Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə42/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   154

125 

 

*** 



Sofi çarpayısında oturdu. Bədəni olub-olmadığını hiss etməliydi. O, 

Platon və mistiklər haqda oxuduqca sanki otaqda, pəncərədən çıxaraq 

bayırda  və  hətta  şəhərin  üzərində  süzdüyünü  hiss  edirdi.  Oradan 

meydandakı insanlara baxırdı, doğma Yer kürəsinin, Şimal dənizinin 

və  Avropanın  üzərində  uçduğunu,  Saxara  səhrasında,  Afrika 

savannalarında süzdüyünü sanırdı. 

Bütün dünya canlı bir insana çevrilmişdi və elə bil bu insan Sofinin 

özü idi. Dünya mənəm, - düşünürdü. Böyük, əngin və qorxunc kainat 

onun  “özü”  olmuşdu.  Kainat  əvvəlki  kimi  böyük  və  möhtəşəm  idi, 

amma indi böyük olan onun özüydü. 

Bu  fövqəladə  hiss  tez  keçdi,  amma  Sofi  onu  heç  vaxt 

unutmayacağına  əmin  idi.  Bir  damla  rənglə  bütün  kuzə  rəngləndiyi 

kimi sanki onun da başının içində  nə  isə  partlayıb qalan hər şeyi öz 

rənginə çevirmişdi. 

Bütün  bunlar  bitəndə  sanki  möcüzəli  bir  yuxudan  başağrısıyla 

oyandı. Özünə toxunub çarpayıda oturmağa çalışan bir bədən olduğunu 

görəndə məyus oldu. Qarnının 

üzərində uzanaraq oxuduğu Alberto Knoksun kağızları onun kürəyini 

qurutmuşdu, ağrıyırdı. Lakin unudulmaz bir şey yaşamışdı. 

Axırda özünü ələ alıb qalxdı. İlk işi səhifələrdə dəliklər açaraq onları 

dəmirli qovluğa başqa dərslərin yanına qoymaq oldu. Sonra bağa çıxdı. 

Quşlar  elə  oxuyurdular  ki,  sanki  dünya  indicə  yaranmışdı.  Köhnə 

dovşan qəfəslərinin arxasında ağcaqayınların açıq yaşıl rəngi o qədər 

təsirliydi ki, sanki Yaradan hələ boyaları qarışdırıb qurtarmamışdı. 

Sofi inansınmı ki, hər şey bir ilahi “mən”dir? İnansınmı ki, özündə 

“oddan bir qığılcım” olan ruh daşıyır? Əgər belədirsə, o, doğrudan da 

ilahi varlıqdır. 

Açıqcalar 

...özümə sərt senzura tətbiq edirəm... 

Bir neçə gün fəlsəfə müəllimindən xəbər-ətər gəlmədi. Sabah cümə 

axşamı, 17 may - Norveçin müstəqillik günü olacaqdı. Məktəb də ayın 

18-də  tətilə  çıxacaqdı.  Məktəbdən  çıxıb  evə  qayıdarkən  Coanna 

downloaded from KitabYurdu.org



126 

 

qəfildən dedi: “Gəl, gedək, meşədə çadır quraq!” 



Sofinin  ilk  reaksiyası  bu  oldu  ki,  o,  uzun  müddət  evdən  uzaqda 

qalmamalıdır. Amma sonra fikrini dəyişdi: “Olar, niyə də yox?” 

Bir  neçə  saatdan  sonra  Coanna  kürəyində  böyük  çantayla  Sofinin 

qapısında  idi.  Sofi  də  artıq  öz  tədarükünü  görmüş,  çadırı  da  hazır 

qoymuşdu.  İkisi  də  səfər  döşəyi,  sviter,  yerə  salmağa  örtük,  fənər, 

balaca termos və sevdikləri yeməklərdən götürmüşdülər. 

Sofinin  anası  saat  5-də  evə  çatanda  onlara  “olar-olmaz”lar  haqda 

göstərişlər verdi. Düşərgə salmağa dəqiq hansı tərəfə gedəcəklərini də 

soruşub öyrəndi. 

Qızlar dedilər ki, Kəklik Zirvəsinə tərəf gedəcəklər. Bəxtləri gətirsə, 

səhər kəkliklərin cütləşmə cikkiltilərini də eşidəcəklər. Amma Sofinin 

məhz o yeri seçmək üçün gizli bir səbəbi də 

vardı. O fikirləşmişdi ki, Kəklik Zirvəsi “mayor evi”nə kifayət qədər 

yaxındır. Sanki ürəyində nə isə onu ora qayıtmağa səsləyirdi, lakin tək 

getməyə ürək etmirdi. 

Rəfiqələr  Sofigilin  darvazasının  yanındakı  kiçik  dalandan  cığırla 

aşağı  endilər.  Ordan-burdan  söhbət  edə-edə  meşəyə  tərəf  getdilər. 

Yolboyu  Sofi  fəlsəfəylə  bağlı  olan  hər  şeydən  aralandığı  bu  kiçik 

vaxtdan zövq aldı. 

Saat  səkkizə  yaxın  çadırlarını  Kəklik  Zirvəsinin  yaxınlığındakı 

talada  qurdular.  Gecəyə  hazırlaşdılar  və  bunun  üçün  əvvəlcə  səfər 

döşəklərini açdılar. Sendviçlərini yedikdən sonra Sofi soruşdu: 

Heç “mayor evi” haqda nəsə eşitmisən? 

Mayor evi? 

Buralara yaxın bir yerdə, meşəlikdə bir köşk var... balaca bir gölün 

yanındadır. Orda bir vaxtlar qəribə bir adam yaşayıb, mayor olduğuna 

görə, ora “mayor evi” deyirlər. 

İndi orada kimsə yaşayır? 

Gedək baxaq? 

Hardadı ki? 

Sofi barmağıyla ağacların arasını göstərdi. 

Coanna  ora  getməyi  çox  da  istəmirdi,  amma  axırda  qalxıb  yola 

downloaded from KitabYurdu.org



127 

 

düşdülər. Şərqarışan vaxt idi. 



Əvvəlcə  böyük  şam  ağaclarının  arasıyla  getdilər,  amma  tezliklə 

yolları  kolluğa,  sıx  ağaclığa  düşdü.  Axırda  bir  cığıra  endilər.  Bu, 

Sofinin o bazar günü səhər getdiyi cığır ola bilərdimi? 

Ola  bilər  də  sözdü?!  Qəflətən  yolun  sağ  tərəfindəki  ağacların 

arasında nəsə parıltı göründü. 

Ordadı, - Sofi dedi. 

Çox keçməmiş onlar kiçik gölün kənarında durmuşdular. Sofi gölün 

o üzündəki evə baxırdı. Bu dəfə bütün pəncərələr bağlı idi. Bu qırmızı 

ev indi elə görünürdü ki, elə bil yüzillərlə burada heç kəs yaşamayıb. 

Coanna üzünü Sofiyə tutdu: 

İndi ayaqla gölün içinə girib keçəcəyik? 

Yox, əlbəttə. Qayıqla. 

Sofi  əliylə  qamışlığı  göstərdi.  O  dəfəki  kimi  indi  də  orada  qayıq 

vardı. 


Əvvəl olmusan burda? 

Sofi başıyla təsdiqlədi və səfərini mümkün qədər dərinə getmədən 

anlatmağa  çalışdı.  Yoxsa  rəfiqəsinə  Alberto  Knoks  və  fəlsəfə  kursu 

haqda da danışmalı olardı. 

Qayıqla  suya  çıxan  kimi  danışıb  gülməyə  başladılar.  Qarşı  sahilə 

çatanda Sofi qayığı torpağa yaxşı çəkdiklərinə əmin olmaq üçün onu 

yaxşıca yoxladı. 

Evin qapısına tərəf getdilər. İçəridə heç kəsin olmadığı açıq-aşkar 

ortada olduğundan, Coanna qapının dəstəyindən tutub çəkdi. 

Bağlıdır... Açıq olmasını gözləmirdin də, yox? 

Bəlkə açarı tapdıq, - Sofi dedi. 

Əlini daşların arasına sürtməyə başladı. Bir neçə dəqiqə beləcə açar 

axtarmaqla keçdi, Coanna bezdi: 

Eee, gəl qayıdaq. 

Elə bunu deyən kimi Sofi qışqırdı: “Burdadı! Tapdım!” Açarı atıb 

tutdu. Tez onu kilidə saldı və qapı qarşılarında taybatay açıldı. 

İki rəfiqə içəri elə ehtiyatla girdilər ki, sanki cinayət başındaydılar. 

Ev qaranlıq və soyuq idi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə