadan söylədi:
-
Sizə çoxlu pul miras qalıb, müsyö.
- Nə olsun? Bundan sizə nə?
Qraf yerində dikəldi.
downloaded from KitabYurdu.org
176
- Müsyö, mənim adım ləkələnib. Məni qorxunc cinayətdə şübhəli
hesab edirlər!
- Bu ittihamı mən irəli sürməmişəm, - Derek
söylədi.
- Mən heç yerdə belə bir fikir söyləməmişəm.
- Mən təqsirsizəm, - qraf bildirdi, - Allaha and
olsun,
- o, əlini göyə tutdu, - mənim günahım yoxdur.
- Mənim bildiyimə görə, bu işlə müsyö Karrej
məşğuldur, - Derek nəzakətlə bildirdi.
Qraf sözünə davam etdi.
- Məni törətmədiyim cinayətdə şübhəli bilirlər. Bundan əlavə,
mənim pula çox ehtiyacım var.
Ketterinq dərindən nəfəs alaraq sakitcə ayağa durdu:
- Mən elə bunu da gözləyirdim, - o, sakit tərzdə söylədi. - Alçaq
şantajçı! Mən sizə bir qəpik də
verməyəcəyəm. Mənim arvadım artıq ölüdür, yəni sizin qaldıracağınız
qalmaqal da ona toxunmayacaq. Yəqin ki, o, sizə səfeh məktublar
yazıb. Əgər indi mən onları sizdən külli miqdarda pula satın alsam,
heç şübhə etmərəm ki, siz onlardan bir-ikisini yenidən məni şantaj
etmək üçün gizlətmiş olacaqsınız. Daha bir məsələ də var, müsyö de
la Roş: “şantaj” sözü Fransada da, İngiltərədə də eyni nifrətlə səslənir.
Mənim cavabım budur. Xudahafiz!
- Bir dəqiqə, - Derek otağı tərk etmək istəyəndə qraf əlini qaldırdı, -
siz yanılırsınız. Mən... mən
inanıram ki, centlmenəm.
- Bu məqamda Derek ucadan qəhqəhə çəkdi.
- Qadının məktubu mənim üçün müqəddəsdir. -
downloaded from KitabYurdu.org
177
O, Ketterinqin ələsalıcı gülüşünə məhəl qoymadan başını qürurla
qaldırdı. - Mənim təklifim tamamilə başqadır. Dediyim kimi,
vicdanım məni polisə gedib, bildiyim məlumatı onlara söyləməyə
qoymur.
- Siz nədən danışırsınız?
Qrafın ağappaq dişləri gülümsədiyi zamanı yenidən parladı.
- Hesab edirəm ki, xırdalıqlara girməyə ehtiyac
yoxdur, - o, qeyd etdi. - Əbəs yerə söyləməyiblər ki, cinayətin kimə
xeyirli olduğunu axtarın. Sizə çoxlu pul qalıb.
Derek güldü:
-
Əgər bütün bunlar... - o, hədələyici surətdə
söylədi.
Qraf başını yellədi:
- Bu, hələ hamısı deyil, əzizim. Əgər əlimdə sizi cinayətə görə həbs
etmək üçün kifayət qədər inandırıcı və dəqiq məlumat olmasaydı, mən
bura sizin yanınıza gəlməzdim.
Derek ona yaxınlaşdı. Onun baxışlarından elə bir qəzəb saçılırdı ki,
qraf qeyri-ixtiyari bir-iki addım geri çəkildi.
-
Siz məni hədələyirsiniz? - Derek nərildədi.
-
Vəssalam, siz daha məndən bir kəlmə də eşitməyəcəksiniz, - qraf
onu əmin etdi.
- Bu, mümkün ola biləcək ən iyrənc yalandır...
Qraf öz ağ barmaqlarını qaldırdı.
- Siz haqsızsınız. Bu, yalan deyil. Sizi inandırıram. Məlumat bir
xanımdan alınıb. Onun əlində arvadınızı öldürdüyünüzə dair
təkzibolunmaz dəlil var.
-Xanım? Hansı xanım?
- Madmazel Mirel.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |