Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə39/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   154

116 

 

əksəriyyətinin  bəşəriyyətin  ölümdən  xilası  haqda  təlimlərdən  ibarət 



olmasıdır.  Həmin  təlimlər  çox  vaxt  sirr  saxlanırdı.  Təlimi  qəbul 

etməklə,  müəyyən  ritualları  yerinə  yetirməklə  inanclı  insan  ruhun 

ölməzliyinə və əbədi həyata ümid bağlaya bilərdi. 

Kainatın əslində nə olduğuna dair səhih bilik də ruhun xilası üçün dini 

rituallar qədər vacib sayılırdı. 

Yeni  dinlər  haqda  bu  qədər,  Sofi.  Fəlsəfə  də  “xilas”  və  rifah 

istiqamətində  irəliləyirdi.  Hesab  edirdilər  ki,  fəlsəfi  dərketmə 

bəşəriyyəti  bədbinlik  və  ölüm  qorxusundan  xilas  etməlidir.  Beləcə, 

fəlsəfə və din arasındakı sərhəd tədricən ortadan qalxırdı. 

Ümumilikdə,  Ellinizm  fəlsəfəsi  orijinal  olmayıb.  Səhnədə  nə  yeni 

Platon, nə də yeni Aristotel vardı. Əksinə, üç nəhəng Afina filosofu bir 

çox  fəlsəfi  axınlar  üçün  ilham  qaynağına  çevrilmişdi.  Həmin  axınlar 

haqda bir azdan danışacağam. 

Ellinizm  dövrünün  elmi  müxtəlif  mədəniyyətlərin  biliklər  qarışığı 

idi.  İsgəndəriyyə  şəhəri  Şərq  və  Qərbin  görüşündə  mühüm  rol 

oynayırdı.  Afina  Platon  və  Aristoteldən  sonra  fəaliyyətdə  olan  öz 

fəlsəfə  məktəbləri  ilə  fəlsəfənin  mərkəzi  olduğu  bir  vaxtda 

İsgəndəriyyə  də  elm  mərkəzi  idi.  Geniş  kitabxanası  ilə  riyaziyyat, 

astronomiya, biologiya, tibb mərkəzinə çevrilmişdi. 

Ellinist mədəniyyətlə bugünkü dünya arasında bir çox bənzərliklər 

var. İyirminci yüzildə açıq cəmiyyət dünyanın hər tərəfində özünə yer 

etdi. Ellinizm dövründə olduğu kimi, bizim də dövrümüzdə bu açıqlıq 

fəlsəfə  və  din  sahəsində  böyük  çevrilişlərə  yol  açdı.  Xristianlıq 

dövrünün başlanğıcında Romada yunan, Misir və bir çox Şərq dinləri 

yayılmışdı. Eynilə bu gün də biz irili-xırdalı bütün Avropa şəhərlərində 

dünyanın istənilən yerindən olan dinlərə rast gəlirik. 

Köhnə  və  yeni  dinlərin,  fəlsəfi  baxışların  və  elmlərin  qarışığı 

“həyata  yeni  baxış”  ortaya  çıxarmaq  üçün  zəmin  yaradır.  Bu  “yeni 

biliklərin”  çoxu  əslində  keçmişin  qalığıdır,  bəzilərinin  kökləri 

Ellinizmə gedib çıxır. 

Artıq dediyim kimi, Ellinizm dövründə fəlsəfə Sokratın, Platonun, 

Aristotelin  qaldırdıqları  problemlər  üzərində  çalışırdı.  Onların 

downloaded from KitabYurdu.org



117 

 

hamısının  ümumi  bir  arzusu  vardı  və  arzu  bu  idi:  bəşəriyyətin  daha 



yaxşı yaşamaq və daha yaxşı ölmək üçün nə etməli olduğunu tapmaq. 

Deməli,  onları  etika  məsələləri  narahat  edirdi.  Bu  məsələ  yeni 

sivilizasiyanın başlıca  fəlsəfi layihəsinə  çevrildi. Əsl  xoşbəxtliyin nə 

olması, ona hansı 

yollarla  çatmalı  -  kimi  suallara  vurğu  salınırdı.  İndi  bu  fəlsəfi 

axınlardan dördünü nəzərdən keçirəcəyik. 

Kiniklər 

Deyirlər, bir dəfə Sokrat cürbəcür mallar satılan bir köşkün yanında 

dayanıb  və  başlayıb  mallara  baxmağa.  Xeyli  baxandan  sonra  deyib: 

"Gör dünyada mənə lazım olmayan nə qədər şey var!” 

Bu  sözləri  əsası  təxminən  e.ə.  400-cü  ildə  Afinalı  Antisfen 

tərəfindən qoyulmuş Kinik fəlsəfi məktəbinin şüarı kimi yadda saxlaya 

bilərik.  Antisfen  Sokratın  şagirdi  olub.  O  öz  müəlliminin  sadəliyinə 

xüsusi maraq göstərirdi. 

Kiniklər  əsl  xoşbəxtliyi  maddi  firavanlıq,  siyasi  güc  və  ya  yaxşı 

səhhət  kimi  xarici  üstünlüklərdə  görmürdülər.  Onların  fikrincə,  əsl 

xoşbəxtlik belə ötəri, təsadüfi şeylərdən asılı olmamalıdır. Xoşbəxtlik 

belə şeylərdə olmadığına görə də, ona hamı çata bilər. Üstəlik, onu bir 

dəfə qazansan, heç vaxt itirməzsən. 

Ən tanınmış kinik Antisfenin şagirdi olan Diogen idi. Deyilənə görə, 

o, çəlləkdə yaşayırdı. Cəmi bir örtüyü, bir zopası, bir çörəkqabısı vardı. 

(Ona  görə  də  xoşbəxtliyini  ondan  oğurlamaq  asan  deyildi!)  Bir  gün 

çəlləyinin yanında oturub özünü günə verəndə Makedoniyalı İsgəndər 

onun yanına gəlir. Böyük imperator onun qarşısında durub soruşur ki, 

ürəyi  nə  istəyir,  nə  istəyirsə  onun  üçün  etməyə  hazırdı.  Var  idimi 

Diogenin  istədiyi  bir  şey?  “Hə,  -  deyə  Diogen  cavab  verir,-  çəkil. 

Günəşin  qabağını  tutursan”.  Beləcə,  Diogen  xoşbəxtliyinin  və  var-

dövlətinin  qarşısındakı  adamınkindən  az  olmadığını  göstərib.  Onun 

istədiyi hər şeyi var idi. 

Kiniklər  inanırdılar  ki,  insanlar  səhhətlərinə  görə  narahat 

olmamalıdırlar.  Dərd, iztirab və  ölüm  də  onları narahat etməməlidir. 

Özlərinə başqalarının dərdlərinə görə, əziyyət verməməlidirlər. 

downloaded from KitabYurdu.org



118 

 

Bu  gün  “kinik”  və  “kiniklik”  terminləri  mənfi  mənada,  -  insan 



səmimiyyətinə  istehzalı  inamsızlığı  və  başqa  insanların  iztirablarına 

qarşı biganəliyi ifadə etmək üçün işlədilir. 

Stoiklər 

Kiniklər  e.ə.300-cü  ildə  Afinada  ortaya  çıxmış  Stoik  fəlsəfi 

məktəbinin  inkişafına  vəsilə  oldular.  Bu  məktəbin  əsasını  əslən 

Kiprdən olan, ada dağılandan sonra Afinada kiniklərə qoşulan Zenon 

qoymuşdu. O öz tərəfdarlarını portikoya - yəni bir binanın yunansayağı 

sütunlu girişinə toplayırdı. Stoik sözü də yunanların sütunlu bina girişi 

üçün işlətdikləri “stoa” sözündən götürülüb. Sonralar Stoisizm Roma 

mədəniyyəti üçün böyük əhəmiyyət kəsb etdi. 

Heraklit kimi stoiklər də inanırdılar ki, hamı ümumi sağlam zəkanın 

və  ya  loqosun  hissələridir.  Onların  fikrincə,  hər  bir  insan  miniatür 

dünyadır.  Yəni  mikrokosmosdur,  başqa  sözlə,  makrokosmosun 

inikasıdır. 

Bu isə o deməkdir ki, təbii bir qanun, universal ədalət var. Bu təbii 

qanun zamansız insana və universal zəkaya əsaslandığına görə, zamana 

və  məkana  görə  dəyişən  bir  şey  deyil.  Belə  düşündüklərinə  görə, 

sonralar  stoiklər  Sokratın  mövqeyində  durdular  və  sofistlərə  qarşı 

çıxdılar. 

Stoiklərin fikrincə, təbii qanun bütün insanları, hətta qulları da idarə 

edir. Onlar müxtəlif dövlətlərin hüquqi qanunlarını təsvir etdikləri bu 

Təbiət qanununun natamam təqlidləri hesab edirdilər. 

Stoiklər fərd və kainat arasındakı fərqi sildikləri kimi, “maddə” və 

“ruh” arasında da münaqişə olduğunu rədd edirdilər. Onların iddiasına 

görə, yalnız bir təbiət var. Bu fikrə monizm deyilir. Monizm Platonun 

dualizminə, ikiləşmiş reallığına zidd düşüncədir. 

Öz  zəmanələrinin  övladı  olan  stoiklər  xalis  “kosmopolit”  idilər. 

Çağdaşları  olan  mədəniyyətə  “çəllək  filosoflarf’ndan  (kiniklər)  daha 

həssas  idilər.  İcma  haqda  fikirlərini  deyir,  siyasətlə  maraqlanırdılar, 

onların  bir  çoxu,  xüsusən  Mark  Avreli  (121-180)  fəal  bir  dövlət 

adamıydı.  Romada  çiçəklənən  yunan  mədəniyyəti  və  fəlsəfəsinin  ən 

sayılıb-seçilənlərindən biri - natiq, filosof və dövlət adamı Siseron (e.ə. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə